Qusarda keçirilən şahmat olimpiadası nələrlə yadda qaldı? – FOTO/VİDEO

Qusarda 16 yaşadək məktəblilər arasında keçirilən respublika şahmat olimpiadasına yekun vurulub. Avqustun 3-dən start götürən yarışın rəsmi bağlanış mərasimi ötən gün Qusar Olimpiya Kompleksində keçirilib.

Mərasimi giriş sözü ilə açan Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov rayonda ilk dəfə belə möhtəşəm şahmat yarışının keçirildiyini bildirib. O, ölkənin müxtəlif bölgələrindən Qusara gələn yeniyetmələrin hər birini qalib hesab etdiyini deyib və olimpiadanın yüksək səviyyədə təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib.

Azərbaycan Şahmat Federasiyasının birinci vitse-prezidenti, beynəlxalq dərəcəli hakim Faiq Həsənov Bizim.Media-ya açıqlamasında Qusarda keçirilən olimpiadanın təşkilatçılıq səviyyəsini yüksək qiymətləndirib.

Onun sözlərinə görə, bölgələrdə şahmatın kütləviləşdirilməsi federasiyanın əsas prioritet istiqamətlərindən biridir.

Faiq Həsənov bildirib ki, məktəblilərin yay tətili zamanı belə yarışların dağ rayonlarında keçirilməsi ənənə halını alıb.

 “Bu il Zaqatalada keçirməyi planlaşdırırdıq. Lakin Zaqatalaya güclü yağış yağdı. Mübariz müəllim dedi ki, yollarda çətinlik var. Mən də Sahir müəllimə müraciət etdim. Dərhal razılaşdı. Yarış da Qusarda çox yüksək səviyyədə təşkil olundu.”

Qusar olimpiadasında 330-a yaxın yeniyetmə iştirak edib. İsveçrə sistemi üzrə keçirilən yarış 11 turdan ibarət olub. Mübarizələr A və B qruplarında təşkil edilib.

A qrupunda 12, 14 və 16 yaşlı oğlan və qızlar, B qrupunda isə 8, 10 və 16 yaşlı oğlan və qızlar mübarizə aparıblar. A qrupunda birinci yeri tutan bir qız və bir oğlan Avropa çempionatına vəsiqə qazanıb.

Bağlanış mərasimində Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanova Azərbaycan Şahmat Federasiyasının təşəkkürnaməsi təqdim olunub. Yarışların təşkilində fəal iştirak edən könüllülər Azərbaycan Şahmat Federasiyasının sertifikatları və Qusar Rayon İcra Hakimiyyətinin təşəkkürnamələri ilə təltif ediliblər.

Daha sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Yarışın baş hakimi, beynəlxalq dərəcəli hakim Azər İbrahimov qaliblərin adlarını açıqlayıb.

8, 10, 12, 14 və 16 yaşlı oğlan və qızlar arasında, eləcə də A və B qrupları üzrə ikinci və üçüncü yerləri tutan şahmatçılar diplom, medal və kuboklarla təltif olunublar. Qusar şəhərindən olan ən fəal şahmatçı da xüsusi mükafatlandırılıb.

Sonda Qusar Mədəniyyət Mərkəzinin musiqi kollektivləri rəngarəng konsert proqramı ilə şahmat olimpiadasının bağlanışını qeyd ediblər.





























Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Toyda kütləvi zəhərlənmə - Restoran bağlandı - FOTO

Toyda kütləvi zəhərlənmə - Restoran bağlandı - FOTO

Ermənistanda azərbaycanlı hərbçi SAXLANILDI

Ermənistanda azərbaycanlı hərbçi SAXLANILDI

Xırdalan və Masazıra gedən “manatlıq”ların fəaliyyəti BƏRPA OLDU

Xırdalan və Masazıra gedən “manatlıq”ların fəaliyyəti BƏRPA OLDU

Hacıqabulda AĞIR QƏZA: 4 yaralı var - FOTO/VİDEO

Hacıqabulda AĞIR QƏZA: 4 yaralı var - FOTO/VİDEO

Kreml Avropaya ÇAĞIRIŞ ETDİ

Kreml Avropaya ÇAĞIRIŞ ETDİ

Millimiz Kosovoya UDUZDU

Millimiz Kosovoya UDUZDU

Media sahəsində əməkdaşlıq və dezinformasiya müzakirə edildi - FOTO

Media sahəsində əməkdaşlıq və dezinformasiya müzakirə edildi - FOTO

Aİ-də yeni TƏLƏB: 13 ölkə Brüsselə səsləndi

Aİ-də yeni TƏLƏB: 13 ölkə Brüsselə səsləndi

Hörmüz boğazında üç neft tankeri VURULDU

Hörmüz boğazında üç neft tankeri VURULDU

Türkiyədə mədən çökdü: 2 nəfər xilas edildi

Türkiyədə mədən çökdü: 2 nəfər xilas edildi

Gəncədə yeddi şagirdin zəhərləndiyi bufetin fəaliyyəti MƏHDUDLAŞDIRILDI – FOTO

Gəncədə yeddi şagirdin zəhərləndiyi bufetin fəaliyyəti MƏHDUDLAŞDIRILDI – FOTO

Türkiyənin "Manifest" qızlar qrupu Londonda ilk konsertə hazırlaşır – VİDEO

Türkiyənin "Manifest" qızlar qrupu Londonda ilk konsertə hazırlaşır – VİDEO

DİN-dən əməliyyat: Külli miqdarda narkotik aşkarlandı - Foto

DİN-dən əməliyyat: Külli miqdarda narkotik aşkarlandı - Foto

Azərbaycanda bu deputatın mandatı ləğv edildi – FOTO

Azərbaycanda bu deputatın mandatı ləğv edildi – FOTO

Trampdan İrana yeni zərbələrin ANONSU

Trampdan İrana yeni zərbələrin ANONSU

ADMİU tələbələrinə ŞAD XƏBƏR - 3 ayın təqaüdü BU TARİXDƏ ödəniləcək

ADMİU tələbələrinə ŞAD XƏBƏR - 3 ayın təqaüdü BU TARİXDƏ ödəniləcək

Hikmət Hacıyev: "Aİ-Azərbaycan tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" – FOTO

Hikmət Hacıyev: "Aİ-Azərbaycan tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" – FOTO

Şirinbulaq sakinləri çətin DURUMDA: Qaz məsələsinin həlli nə vaxta qaldı? – VİDEO

Şirinbulaq sakinləri çətin DURUMDA: Qaz məsələsinin həlli nə vaxta qaldı? – VİDEO

Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ - VİDEO

Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ - VİDEO

Ötən ay nə qədər ərazi minalardan təmizlənib?

Ötən ay nə qədər ərazi minalardan təmizlənib?

Britaniyada həbsxanalarda yer qalmadı - Məhbusları azadlığa buraxdılar

Britaniyada həbsxanalarda yer qalmadı - Məhbusları azadlığa buraxdılar

Magistraturaya qəbulda danışıq imtahanı ilə bağlı YENİLİK – RƏSMİ

Magistraturaya qəbulda danışıq imtahanı ilə bağlı YENİLİK – RƏSMİ

Gəncədə zəhərlənən şagirdlərin sayı yeddiyə ÇATDI

Gəncədə zəhərlənən şagirdlərin sayı yeddiyə ÇATDI

Sentyabrda maksimal temperatur BU TARİXDƏ qeydə alınıb

Sentyabrda maksimal temperatur BU TARİXDƏ qeydə alınıb

End of content

No more pages to load

RADİO