Azərbaycanda imam, müavini və müəzzin axtarılır - SİYAHI

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda vakant vəzifələrin tutulması üçün müsahibə elan edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

İmam vəzifəsi üzrə:

1. Bakı şəhəri, Yasamal rayonu, Yasamal Hüseyniyyəsi ibadət evi - 1 yer;

2. Bakı şəhəri, Binəqədi rayonu, İmam Əli məscidi - 1 yer;

3. Xaçmaz rayonu, Xudat şəhəri, İmam Hüseyn məscidi - 2 yer;

4. Mingəçevir şəhəri, Heydər məscidi - 1 yer;

5. Kürdəmir rayonu, Sığırlı kəndi, Fatimeyi-Zəhra məscidi - 1 yer;

6. Cəlilabad rayonu, Göytəpə şəhəri, İmam Zaman məscidi - 1 yer;

7. Masallı rayonu, Boradigah qəsəbə məscidi - 1 yer;

8. Masallı rayonu, Qızılavar kənd məscidi - 1 yer;

9. Şirvan şəhəri, Zeynalabidin məscidi - 1 yer;

10. Hacıqabul şəhəri, Hacı Yadulla məscidi - 1 yer;

11. Salyan rayonu, Xıdırlı kənd məscidi - 1 yer;

12. Biləsuvar şəhəri, İmam Əli məscidi - 1 yer;

13. Şamaxı rayonu, Qaleybuğurd kənd məscidi - 1 yer;

14. İsmayıllı rayonu, Lahıc qəsəbəsi, Bədöyün məscidi - 1 yer;

İmam müavini vəzifəsi üzrə:
 

1. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Cəfəri Sadiq məscidi - 1 yer;

2. Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Əli qədəmgahı məscidi - 1 yer;

3. Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Cümə məscidi - 1 yer;

4. Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Əli qədəmgahı məscid ziyarətgahı - 1 yer;

5. Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbə məscidi - 1 yer;

6. Abşeron rayonu, Qobu qəsəbəsi, Əhli-beyt məscidi - 1 yer;

7. Abşeron rayonu, Fatmayı qəsəbəsi, İmam Hüseyn məscidi - 1 yer;

8. Xızı şəhəri, Xızı şəhər məscidi - 1 yer;

9. Xaçmaz rayonu, Nərəcan kənd məscidi - 1 yer;

10. Xaçmaz rayonu, Çiləgir kənd məscidi - 1 yer;

11. Xaçmaz rayonu, İstisu qəsəbəsi, Şeyx Ömər məscidi - 1 yer;

12. Xaçmaz rayonu, Yalama kənd məscidi - 1 yer;

13. Xaçmaz rayonu, Pirquluoba kənd məscidi - 1 yer;

14. Qusar rayonu, Mucuq-oba kənd məscidi - 1 yer;

15. Zərdab rayonu, Kəndəbil kənd məscidi - 1 yer;

16. Sabirabad rayonu, Qalaqayın kənd məscidi - 1 yer;

17. Sabirabad rayonu, Qaratuğay kənd (2) məscidi - 1 yer;

18. Sabirabad rayonu, Azadkənd kənd məscidi - 1 yer;

19. Saatlı rayonu, Seyidlər kənd məscidi - 1 yer;

20. İmişli şəhəri, İmam Rza məscidi - 1 yer;

21. İmişli rayonu, Muradxanlı kəndi, Həzrət Əli məscidi - 1 yer;

22. Lənkəran rayonu, Separadi kənd məscidi - 1 yer;

23. Lənkəran rayonu, Lüvəsər kənd məscidi - 1 yer;

24. Astara rayonu, Rudəkənar kənd məscidi - 1 yer;

25. Lerik rayonu, Hamarmeşə kənd məscidi - 1 yer;

26. Lerik rayonu, Günəşli kənd məscidi - 1 yer;

27. Cəlilabad rayonu, Alar kənd məscidi - 1 yer;

28. Masallı rayonu, Hüseynhacılı kənd məscidi - 1 yer;

29. Masallı rayonu, Alışanlı kənd məscidi - 1 yer;

30. Yardımlı rayonu, Ostayır kənd məscidi - 1 yer;

31. Salyan rayonu, Şorsulu kənd məscidi - 1 yer;

32. Neftçala rayonu, Bankə qəsəbəsi, Həzrət Əli məscidi - 1 yer;

33. Neftçala rayonu, Xıllı qəsəbəsi, Fatimeyi-Zəhra məscidi - 1 yer;

34. Qəbələ rayonu; Həzrə kənd məscidi - 1 yer;

35. Balakən rayonu, Mahamalar kənd məscidi - 1 yer;

36. Ağdam rayonu, Xındırıstan kənd məscidi - 1 yer;

37. Qax rayonu, Mərkəzi Cümə məscidi - 1 yer;

Dini ayinlərin icraçısı - müəzzin vəzifəsi üzrə:

1. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Qədim Cümə məscidi - 1 yer;

2. Quba rayonu, Yenikənd kənd məscidi - 1 yer;

3. Şabran rayonu, Aygünlü kənd məscidi - 1 yer;

4. Ağdaş rayonu, Yuxarı Ləki kəndi, Məhəmmədəli məscidi - 1 yer;

5. Ağdaş rayonu, Qarağan Sədi kənd məscidi - 1 yer;

6. Zərdab rayonu, Əlibəyli kənd məscidi - 1 yer;

7. Ucar rayonu, Lək kənd məscidi - 1 yer;

8. Göyçay rayonu, Potu kənd məscidi - 1 yer;

9. Göyçay rayonu, Aşağı Qaraməryəm kənd məscidi - 1 yer;

10. Hacıqabul rayonu, Muğan qəsəbəsi, Cümə məscidi - 1 yer;

11. Ağcabədi rayonu, Rəncbərlər kənd məscidi - 1 yer;

12. Ağcabədi rayonu, Hacıbədəlli kənd məscidi - 1 yer;

13. Bərdə rayonu, Mollalı kənd məscidi - 1 yer.

Bildirilib ki, müsahibədə iştirak etmək istəyən namizədlər 13 avqust 2026-cı il saat 9:00-dan 11 sentyabr 2026-cı il saat 18:00-dək aşağıdakı sənədləri elektron qaydada [email protected] ünvanına və ya AMIN informasiya sistemi (amin.gov.az) vasitəsilə, yaxud kağız daşıyıcıda birbaşa Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsi, 16. AZ1001) təqdim edə bilərlər:

- Şəxsiyyət vəsiqəsinin surəti və ya şəxsiyyət vəsiqəsi barədə dövlət informasiya ehtiyatlarından çıxarış;

- Tərcümeyi-hal;

- Dini ali və ya orta ixtisas təhsil haqqında sənədin notarial qaydada təsdiqlənmiş surəti və ya həmin sənəd barədə dövlət informasiya ehtiyatlarından çıxarış;

- Sağlamlıq haqqında arayış;
 

- Narkoloji dispanserdən arayış;

- Ruhi-əsəb dispanserindən arayış;

- Məhkumluq barədə arayış;

- Foto (3x4) (4 ədəd);

- Ərizə.

Qeyd olunub ki, tələb olunan sənədlərdən əlavə, namizəd özünün elmi-pedaqoji və yaradıcılıq fəaliyyəti barədə sənədləri də təqdim edə bilər.
 

Müsahibədə iştirakla bağlı sənədlərin qəbulu üçün müəyyən edilmiş müddət başa çatdıqdan sonra müsahibənin keçirilməsi vaxtı və yeri barədə məlumat Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin internet saytında elan ediləcək.

Müsahibədə uğur qazanmış namizəd yalnız sənədlərini təqdim etdiyi vakant vəzifəyə təyinat ala bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zidan 16 illik Fransa rekorduna imza atdı

Zidan 16 illik Fransa rekorduna imza atdı

İnterneti Wi-Fi olmadan paylaşmağın yolu

İnterneti Wi-Fi olmadan paylaşmağın yolu

Minlərlə tələbə, uzun növbələr - “Elmlər Akademiyası”nda avtobusların sayı ARTIRILACAQ?

Minlərlə tələbə, uzun növbələr - “Elmlər Akademiyası”nda avtobusların sayı ARTIRILACAQ?

Ukraynadan daha 30 uşaq Azərbaycana gətirildi - FOTO

Ukraynadan daha 30 uşaq Azərbaycana gətirildi - FOTO

Bakının bu küçəsində işıqforun vaxtı dəyişdirildi

Bakının bu küçəsində işıqforun vaxtı dəyişdirildi

Builki subasmanın NƏTİCƏSİ: 1351 vətəndaş təxliyə olunub

Builki subasmanın NƏTİCƏSİ: 1351 vətəndaş təxliyə olunub

Azərbaycan - Lixtenşteyn oyununun hakimləri müəyyənləşdi

Azərbaycan - Lixtenşteyn oyununun hakimləri müəyyənləşdi

İlham Əliyev FIFA-nın prezidentini qəbul etdi – FOTO/VİDEO

İlham Əliyev FIFA-nın prezidentini qəbul etdi – FOTO/VİDEO

Şarja-Bakı reysi ilə gələn sərnişindən dəyəri 4 milyon manatdan çox brilyant aşkar edildi - FOTO

Şarja-Bakı reysi ilə gələn sərnişindən dəyəri 4 milyon manatdan çox brilyant aşkar edildi - FOTO

Minimum əməkhaqqı ilə bağlı ŞAD XƏBƏR

Minimum əməkhaqqı ilə bağlı ŞAD XƏBƏR

Makiyaj videosu yayılan qız məktəbdən çıxarılaraq niyə sığınacağa YERLƏŞDİRİLİB? – Direktordan ÖZƏL AÇIQLAMA

Makiyaj videosu yayılan qız məktəbdən çıxarılaraq niyə sığınacağa YERLƏŞDİRİLİB? – Direktordan ÖZƏL AÇIQLAMA

Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq

Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq

Qarabağ Universitetindən müəllimlə bağlı yayılan iddialara CAVAB

Qarabağ Universitetindən müəllimlə bağlı yayılan iddialara CAVAB

Əlilliyi olan 9 min şəxsə 376 min reabilitasiya vasitəsi verildi

Əlilliyi olan 9 min şəxsə 376 min reabilitasiya vasitəsi verildi

Pərviz Heydərov vəfat etdi

Pərviz Heydərov vəfat etdi

İnfantino Hövsana gəldi

İnfantino Hövsana gəldi

Təhlükəsizlik zəncirinin ən həssas halqası – FOTO

Təhlükəsizlik zəncirinin ən həssas halqası – FOTO

Dənizdə batan üç şəxs axtarılır

Dənizdə batan üç şəxs axtarılır

Qubada qoz ağacından yıxılan şəxs VƏFAT ETDİ

Qubada qoz ağacından yıxılan şəxs VƏFAT ETDİ

Bu il qeyri-çimərlik ərazilərdə 64 nəfər suda boğulub

Bu il qeyri-çimərlik ərazilərdə 64 nəfər suda boğulub

Turşu hazırlayarkən yıxıldı - Əlindəki bıçaqla xəsarət aldı

Turşu hazırlayarkən yıxıldı - Əlindəki bıçaqla xəsarət aldı

Türkiyə və İsrail arasında 9,5 milyardlıq TİCARƏT DÖVRİYƏSİ – SENSASİON FAKTLAR – FOTO

Türkiyə və İsrail arasında 9,5 milyardlıq TİCARƏT DÖVRİYƏSİ – SENSASİON FAKTLAR – FOTO

Rusiya Odessaya zərbə endirdi: 8 yaralı var – FOTO/VİDEO

Rusiya Odessaya zərbə endirdi: 8 yaralı var – FOTO/VİDEO

Ukraynanın ATB supermarketlər şəbəkəsində bu məhsullar çatışmır – SİYAHI

Ukraynanın ATB supermarketlər şəbəkəsində bu məhsullar çatışmır – SİYAHI

End of content

No more pages to load

RADİO