Bir ildə 75 nəfərin həyatına son qoyan BƏLA – Məsuliyyəti kim daşıyır?

İstehsalat qəzaları ilə bağlı hadisələr iş yerlərində təhlükəsizlik məsələsinin hələ də ciddi problem olaraq qaldığını göstərir. 2025-ci ildə istehsalatla əlaqəli 610 qəzanın təhqiqatı aparılıb.

Belə ki, bu hadisələr nəticəsində 75 nəfər vəfat edib, 605 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Sumqayıtda 19 yaşlı gəncin zavodda dam örtüyünün dəyişdirilməsi zamanı yıxılaraq həyatını itirməsi də son belə hadisələrdən biridir. Bu hadisə xüsusilə tikinti və digər təhlükəli sahələrdə çalışan işçilərin təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirir.

Bəs bu cür qəzalar təhlükəli işlərin qaçılmaz nəticəsidir, yoxsa müəyyən tədbirlərlə onların qarşısını almaq mümkündür?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan əmək münasibətləri üzrə mütəxəssis Ağamusa Səfiyev bildirir ki, ağır və ölümcül qəzaların böyük hissəsini "qaçılmaz bədbəxt hadisə" kimi qəbul etmək olmaz:


“Bütün riskləri sıfıra endirmək mümkün olmasa da, onları əvvəlcədən müəyyənləşdirmək və idarə etməklə çoxsaylı qəza və xəsarətlərin qarşısını almaq tamamilə mümkündür. Ən vacib məqam budur ki, qəza baş verdiyi anda başlamır. Onun arxasında adətən uzun bir səbəblər zənciri dayanır: təhlükə → riskin müəyyən edilməməsi → risk qiymətləndirilməsinin aparılmaması və ya formal aparılması → təhlükəsiz iş üsulunun olmaması → təlim və səriştə çatışmazlığı → texniki və ya təşkilati nəzarətin zəifləməsi → təhlükəli davranışa vaxtında müdaxilə edilməməsi → qəza.

Bu zəncirin hər hansı bir halqası vaxtında qırılsa, qəza baş verməz. Ona görə də sadəcə "işçi yıxıldı" və ya "işçi qaydaya əməl etmədi" deməklə kifayətlənmək olmaz. İnsan səhvi çox vaxt qəzanın son halqasıdır; əsas səbəblər isə sistemdə daha əvvəl formalaşır”.

İşəgötürənin əsas vəzifəsi təhlükəsiz iş şəraitini kağız üstündə deyil, real şəkildə təmin etməkdir

Ekspert işəgötürən müəssisənin tətbiq etməli olduğu təhlükəsizlik qaydalarına diqqət çəkib:

İş yerlərində risklər əvvəlcədən müəyyənləşdirilməli və qiymətləndirilməli;

Təhlükə mümkün olduqda mənbəyində aradan qaldırılmalı;

Hündürlükdə iş, elektrik qurğuları, qaldırıcı mexanizmlər kimi yüksək riskli sahələr üçün xüsusi təhlükəsizlik prosedurları tətbiq edilməli;

Prioritet olaraq kollektiv mühafizə vasitələri (məsələn, mühafizə çəpərləri, torlar), daha sonra isə zəruri fərdi mühafizə vasitələri (kəmərlər, dəbilqələr) təmin edilməli;

İşçilərin yalnız sənəd üzərində təlimatlandırılması ilə kifayətlənməyib, onların praktiki səriştəsi yoxlanılmalı;

Yüksək riskli işlərə nəzarət üçün "İşə icazə" sistemi tətbiq edilməlidir.

Ölkəmizdə əməyin mühafizəsi üzrə qanunvericilik bazası və dövlət nəzarəti mexanizmləri mövcuddur

A.Səfiyev qeyd edir ki, Dövlət Əmək Müfəttişliyi Xidməti baş vermiş qəzaların təhqiqatını aparır, maarifləndirici və preventiv tədbirlər həyata keçirir.

Onun sözlərinə görə, 2025-ci ildə Xidmət tərəfindən 6,897 hüquq pozuntusunun aşkarlanması nəzarət mexanizmlərinin işlədiyini göstərir:

“Lakin əsas transformasiya reaktiv nəzarətdən proaktiv nəzarətə keçidin sürətləndirilməsidir. Yəni biz qəza baş verdikdən sonra araşdırma aparmaqla kifayətlənməməli, yüksək riskli obyektlərdə qəza baş verməmişdən əvvəl təhlükəli şəraiti aşkarlayıb aradan qaldırmalıyıq”.

Ekspert son olaraq vurğulayır ki, istehsalat qəzasını "bədbəxt hadisə", "tale" və ya sadəcə "işçinin ehtiyatsızlığı" kimi izah etmək ən asan yoldur.

Lakin “Qəza baş verməmişdən əvvəl biz nəyi görmədik?” sualı verilməlidir, çünki insanlar o müəssisələrə həyatını riskə atmağa deyil, işləməyə gedir.

Xədicə Paşayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Toyda kütləvi zəhərlənmə oldu, restoran bağlandı - FOTO

Toyda kütləvi zəhərlənmə oldu, restoran bağlandı - FOTO

Ermənistanda azərbaycanlı hərbçi SAXLANILDI

Ermənistanda azərbaycanlı hərbçi SAXLANILDI

Xırdalan və Masazıra gedən “manatlıq”ların fəaliyyəti BƏRPA OLDU

Xırdalan və Masazıra gedən “manatlıq”ların fəaliyyəti BƏRPA OLDU

Hacıqabulda AĞIR QƏZA: 4 yaralı var - FOTO/VİDEO

Hacıqabulda AĞIR QƏZA: 4 yaralı var - FOTO/VİDEO

Kreml Avropaya ÇAĞIRIŞ ETDİ

Kreml Avropaya ÇAĞIRIŞ ETDİ

Millimiz Kosovoya UDUZDU

Millimiz Kosovoya UDUZDU

Media sahəsində əməkdaşlıq və dezinformasiya müzakirə edildi - FOTO

Media sahəsində əməkdaşlıq və dezinformasiya müzakirə edildi - FOTO

Aİ-də yeni TƏLƏB: 13 ölkə Brüsselə səsləndi

Aİ-də yeni TƏLƏB: 13 ölkə Brüsselə səsləndi

Hörmüz boğazında üç neft tankeri VURULDU

Hörmüz boğazında üç neft tankeri VURULDU

Türkiyədə mədən çökdü: 2 nəfər xilas edildi

Türkiyədə mədən çökdü: 2 nəfər xilas edildi

Gəncədə yeddi şagirdin zəhərləndiyi bufetin fəaliyyəti MƏHDUDLAŞDIRILDI – FOTO

Gəncədə yeddi şagirdin zəhərləndiyi bufetin fəaliyyəti MƏHDUDLAŞDIRILDI – FOTO

Türkiyənin "Manifest" qızlar qrupu Londonda ilk konsertə hazırlaşır – VİDEO

Türkiyənin "Manifest" qızlar qrupu Londonda ilk konsertə hazırlaşır – VİDEO

DİN-dən əməliyyat: Külli miqdarda narkotik aşkarlandı - Foto

DİN-dən əməliyyat: Külli miqdarda narkotik aşkarlandı - Foto

Azərbaycanda bu deputatın mandatı ləğv edildi – FOTO

Azərbaycanda bu deputatın mandatı ləğv edildi – FOTO

Trampdan İrana yeni zərbələrin ANONSU

Trampdan İrana yeni zərbələrin ANONSU

ADMİU tələbələrinə ŞAD XƏBƏR - 3 ayın təqaüdü BU TARİXDƏ ödəniləcək

ADMİU tələbələrinə ŞAD XƏBƏR - 3 ayın təqaüdü BU TARİXDƏ ödəniləcək

Hikmət Hacıyev: "Aİ-Azərbaycan tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" – FOTO

Hikmət Hacıyev: "Aİ-Azərbaycan tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" – FOTO

Şirinbulaq sakinləri çətin DURUMDA: Qaz məsələsinin həlli nə vaxta qaldı? – VİDEO

Şirinbulaq sakinləri çətin DURUMDA: Qaz məsələsinin həlli nə vaxta qaldı? – VİDEO

Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ - VİDEO

Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ - VİDEO

Ötən ay nə qədər ərazi minalardan təmizlənib?

Ötən ay nə qədər ərazi minalardan təmizlənib?

Britaniyada həbsxanalarda yer qalmadı - Məhbusları azadlığa buraxdılar

Britaniyada həbsxanalarda yer qalmadı - Məhbusları azadlığa buraxdılar

Magistraturaya qəbulda danışıq imtahanı ilə bağlı YENİLİK – RƏSMİ

Magistraturaya qəbulda danışıq imtahanı ilə bağlı YENİLİK – RƏSMİ

Gəncədə zəhərlənən şagirdlərin sayı yeddiyə ÇATDI

Gəncədə zəhərlənən şagirdlərin sayı yeddiyə ÇATDI

Sentyabrda maksimal temperatur BU TARİXDƏ qeydə alınıb

Sentyabrda maksimal temperatur BU TARİXDƏ qeydə alınıb

End of content

No more pages to load

RADİO