Tərtərdə ər və arvadın yanaraq öldüyü hadisə QƏSDƏN törədilibmiş - Saxlanılan var

Tərtərdə fərdi yaşayış evində baş vermiş yanğınla bağlı aparılan kompleks istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin əslində iki şəxsin qəsdən öldürülməsi ilə müşayiət olunan ağır cinayət olduğu müəyyən edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, cinayətin izlərini gizlətmək məqsədilə evə od vurulduğu, hadisə nəticəsində evdə yaşayan ər-arvadın öldürüldüyü və külli miqdarda pul vəsaitinin ələ keçirildiyi müəyyən olunub.

Belə ki, 2026-cı il avqustun 6-da Tərtər şəhəri, Nəriman Nərimanov küçəsi, ev 38 ünvanında yerləşən fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunaraq yanğının söndürülməsi istiqamətində zəruri tədbirlər həyata keçirilib. Yanğın söndürüldükdən sonra evə keçirilən baxış zamanı orada yaşayan 1941-ci il təvəllüdlü Səmədov Əsgər Vəli oğlu və onun arvadı, 1954-cü il təvəllüdlü Hüseynova Adilə Soltan qızının meyitləri aşkar edilib.

Faktla bağlı Tərtər rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılıb.

İlkin olaraq yanğın hadisəsi kimi qeydə alınan faktın bütün hallarının, o cümlədən şəxslərin ölüm səbəblərinin və yanğının başvermə səbəbinin müəyyənləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Prokurorluğunun Kriminalistika və İnformasiya texnologiyaları idarəsinin prokuror-kriminalistləri, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq idarəsinin müstəntiqləri, Tərtər rayon prokurorluğu və rayon polis şöbəsinin əməkdaşları, habelə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinin iştirakı ilə qısa müddətdə genişmiqyaslı və kompleks istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilib.
 

Hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb, zəruri ekspertizalar təyin edilib, çoxsaylı şəxslər dindirilib, əldə olunmuş məlumatlar qarşılıqlı əlaqələndirilərək təhlil edilib.


Toplanmış dəlillərlə yanğının təsadüfi xarakter daşımadığı, hadisənin qəsdən adam öldürmə ilə əlaqəli olduğu müəyyən edilib.

İbtidai istintaqla Baxşəliyev Vüqar Mehman oğlunun avqustun 6-da qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evindən külli miqdarda pul vəsaitini ələ keçirməsi, törətdiyi oğurluq cinayətinin izlərini gizlətmək məqsədilə evdə yanğın törədərək orada yaşayan Əsgər Səmədovla Adilə Hüseynovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Əldə edilmiş sübutlar əsasında Vüqar Baxşəliyevin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü (ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.5-ci (tamah məqsədilə adam öldürmə), 120.2.6-cı (başqa cinayəti gizlətmə məqsədilə adam öldürmə) və 120.2.7-ci (iki şəxsi öldürmə) maddələri ilə tövsif edilib və o, prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

Hazırda cinayət işi üzrə icraat Baş Prokurorluğun Kriminalistika və İnformasiya texnologiyaları idarəsində davam etdirilir.

Cinayətin bütün hallarının, o cümlədən onun törədilməsinə səbəb və şəraitin tam və hərtərəfli araşdırılması, hadisəyə hüquqi qiymət verilməsi istiqamətində zəruri tədbirlər icra olunur.

*** 10:44

Dünən səhər saatlarında Tərtər şəhərində ər və arvadın yanaraq öldüyü hadisənin qəsdən törədilməsi bəlli olub.

Bizim.Media "Qafqazinfo.az"a istinadən xəbər verir ki, hadisənin rayon sakini 1987-ci il təvəllüdlü Vüqar Baxşəliyev tərəfindən törədilməsi üzə çıxıb. Məlum olub ki, o, sübh saatlarında 1941-ci il təvəllüdlü Əsgər Vəli oğlu Səmədov və həyat yoldaşı 1954-cü il təvəllüdlü Adilə Soltan qızı Hüseynovanın yaşadığı evə oğurluq məqsədilə daxil olub. Daha sonra isə evə od vuraraq uzaqlaşıb.

Hadisə nəticəsində 85 yaşlı kişi və 72 yaşlı qadın həlak olublar.

Vəfat edən şəxslərin oğlu bildirib ki, hadisə zamanı evdən 15 min manat pul oğurlanıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə V.Baxşəliyev saxlanılıb.

Ahıl kişi ilə qadının yanğından əvvəl öldürülməsi və ya yanğın nəticəsində vəfat etmələri müəyyənləşdirilir.


Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
 
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

65 yaşdan yuxarı 808 nəfərdə ilkin xəstəlik aşkarlanıb

65 yaşdan yuxarı 808 nəfərdə ilkin xəstəlik aşkarlanıb

Zərdabda qəsdən yanğın törədən şəxs SAXLANILDI

Zərdabda qəsdən yanğın törədən şəxs SAXLANILDI

70 yaşdan yuxarı şəxslərə kredit verilirmi?

70 yaşdan yuxarı şəxslərə kredit verilirmi?

Telefonunu belə şarj edənlərin nəzərinə

Telefonunu belə şarj edənlərin nəzərinə

Tərtərdə ər və arvadın yanaraq öldüyü hadisə QƏSDƏN törədilibmiş - Saxlanılan var

Tərtərdə ər və arvadın yanaraq öldüyü hadisə QƏSDƏN törədilibmiş - Saxlanılan var

SON DƏQİQƏ! Bakının mərkəzində obyekt yanır - VİDEO

SON DƏQİQƏ! Bakının mərkəzində obyekt yanır - VİDEO

Kartdan istədiyiniz qədər köçürmə edə bilərsiniz - Video

Kartdan istədiyiniz qədər köçürmə edə bilərsiniz - Video

Bakıda 70 minlik oğurluq: Elektrik xətlərini sökərək... -ANBAAN VİDEO

Bakıda 70 minlik oğurluq: Elektrik xətlərini sökərək... -ANBAAN VİDEO

Azərbaycanda yetişir, amma ən çox fransızlar yeyir

Azərbaycanda yetişir, amma ən çox fransızlar yeyir

13 stomatoloq məsuliyyətə cəlb edildi

13 stomatoloq məsuliyyətə cəlb edildi

60 il əl-ələ: Dağlarda başlayıb aranda davam edən örnək həyat hekayəsi - VİDEOSÜJET

60 il əl-ələ: Dağlarda başlayıb aranda davam edən örnək həyat hekayəsi - VİDEOSÜJET

Azərbaycanda 10 min manatlıq əməkhaqqı ilə işçi AXTARILIR

Azərbaycanda 10 min manatlıq əməkhaqqı ilə işçi AXTARILIR

Kollecə qəbul olunmaq istəyənlərin NƏZƏRİNƏ: Son 2 gün!

Kollecə qəbul olunmaq istəyənlərin NƏZƏRİNƏ: Son 2 gün!

Çempionlar Liqası: "Sabah" - "Orhus" matçının hakimləri dəyişdirildi

Çempionlar Liqası: "Sabah" - "Orhus" matçının hakimləri dəyişdirildi

"Bu, sənətkar adına layiq deyil, biabırçılıqdır"

"Bu, sənətkar adına layiq deyil, biabırçılıqdır"

Qalibaf: “ABŞ-ın İrana genişmiqyaslı hücumu gözlənilir” – FOTO

Qalibaf: “ABŞ-ın İrana genişmiqyaslı hücumu gözlənilir” – FOTO

Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb

Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb

Bakı metrosu iyulda 17 milyona yaxın sərnişin daşıyıb – Ən çox bu stansiyada

Bakı metrosu iyulda 17 milyona yaxın sərnişin daşıyıb – Ən çox bu stansiyada

Siçanların nifrət etdiyi yeganə qoxu

Siçanların nifrət etdiyi yeganə qoxu

Müqavilə olmasa da, müəllif qonorarı ödənilməlidir - Ali Məhkəmədən MÜHÜM QƏRAR

Müqavilə olmasa da, müəllif qonorarı ödənilməlidir - Ali Məhkəmədən MÜHÜM QƏRAR

II Qaregin məhkəmə qarşısına çıxarılır- Ermənistan tarixində İLK

II Qaregin məhkəmə qarşısına çıxarılır- Ermənistan tarixində İLK

Beyləqanda 21 yaşlı oğlan kanalda boğuldu –VİDEO

Beyləqanda 21 yaşlı oğlan kanalda boğuldu –VİDEO

Ukrayna “Wildberries”in daha bir anbarına hücum etdi – VİDEO

Ukrayna “Wildberries”in daha bir anbarına hücum etdi – VİDEO

Qəssablar müştərilərin almaqdan çəkindiyi tək ət növünü açıqladılar

Qəssablar müştərilərin almaqdan çəkindiyi tək ət növünü açıqladılar

End of content

No more pages to load

RADİO