Zərdabda ağır yol qəzası zamanı xəsarət alanların vəziyyəti açıqlanıb.
MÖVZU İLƏ BAĞLI:
TƏBİB-dən Bizim.Media-nın Aran bürosunun sorğusuna cavab olaraq bildirilib ki, yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 2 nəfər (qadın) 06.08.2026-cı il tarixində saat 17:00 radələrində Zərdab Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozları təyin olunan şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilib.
Hazırda pasiyentlərin Bakı şəhərinə təxliyə olunması üçün tədbirlər görülür.


Bizim.Media, Aran bürosu