Tələbələrin DİQQƏTİNƏ!-Bu üsulla universiteti vaxtından əvvəl bitirə bilərsiniz

Sürətləndirilmiş təhsil modeli  digər ölkələrlə yanaşı, Azərbaycan universitetlərində də tətbiq edilən sistemdir. Belə ki, bu sistem çərçivəsində tələbələr hər semestr daha çox kredit toplayaraq təhsillərini tez başa vura bilirlər. Bu isə onlarn əmək bazarına erkən daxil olmaqlarına, digər təhsil pillələrinə  daha tez başlamaqlarına imkan verir. Sözügedən modeldən yararlanan tələbələr olsa da, bu barədə məlumatsız olanlar da var.

Bəs ümumiyyətlə, sürətləndirilmiş təhsil modeli Azərbaycanın hansı universitetlərində tətbiq edilir?

Bizim.Media mövzuyla əlaqədar bəzi universitetlərə sorğu ünvanlayıb:

Azərbaycan Texniki Universitetinin (AZTU) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Sevinc İsgəndərovanın açıqlamasına görə sürətləndirilmiş təhsil modeli nəticəsində tələbələr universiteti 3 il 6 aya bitirə bilərlər.

“Dünya universitetlərində olduğu kimi Azərbaycan ali təhsil müəssisələrində, o cümlədən Azərbaycan Texniki Universitetində təhsil alan tələbələr müvafiq Qaydalarda tələb olunan şərtləri yerinə yetirərək universiteti 4 ilə deyil, 3il 6 aya bitirə bilərlər.

Bu proses Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində kredit sistemi ilə tədrisin təşkili qaydaları"na əsasən həyata keçirilir”.

Mətbuat katibi bu imkandan yararlanmaq üçün qoyulan tələbləri də qeyd edib:

“Dövlət sifarişi ilə təhsil alan və birinci kursu bitirdikdən sonra Ümumi Orta Müvəffəqiyyət Göstəricisi (üomg) 81-dən yuxarı olan tələbələrə əlavə ödəniş etmədən bu Qaydaların 3.2.11-ci yarımbəndinin tələbləri nəzərə alınmaqla, təhsil aldığı ixtisas üzrə əlavə fənn (fənlər) seçməyə icazə verilir.

Ödənişli əsaslarla təhsil alan tələbələrin bu halda təhsil haqqının ödənilməsi bu Qaydaların 4.3-cü bəndinin tələblərinə uyğun həyata keçirilir. Bütün hallarda bir semestrdə tələbənin götürdüyü kreditlərin sayı 40-dan çox olmamalıdır”.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Məmmədova bildirib ki, UNEC-də də bu modeldən istifadə edilir.

“Sürətləndirilmiş təhsil modeli tələbələrə təhsil müddətlərini daha qısa zamanda başa vurmaq imkanı yaradır.  Mövcud qaydalara əsasən, tələbələr hər semestr üzrə nəzərdə tutulan 30 kreditə əlavə olaraq, 10 kreditədək əlavə fənn seçə və ümumilikdə 40 kredit həcmində dərslərdə iştirak edə bilərlər. Fənlər üzrə imtahanlardan uğur qazanan tələbələr tədris planını daha tez tamamlayaraq təhsil müddətini vaxtından əvvəl başa vura bilirlər”.

Azərbaycan Dillər Universitetində (ADU) isə sürətləndirilmiş təhsil modulundan istifadə edilmir.

Bu barədə universitetin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cavid Zeynallı məlumat verib.

“ADU -da belə bir təcrübə yoxdur. Bununla bağlı müraiciət edən tələbə də olmayıb”.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Taleh Mirzəyev sorğumuza cavab olaraq qeyd edib ki, ADPU-nun tələbələrinin də belə bir imkandan istifadə etmək hüquqları var.

O, həmçinin universitetdə tətbiq olunan bəzi sistemlərdən də bəhs edib:

“ADPU-da mikrokreditləşmə və kreditlərin tanınması qaydaları mövcuddur. Bu qaydalara əsasən, tələbələr əldə etdikləri dərs moduluna uyğun beynəlxalq kurslarda iştirak etməyə müvafiq ola bilərlər. Əlavə olaraq, universitetdə beynəlxalq dil kurslarının sertifikatlarının da kredit kimi tanınması praktikası da tətbiq edilir. Tələbələr bu imkanlardan istifadə edərək vaxtından əvvəl məzun ola bilərlər”.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin(AZMİU) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nicat Abdullayev sorğumuza cavab olaraq bildirib ki, sözügedən təhsil modelinə daha çox kəsrli tələbələr müraciət edirlər.

“Əgər tələbənin dərslərinin həcmi 40 kreditdən az təşkil edirsə, o, əlavə yer üçün növbəti kursun fənnini götürə bilər. Həmçinin yay məktəblərində, altqruplarda, fərdi qruplarda iştirak edə bilər.

Buna adətən kəsri olan tələbələr müraciət edirlər. Digər tələbələr isə çox da maraq göstərmirlər. Hesab edirəm ki,  bu da onların istirahətlərinə, fərdi inkişaflarına vaxt ayırmaları ilə bağlıdır. Bəlkə də onlar tələbəlik həyatını tez bitirmək istəmirlər”,-deyə universitet rəsmisi vurğulayıb.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Toyuq filesi bahalaşdı - VİDEO

Toyuq filesi bahalaşdı - VİDEO

Kiyevin əsas körpülərindən biri yenidən vuruldu – Hərəkət dayandırıldı

Kiyevin əsas körpülərindən biri yenidən vuruldu – Hərəkət dayandırıldı

Messi İspaniyada klub ALDI

Messi İspaniyada klub ALDI

Bu məhsullar bağırsaqdakı faydalı bakteriyaları məhv edir - XƏBƏRDARLIQ

Bu məhsullar bağırsaqdakı faydalı bakteriyaları məhv edir - XƏBƏRDARLIQ

Aİ Ukraynanın 90 milyardlıq kredit tələbini QƏBUL ETMƏDİ

Aİ Ukraynanın 90 milyardlıq kredit tələbini QƏBUL ETMƏDİ

Boşanmaq istəyən qadın öldürüldü - Əri saxlanıldı

Boşanmaq istəyən qadın öldürüldü - Əri saxlanıldı

ABŞ Rusiyanın A7 ödəniş sisteminə sanksiya TƏTBİQ ETDİ

ABŞ Rusiyanın A7 ödəniş sisteminə sanksiya TƏTBİQ ETDİ

Mahir Emreli ÜZR İSTƏDİ: “Ayıbımız olaraq yadda qalacaq” - VİDEO

Mahir Emreli ÜZR İSTƏDİ: “Ayıbımız olaraq yadda qalacaq” - VİDEO

Rusiyada Mi-8 helikopteri qəzaya uğradı: 3 nəfər öldü

Rusiyada Mi-8 helikopteri qəzaya uğradı: 3 nəfər öldü

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatdı - FOTO/VİDEO

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatdı - FOTO/VİDEO

Azərbaycan armudunun əsas alıcısı məlum oldu – İLK BEŞLİK

Azərbaycan armudunun əsas alıcısı məlum oldu – İLK BEŞLİK

Baş məşqçidən məğlubiyyət ŞƏRHİ: “Məsuliyyət mənim üzərimdədir”

Baş məşqçidən məğlubiyyət ŞƏRHİ: “Məsuliyyət mənim üzərimdədir”

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır - VİDEO

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır - VİDEO

Putin İran rəhbərliyindən danışdı: “Böyük ehtiyat skamyaları var”

Putin İran rəhbərliyindən danışdı: “Böyük ehtiyat skamyaları var”

Çəkiniz payızda artırsa, səbəbi bu OLA BİLƏR

Çəkiniz payızda artırsa, səbəbi bu OLA BİLƏR

Putin: “Ukraynanın neytral statusu Rusiyanın məqsədi olaraq qalır”

Putin: “Ukraynanın neytral statusu Rusiyanın məqsədi olaraq qalır”

Millimiz Lixtenşteynə UDUZDU

Millimiz Lixtenşteynə UDUZDU

Tramp İrana ultimatum verdi: “Ya razılaşma olacaq, ya da...”

Tramp İrana ultimatum verdi: “Ya razılaşma olacaq, ya da...”

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

Gəncədə maşın aşdı, xəsarət alanlar var - FOTO

Gəncədə maşın aşdı, xəsarət alanlar var - FOTO

XVIII əsrə aid malikanədə yanğın başladı - FOTO/VİDEO

XVIII əsrə aid malikanədə yanğın başladı - FOTO/VİDEO

Azərbaycan-Aİ münasibətləri müzakirə olundu – Yeni saziş gündəmdə - FOTO

Azərbaycan-Aİ münasibətləri müzakirə olundu – Yeni saziş gündəmdə - FOTO

Putin Aİ-nin gələcəyindən danışdı: “Özləri dağılacaqlar” - VİDEO

Putin Aİ-nin gələcəyindən danışdı: “Özləri dağılacaqlar” - VİDEO

Gəncədə yaşlı qadını maşın vurdu

Gəncədə yaşlı qadını maşın vurdu

End of content

No more pages to load

RADİO