Bakıda 40 yaşlı kişi eyvandan yıxılıb ölüb.
Bizim.Media xəbər verir ki, hadisə avqustun 6-da gecə saat bir radələrində paytaxtın Yasamal rayonu ərazisində baş verib.
Mingəçevir şəhər sakini 1986-cı il təvəllüdlü Rəvan Elbrus oğlu Abdurahmanov ehtiyatsızlıqdan kirayə yaşadığı evin eyvanından yıxılıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırmalar aparılır. (Oxu.az)
Bizim.Media