Vahid aylıq müavinət kimlərə verilir? - Dövlət Komitəsindən açıqlama

Son vaxtlar Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə vahid aylıq müavinətin ödənilməsi ilə bağlı yazılı və şifahi müraciətlərin sayı artıb. Xüsusilə valideynlərindən biri “məcburi köçkün” statusuna malik olmayan şəxslər onlara vahid aylıq müavinətin niyə təyin edilmədiyi ilə bağlı suallar ünvanlayırlar.

Bu barədə Bizim.Media-ya Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, vahid aylıq müavinət işğal nəticəsində doğma torpaqlarından, daşınmaz əmlakından və əvvəlki mənzil-məişət şəraitindən məhrum olmuş şəxslərə dövlət tərəfindən göstərilən sosial dəstək mexanizmlərindən biridir.
 

Müavinətin təyin edilməsi Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası” ilə tənzimlənir.


“Məcburi köçkün” statusu (vəsiqəsi) olan şəxslərin heç də hamısına vahid aylıq müavinət təyin edilmir. Belə ki, mövcud Qaydanın 2.6-cı bəndinə əsasən, valideynlərdən biri “məcburi köçkün” statusuna malik olmayan şəxslərə vahid aylıq müavinət verilmir. Bu proses qanunvericiliklə müəyyən edilmiş meyarlar əsasında həyata keçirilir və dövlət büdcəsi vəsaitlərinin yalnız bu meyarlara uyğun şəxslərə yönəldilməsi təmin olunur.

Əvvəlki dövrlərdə Ədliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyyəti Aktlarının Dövlət Qeydiyyatı (ƏHALİ) bazası ilə Dövlət Sosial Müdafiə Fondu və Dövlət Komitəsinin məlumat bazaları tam elektron inteqrasiya olunmadığından Qaydanın 2.6-cı bəndinə aid hallar bəzi hallarda yalnız seçmə və fərdi yoxlamalar zamanı müəyyən edilirdi.

Hazırda dövlət informasiya ehtiyatlarının çarpaz inteqrasiyası nəticəsində qanunvericiliklə müəyyən edilmiş şərtlərə uyğun olmayan hallar daha operativ aşkarlanaraq müvafiq ödənişlər dayandırılır.

Eyni zamanda, monitorinqlər zamanı vahid aylıq müavinətin təyin edilməsi üçün müəyyən edilmiş digər şərtlərə uyğunluq da yoxlanılır. Belə hallara şəxsin adına daşınmaz əmlakın (ev, mənzil) alınması, VÖEN əldə edərək sahibkarlıq fəaliyyəti ilə məşğul olması, nikah qeydiyyatı nəticəsində statusunun dəyişməsi, həmçinin təqvim ili ərzində müxtəlif dövrlərdə xaricdə ümumilikdə 182 gündən artıq yaşaması daxildir.

Qeyd edilib ki, sosial ödənişlərlə bağlı məsələlərin vətəndaşlar üçün həssas xarakter daşıdığı Komitə tərəfindən nəzərə alınır. Bununla yanaşı, dövlət büdcəsi hesabına həyata keçirilən sosial ödənişlərin təyin edilməsində qanunvericiliklə müəyyən edilmiş tələblərin tətbiqi təmin olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şakiranın konserti Misirdə qiymətləri ARTIRDI

Şakiranın konserti Misirdə qiymətləri ARTIRDI

Toyuq filesi bahalaşdı - VİDEO

Toyuq filesi bahalaşdı - VİDEO

Kiyevin əsas körpülərindən biri yenidən vuruldu – Hərəkət dayandırıldı

Kiyevin əsas körpülərindən biri yenidən vuruldu – Hərəkət dayandırıldı

Messi İspaniyada klub ALDI

Messi İspaniyada klub ALDI

Bu məhsullar bağırsaqdakı faydalı bakteriyaları məhv edir - XƏBƏRDARLIQ

Bu məhsullar bağırsaqdakı faydalı bakteriyaları məhv edir - XƏBƏRDARLIQ

Aİ Ukraynanın 90 milyardlıq kredit tələbini QƏBUL ETMƏDİ

Aİ Ukraynanın 90 milyardlıq kredit tələbini QƏBUL ETMƏDİ

Boşanmaq istəyən qadın öldürüldü - Əri saxlanıldı

Boşanmaq istəyən qadın öldürüldü - Əri saxlanıldı

ABŞ Rusiyanın A7 ödəniş sisteminə sanksiya TƏTBİQ ETDİ

ABŞ Rusiyanın A7 ödəniş sisteminə sanksiya TƏTBİQ ETDİ

Mahir Emreli ÜZR İSTƏDİ: “Ayıbımız olaraq yadda qalacaq” - VİDEO

Mahir Emreli ÜZR İSTƏDİ: “Ayıbımız olaraq yadda qalacaq” - VİDEO

Rusiyada Mi-8 helikopteri qəzaya uğradı: 3 nəfər öldü

Rusiyada Mi-8 helikopteri qəzaya uğradı: 3 nəfər öldü

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatdı - FOTO/VİDEO

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatdı - FOTO/VİDEO

Azərbaycan armudunun əsas alıcısı məlum oldu – İLK BEŞLİK

Azərbaycan armudunun əsas alıcısı məlum oldu – İLK BEŞLİK

Baş məşqçidən məğlubiyyət ŞƏRHİ: “Məsuliyyət mənim üzərimdədir”

Baş məşqçidən məğlubiyyət ŞƏRHİ: “Məsuliyyət mənim üzərimdədir”

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır - VİDEO

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır - VİDEO

Putin İran rəhbərliyindən danışdı: “Böyük ehtiyat skamyaları var”

Putin İran rəhbərliyindən danışdı: “Böyük ehtiyat skamyaları var”

Çəkiniz payızda artırsa, səbəbi bu OLA BİLƏR

Çəkiniz payızda artırsa, səbəbi bu OLA BİLƏR

Putin: “Ukraynanın neytral statusu Rusiyanın məqsədi olaraq qalır”

Putin: “Ukraynanın neytral statusu Rusiyanın məqsədi olaraq qalır”

Millimiz Lixtenşteynə UDUZDU

Millimiz Lixtenşteynə UDUZDU

Tramp İrana ultimatum verdi: “Ya razılaşma olacaq, ya da...”

Tramp İrana ultimatum verdi: “Ya razılaşma olacaq, ya da...”

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

Gəncədə maşın aşdı, xəsarət alanlar var - FOTO

Gəncədə maşın aşdı, xəsarət alanlar var - FOTO

XVIII əsrə aid malikanədə yanğın başladı - FOTO/VİDEO

XVIII əsrə aid malikanədə yanğın başladı - FOTO/VİDEO

Azərbaycan-Aİ münasibətləri müzakirə olundu – Yeni saziş gündəmdə - FOTO

Azərbaycan-Aİ münasibətləri müzakirə olundu – Yeni saziş gündəmdə - FOTO

Putin Aİ-nin gələcəyindən danışdı: “Özləri dağılacaqlar” - VİDEO

Putin Aİ-nin gələcəyindən danışdı: “Özləri dağılacaqlar” - VİDEO

End of content

No more pages to load

RADİO