Ağcabədi rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Bizim.Media-nın Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Salmanbəyli kəndində qeydə alınıb.
1986-cı il təvəllüdlü Eldəniz Musayevin idarə etdiyi "Naz Lifan" markalı avtomobil qəzaya uğrayıb. Nəticədə sürücü hadisə yerində ölüb.
Qəza zamanı xəsarət alan sərnişin, 1980-ci il təvəllüdlü Rüstəm Əliyev xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media