Avtonom dronların uçuşunda YENİ QAYDALAR - Agentlik sədri mexanizmi açıqladı

"Avtonom uçuş aparatlarının istismarı yalnız müvafiq qeydiyyat sertifikatı və istismarçı sertifikatı və ya əməliyyat icazəsi əsasında mümkün olacaq".

Bizim.Media xəbər verir ki, bu sözləri “oxu.az”a müsahibəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan "Dövlət Mülki Aviasiya Agentliyi" publik hüquqi şəxsin İdarə Heyəti sədrinin müavini, İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Bəhruz Məlikov deyib.

Qeyd edək ki, avtonom (pilotsuz) uçuş aparatlarının hüquqi statusu müəyyənləşdirilib.
 

Bununla bağlı "Aviasiya haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilib. Pilotsuz uçuş aparatlarının (PUA) istismarı üçün hansı tələblər nəzərdə tutulur və uçuşların təhlükəsizliyi necə təmin ediləcək?


Bu və digər sualları Bəhruz Məlikov cavablandırıb:

- "Aviasiya haqqında" Qanuna edilən dəyişikliklərin əsas məqsədi nədir?

- Pilotsuz uçuş aparatlarının funksionallığı son dövrlərdə xüsusilə genişlənib. Ənənəvi pilotsuz uçuş aparatlarından fərqli olaraq avtonom sistemlər insanın birbaşa idarəetməsi olmadan və ya məhdud müdaxiləsi ilə müəyyən əməliyyatları yerinə yetirmək imkanına malikdir. Bütün bunlar avtonom uçuş aparatlarının hüquqi statusunun müəyyənləşdirilməsini, onların istismarı zamanı məsuliyyət bölgüsünün aydınlaşdırılmasını və təhlükəsizlik mexanizmlərinin formalaşdırılmasını zəruri edir. "Aviasiya haqqında" qanunda təklif olunan dəyişikliklər avtonom uçuş aparatları sahəsində yaranan texnologiyaların hüquqi tənzimlənməsini təmin etməyə yönəlib. Məqsəd mülki və eksperimental məqsədlərlə istifadə olunan avtonom pilotsuz uçuş aparatlarının hüquqi statusunu müəyyən etmək, onların istismar qaydalarını dəqiqləşdirmək və uçuşlarının təhlükəsizliyinin təmin olunması üçün müasir hüquqi baza yaratmaqdır.

- Bu dəyişikliklərlə qanunvericilikdə hansı yeni anlayışlar təsbit edilir?

- Dəyişikliklər çərçivəsində ilk dəfə olaraq "avtonom pilotsuz uçuş aparatı", "avtonom pilotsuz uçuş aparatının operatoru" və "məsafədən idarəetmə mərkəzi" anlayışları qanunvericilikdə öz əksini tapır. Bu anlayışların hüquqi müstəviyə gətirilməsi sürətlə inkişaf edən avtonom pilotsuz aviasiya texnologiyalarının daha effektiv tənzimlənməsinə imkan verəcək.

- Avtonom pilotsuz uçuş aparatlarında avtomatlaşdırma səviyyələri necə müəyyən edilir? Ümumiyyətlə, nəzarət necə həyata keçiriləcək?

- Layihədə avtomatlaşdırmanın müxtəlif səviyyələri müəyyən olunub. Yüksək avtomatlaşdırma səviyyəsində uçuşun idarə olunması, ətraf mühitin müşahidəsi və qərarvermə prosesləri sistem tərəfindən həyata keçirilsə də, ümumi nəzarət və məsuliyyət operatorun üzərində qalır. Tam avtomatlaşdırma səviyyəsində isə bütün proseslər insan müdaxiləsi olmadan sistem tərəfindən yerinə yetirilir. Bu yanaşma süni intellekt texnologiyalarının aviasiyada tətbiqi üçün hüquqi zəmin yaradır.

- Avtonom pilotsuz uçuş aparatlarının istismarı üçün hansı tələblər nəzərdə tutulur?

- Yeni dəyişikliklərə əsasən, avtonom pilotsuz uçuş aparatlarının istismarı yalnız müvafiq qeydiyyat sertifikatı və istismarçı sertifikatı və ya əməliyyat icazəsi əsasında mümkün olacaq. Bu, fəaliyyətin təhlükəsiz və nəzarət olunan şəkildə həyata keçirilməsini təmin etməyə xidmət göstərir.

- Bəs operatorların üzərinə düşən öhdəliklər nədən ibarədir?

- Operatorlar avtomatlaşdırılmış idarəetmə sistemlərinin fəaliyyətinə daimi nəzarət etməli, həyata keçirilən əməliyyatlara dair məlumatları ən azı altı ay müddətində saxlamalı və onların mühafizəsini təmin etməlidirlər. Bu tələblər məsuliyyət və hesabatlılıq mexanizmlərini gücləndirir.

- Uçuşların təhlükəsizliyi ilə bağlı hansı yeni mexanizmlər tətbiq olunur?

- Dəyişikliklər avtonom uçuş aparatlarının yalnız xüsusi müəyyən edilmiş coğrafi zonalarda və pilotsuz uçuş aparatlarının uçuşlarının idarə edilməsi və əlaqələndirilməsi mərkəzinin icazəsi əsasında istismarını nəzərdə tutur. Bu yanaşma təhlükəsizlik risklərinin qarşısının alınmasına yönəlib. Eyni zamanda uçuşların mərkəzləşdirilmiş qaydada əlaqələndirilməsi hava məkanının müxtəlif istifadəçiləri arasında koordinasiyanı gücləndirəcək.

- Nəzarət olunan hava məkanında əməliyyat aparmaq istəyən istismarçılar hansı məlumatları təqdim etməlidirlər?

- Belə istismarçılar uçuşdan ən azı üç saat əvvəl elektron qaydada aidiyyəti mərkəzə uçuş barədə məlumat təqdim etməlidirlər. Bu məlumatlara qeydiyyat sertifikatının nömrəsi, uçuşun başlanma və başa çatma vaxtı, əməliyyatın xüsusiyyətləri, həmçinin istismarçı sertifikatının və ya əməliyyat icazəsinin surəti daxildir.

- Bəhruz müəllim, bu dəyişikliklərin Azərbaycan üçün əhəmiyyətini necə qiymətləndirmək olar?

- Dünyada avtonom aviasiya texnologiyalarının tətbiqi sürətlə genişlənir. Azərbaycan da bu prosesə qoşularaq texnoloji inkişaf potensialını artırır. Qanundakı dəyişiklikləri Azərbaycanın rəqəmsal transformasiya və innovasiya siyasətinin mühüm tərkib hissəsi kimi qiymətləndirmək olar. Yeniliklər mülki aviasiya sahəsində təhlükəsizlik, məsuliyyət və nəzarət mexanizmlərini gücləndirməklə yanaşı, innovativ texnologiyaların tətbiqi üçün əlverişli hüquqi mühit yaradır. Eyni zamanda Azərbaycanın bu sahədə beynəlxalq tendensiyalara uyğun inkişafını dəstəkləyir və gələcək texnoloji yeniliklərin tətbiqinə şərait yaradır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Bu, sənətkar adına layiq deyil, biyabırçılıqdır"

"Bu, sənətkar adına layiq deyil, biyabırçılıqdır"

Təyyarədə baqaj yükü itən sərnişin nə etməlidir? - AÇIQLAMA

Təyyarədə baqaj yükü itən sərnişin nə etməlidir? - AÇIQLAMA

Hikmət Hacıyev "Türkiye Gazetesi"ndə fikirlərinin təhrif olunduğunu BƏYAN ETDİ - FOTO

Hikmət Hacıyev "Türkiye Gazetesi"ndə fikirlərinin təhrif olunduğunu BƏYAN ETDİ - FOTO

Məhərrəmlikdə mahnıya görə uşaqları xəncərlə hədələdi, həbs olundu

Məhərrəmlikdə mahnıya görə uşaqları xəncərlə hədələdi, həbs olundu

“Qarabağ”ı şişirtməyə ehtiyac yoxdur - Milevski

“Qarabağ”ı şişirtməyə ehtiyac yoxdur - Milevski

Ötən gün kanalda batan yeniyetmə ilə bağlı MƏLUMAT - VİDEO

Ötən gün kanalda batan yeniyetmə ilə bağlı MƏLUMAT - VİDEO

QHT-lər üçün qrant müsabiqəsi elan edildi

QHT-lər üçün qrant müsabiqəsi elan edildi

Məşhur şadlıq sarayı 3,5 milyona satılır

Məşhur şadlıq sarayı 3,5 milyona satılır

Bakıda məşhur ticarət mərkəzində FACİƏ

Bakıda məşhur ticarət mərkəzində FACİƏ

Gəncədə avtomobillər toqquşdu - Xəsarət alanlar var

Gəncədə avtomobillər toqquşdu - Xəsarət alanlar var

Azərbaycan Mərakeşdə fəxri ölkə seçildi - FOTO

Azərbaycan Mərakeşdə fəxri ölkə seçildi - FOTO

Bakı metrosunda avqustun 15-dən yeni mərhələ BAŞLAYIR

Bakı metrosunda avqustun 15-dən yeni mərhələ BAŞLAYIR

15 iyulda Ərdoğana qarşı sui-qəsddə iştirak edən şəxs tutuldu

15 iyulda Ərdoğana qarşı sui-qəsddə iştirak edən şəxs tutuldu

Avtonom dronların uçuşunda YENİ QAYDALAR - Agentlik sədri mexanizmi açıqladı

Avtonom dronların uçuşunda YENİ QAYDALAR - Agentlik sədri mexanizmi açıqladı

Riyaziyyat fənnindən yüksək nəticəsi olan məktəblər - SİYAHI

Riyaziyyat fənnindən yüksək nəticəsi olan məktəblər - SİYAHI

Türkiyə Rusiya və Ukraynaya XƏBƏRDARLIQ ETDİ

Türkiyə Rusiya və Ukraynaya XƏBƏRDARLIQ ETDİ

Bakı metrosunda qatarlararası interval 2 dəqiqəyə enəcək – RƏSMİ AÇIQLAMA

Bakı metrosunda qatarlararası interval 2 dəqiqəyə enəcək – RƏSMİ AÇIQLAMA

Paytaxtda nəqliyyat sıxlığı necə azalacaq? - Metrodan 88 milyon sərnişinlik böyük layihə

Paytaxtda nəqliyyat sıxlığı necə azalacaq? - Metrodan 88 milyon sərnişinlik böyük layihə

İsrail Livanın cənubunu VURDU

İsrail Livanın cənubunu VURDU

Bakı yolları yenilənir: Hansı küçələrdə təmir başa çatıb?

Bakı yolları yenilənir: Hansı küçələrdə təmir başa çatıb?

Hörmüz boğazında yeni dəniz marşrutları müəyyənləşir – Bəqai

Hörmüz boğazında yeni dəniz marşrutları müəyyənləşir – Bəqai

Mərkəzi Bank "Modenis" MMC-nin lisenziyasını LƏĞV ETDİ

Mərkəzi Bank "Modenis" MMC-nin lisenziyasını LƏĞV ETDİ

İki futbol klubunun adı dəyişdirildi

İki futbol klubunun adı dəyişdirildi

Azərbaycandan keçməklə Ermənistana buğda göndəriləcək

Azərbaycandan keçməklə Ermənistana buğda göndəriləcək

End of content

No more pages to load

RADİO