Zaqatalada itkin düşən 62 yaşlı kişinin meyti çaydan tapılıb.
Bizim.Media xəbər verir ki, Zaqatala rayonunun Dağlı kənd sakini 1964-cü il təvəllüdlü Xanlar Məmmədovun meyiti Tala çay ərazisində aşkar edilib.
Meyitin üzərində zorakılıq əlamətləri olmayıb. Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, meyti tapılan şəxsin bir neçə gün əvvəl evdən çıxıb geri qayıtmadığı bildirilir. (Apa.az)
Bizim.Media