"Balıqçılıq haqqında" qanunda həvəskar balıq ovu ilə bağlı qaydalar öz əksini tapacaq.
Bizim.Media xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru Ceyhun Əliyevdir Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılan "Balıqçılıq haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
"Qanun layihəsinin 6.2-ci maddəsində balıq ovu qaydalarının həyata keçirilməsi ilə bağlı qeyd var.
Həmin maddədə göstərilən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan qaydalarda həvəskar balıq ovu ilə bağlı qaydalar da öz əksini tapacaq" - deyə nazir müavini vurğulayıb.
Günay Şahmar, Bizim.Media