Bu şəxslər müalicə zamanı digər pasiyentlərdən AYRI SAXLANILACAQ

Məcburi psixiatriya müalicəsi alan şəxslər digər pasiyentlərdən ayrı saxlanılacaq.

Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılan “Psixiatriya yardımı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində əks olunub.

Layihəyə əsasən, tibbi xarakterli məcburi tədbirlərə cəlb edilən şəxslərin stasionar müalicəsi digər pasiyentlərdən təcrid olunmaqla aparılır.

Bundan əlavə, məcburi hospitallaşdırılan şəxslərlə bağlı təhlükəsizlik qaydaları müəyyən ediləcək.
 

Layihəyə əsasən, məcburi hospitallaşdırma (tibbi xarakterli məcburi tədbirlər) zamanı pasiyentin özünə və ya digər şəxslərə təhlükə yarada biləcək hərəkətlərinin qarşısının alınması üçün psixiatriya müəssisələrində xüsusi rejim qaydaları və təhlükəsizlik tədbirləri tətbiq ediləcək.


Qaydaların tətbiq hədləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.

Eyni zamanda, məcburi psixiatriya stasionarına yerləşdirmə zamanı məlumatlandırma tələbi tətbiq ediləcək.

Layihəyə əsasən, psixi pozuntu vəziyyətində olan şəxsin məhkəmənin qərarına qədər qeyri-könüllü psixiatriya stasionarına yerləşdirilməsi haqqında həkim-psixiatrın qərarı barədə müvafiq psixiatriya müəssisəsinin rəhbəri dərhal həmin şəxsin yaxın qohumlarına və ya qanuni nümayəndələrinə, prokurora və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) səlahiyyətli vəzifəli şəxsinə məlumat verməlidir.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Səhiyyə Nazirliyinin sabiq idarə rəisi məhkəmə zalında həbs olundu

Səhiyyə Nazirliyinin sabiq idarə rəisi məhkəmə zalında həbs olundu

Azərbaycan Prezidenti: “Əgər nəyəsə yardım etmək imkanımız varsa, bunu mütləq edirik”

Azərbaycan Prezidenti: “Əgər nəyəsə yardım etmək imkanımız varsa, bunu mütləq edirik”

Prezidentdən rusiyalı qonağa: “Aleksey, sən də çox ehtiyatlı ol” – VİDEO

Prezidentdən rusiyalı qonağa: “Aleksey, sən də çox ehtiyatlı ol” – VİDEO

İlham Əliyev: “Biz geosiyasi intriqaların qurbanı olmadıq”

İlham Əliyev: “Biz geosiyasi intriqaların qurbanı olmadıq”

Dələduzluğa qarşı kraudfandinq qaydaları sərtləşdirilir

Dələduzluğa qarşı kraudfandinq qaydaları sərtləşdirilir

Prezident: “Bakı Təşəbbüs Qrupu müstəmləkəçilik məsələsini qlobal gündəliyə daxil edib”

Prezident: “Bakı Təşəbbüs Qrupu müstəmləkəçilik məsələsini qlobal gündəliyə daxil edib”

İlham Əliyev Azərbaycan üçün əsas potensial riski AÇIQLADI - VİDEO

İlham Əliyev Azərbaycan üçün əsas potensial riski AÇIQLADI - VİDEO

"Kraudfandinq" əvəzinə yeni ad TƏKLİF olundu

"Kraudfandinq" əvəzinə yeni ad TƏKLİF olundu

Emin Məmmədxanlı vəzifəsindən azad edildi - FOTO

Emin Məmmədxanlı vəzifəsindən azad edildi - FOTO

Bakıda piyadalar qəzaya səbəb oldu: Motosiklet sürücüsü xəsarət aldı - ANBAAN VİDEO

Bakıda piyadalar qəzaya səbəb oldu: Motosiklet sürücüsü xəsarət aldı - ANBAAN VİDEO

Solovyovdan Kseniya Sobçaka SENSASİON İTTİHAMLAR – VİDEO

Solovyovdan Kseniya Sobçaka SENSASİON İTTİHAMLAR – VİDEO

DİN xəbərdar edir: Saxta keçidlərə daxil olmayın

DİN xəbərdar edir: Saxta keçidlərə daxil olmayın

Ukrayna qışadək Putinə təzyiqi gücləndirməyə çalışır — “Politico”

Ukrayna qışadək Putinə təzyiqi gücləndirməyə çalışır — “Politico”

Senator Qremin ölümü Rusiya mediasına lağa qoyuldu - VİDEO

Senator Qremin ölümü Rusiya mediasına lağa qoyuldu - VİDEO

İlham Əliyevdən qonşu ölkələrə ÇAĞIRIŞ - VİDEO

İlham Əliyevdən qonşu ölkələrə ÇAĞIRIŞ - VİDEO

İlham Əliyevdən SÜLH MESAJI - VİDEO

İlham Əliyevdən SÜLH MESAJI - VİDEO

Prezident: “Biz bunu kitablarda oxumuruq, real həyatda görürük”

Prezident: “Biz bunu kitablarda oxumuruq, real həyatda görürük”

Ukraynaya atılan Rusiya dronu Moldovada partladı - FOTO

Ukraynaya atılan Rusiya dronu Moldovada partladı - FOTO

Buzovna çimərliyində qadın boğuldu

Buzovna çimərliyində qadın boğuldu

Bakıda 2 yaşlı körpə 3-cü mərtəbədən yıxıldı

Bakıda 2 yaşlı körpə 3-cü mərtəbədən yıxıldı

Sahibkarlar üçün ƏDV hesabında YENİ imkan

Sahibkarlar üçün ƏDV hesabında YENİ imkan

Ölkəyə gətirilən mallarla bağlı YENİ TƏLƏB

Ölkəyə gətirilən mallarla bağlı YENİ TƏLƏB

İlham Əliyev: “Azərbaycan-Rusiya münasibətləri tam şəkildə normallaşıb” – VİDEO

İlham Əliyev: “Azərbaycan-Rusiya münasibətləri tam şəkildə normallaşıb” – VİDEO

Psixi pozuntusu olan şəxs inzibati xəta törədərsə... - Nə baş verəcək?

Psixi pozuntusu olan şəxs inzibati xəta törədərsə... - Nə baş verəcək?

End of content

No more pages to load

RADİO