Füzulidə baş verən yanğının söndürülməsinə 3 rayondan əlavə qüvvə cəlb edilib.
Bizim.Media xəbər verir ki, hadisə yerinə FHN-in Xocavənd, İmişli və Beyləqan rayonlarından yanğınsöndürən avtomobil və şəxsi heyət göndərilib.
Hazırda ərazidə yanğının söndürülməsi istiqamətində əməliyyatlar davam etdirilir.
Qeyd edək ki, ərazinin minalı olması yanğınsöndürmə əməliyyatlarına təsir edir.
Xatırladaq ki, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı və Yuxarı Əbdürrəhmanlı kəndləri istiqamətində açıq ərazidə yanğın baş verib.
Bizim.Media