Xəbər verdiyimiz kimi, Zaqatala-Bakı marşrutu üzrə hərəkət edən iritutumlu sərnişin avtobusu aşıb.
Bizim.Media xəbər verir ki, həmin avtobusun sürücüsü Ramil Abışov hadisə ilə bağlı danışıb.
O, qəza anını belə təsvir edib:
“Restorandan çıxıb gəlirdim, hava təzə-təzə işıqlanırdı. Gözümə gün düşdü, bilmədim necə oldu. Bəlkə də yorğunluqdan idi, bir də gördüm ki, idarəetməni itirmişəm.
Avtobus 51 yerlik olsa da, tam dolu deyildi, içəridə təxminən 30-35 nəfər olardı. Hər gün bu yolu gedib-gəlirəm. Neçə vaxtdır bu xətt üzrə işləyirəm, indiyə qədər belə bir hadisə baş verməyib”. (Qafqazinfo.az)
Bizim.Media