Xaçmaz rayonunun Nərəcan kənd sakini, 44 yaşlı Ləyaqət Səbzəliyev Xəzər dənizinin İstisu hissəsində boğularaq həyatını itirib.
Bizim.Media xəbər verir ki, ilkin məlumata görə, o, dənizdə balıq tutarkən ehtiyatsızlıq nəticəsində batıb.
Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırma başlanılıb.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu