Xaricdə onlayn təhsil almaq istəyənlər – Diplomun tanınması üçün tələblər AÇIQLANDI

"Bəzi kütləvi informasiya vasitələrində, xaricdə təhsil şirkətlərinin müvafiq elanlarında və özünü təhsil "ekspertləri" kimi təqdim edən şəxslərin paylaşımlarında vətəndaşlarımız, xarici ölkələrdə yerləşən universitetlərə getmədən qiyabi və əyani təhsilalma formaları üzrə “onlayn” qaydada təhsil almağa təşviq olunur və sonda diplomların tanınacağı vədi verilir".

Bizim.Media xəbər verir ki, bu, TKTA-nın yaydığı məlumatda əksini tapıb.
 

Bildirilib ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) xaricdə təhsil sahəsində, o cümlədən tanınma prosedurları ilə bağlı heç bir şirkətlə və şəxslərlə əməkdaşlıq etmir və bunların fəaliyyətlərinə görə heç bir məsuliyyət daşımır.


"Bildiririk ki, hazırda tanınma (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyasının Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi) Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları” (bundan sonra Qaydalar) əsasında, yalnız ənənəvi təlim metodlarına əsaslanan formal qaydada əyani və qiyabi təhsilalma formasında əldə olunmuş kvalifikasiyalara münasibətdə həyata keçirilir.

Qaydalara əsasən orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin tədris müddətinin azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması) tələb olunur.

Belə ki, qaydaların tələblərinin ödənilməsi üçün şəxsin əyani təhsilama forması üzrə hər tədris ilinə münasibətdə ən az 4 ay və ümumi tədris müddətində illərin cəmi üzrə ən az 21 ay təhsil aldığı ölkədə fiziki olaraq olması şərtdir (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətinin bütün dövrü ərzində təhsil aldığı ölkənin ərazisində olması).
 

Bu halda hər iki bənd üzrə tələblər təmin olunmuş olur. Qiyabi təhsilə gəldikdə isə qaydaların tələblərinin ödənilməsi üçün hər tədris ilinə münasibətdə ərizəçinin 25 gün təhsil alacağı ölkədə olması şərtdir.


Qeyd olunan müddətin tədris dövrünü əhatə etməsi zəruridir.

Əlavə olaraq vətəndaşlarımıza sözügedən Qaydalarla (//e-qanun.az/framework/54957), həmçinin //tkta.edu.az/az/media/faq FAQ bölməsində yer alan suallarla tanış olmağı tövsiyə edirik.

Yekun olaraq, xaricdə ali təhsil almaq istəyən vətəndaşları və onların ailə üzvlərini qeyd olunanları nəzərə almağa çağırırıq", - məlumatda qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Batan gəminin 19 sərnişini axtarılır - FOTO

Batan gəminin 19 sərnişini axtarılır - FOTO

Hörmüz boğazında Britaniya tankerinə zərbə endirildi

Hörmüz boğazında Britaniya tankerinə zərbə endirildi

Almaniya G20 ölkələri arasında elektrik enerjisinin ən baha olduğu ölkədir

Almaniya G20 ölkələri arasında elektrik enerjisinin ən baha olduğu ölkədir

Kiyev vilayətinə dron hücumu: 38 ölü, 51 yaralı var

Kiyev vilayətinə dron hücumu: 38 ölü, 51 yaralı var

Trampın mətbuat katibi avqustun sonunda postunu tərk edəcək

Trampın mətbuat katibi avqustun sonunda postunu tərk edəcək

Volqa çayında İkinci Dünya müharibəsi dövrünə aid 3 gəmi tapıldı

Volqa çayında İkinci Dünya müharibəsi dövrünə aid 3 gəmi tapıldı

Leyla Əliyeva sərgidən paylaşım etdi - VİDEO

Leyla Əliyeva sərgidən paylaşım etdi - VİDEO

Nepal və Tibet sərhədində baş verən daşqınlar zamanı 85 amerikalı itkin düşüb

Nepal və Tibet sərhədində baş verən daşqınlar zamanı 85 amerikalı itkin düşüb

Gəncədə ikimərtəbəli ev yandı - VİDEO

Gəncədə ikimərtəbəli ev yandı - VİDEO

Özbəkistan ilk dəfə Çinin J-10CE qırıcılarını nümayiş etdirdi - VİDEO

Özbəkistan ilk dəfə Çinin J-10CE qırıcılarını nümayiş etdirdi - VİDEO

Türkiyədə azərbaycanlı məzunlara diplomları Zakir Həsənov təqdim etdi - FOTO

Türkiyədə azərbaycanlı məzunlara diplomları Zakir Həsənov təqdim etdi - FOTO

Trampı dəstəkləyən britaniyalı şərhçi ABŞ-dan deportasiya edildi

Trampı dəstəkləyən britaniyalı şərhçi ABŞ-dan deportasiya edildi

Çin casusu NATO-da çalışıb?

Çin casusu NATO-da çalışıb?

Ukrayna Belqorodda Ozon-un çeşidləmə mərkəzinə hücum etdi

Ukrayna Belqorodda Ozon-un çeşidləmə mərkəzinə hücum etdi

Şimali Kiprdə üç günlük matəm elan edildi

Şimali Kiprdə üç günlük matəm elan edildi

Çin süni intellekt yarışında qalib gəlsə, dünya məhv olacaq?

Çin süni intellekt yarışında qalib gəlsə, dünya məhv olacaq?

Pakistan və Türkiyə XİN başçıları İstanbulda görüşdülər

Pakistan və Türkiyə XİN başçıları İstanbulda görüşdülər

"Zirə" "Neftçi"ni məğlub etdi - VİDEO

"Zirə" "Neftçi"ni məğlub etdi - VİDEO

Yasamalda işıq olmayacaq

Yasamalda işıq olmayacaq

Türkiyədə Zəfər Bayramı ilə bağlı bir sıra konsertlər ləğv edildi

Türkiyədə Zəfər Bayramı ilə bağlı bir sıra konsertlər ləğv edildi

Məişət zorakılığından zərər çəkən kişilərin sayı açıqlandı - VİDEO

Məişət zorakılığından zərər çəkən kişilərin sayı açıqlandı - VİDEO

Qorbaçovun qızı atasının vəfatının 4-cü ildönümündə məzarlığa gəlməyib

Qorbaçovun qızı atasının vəfatının 4-cü ildönümündə məzarlığa gəlməyib

Süni intellektlə hazırlanan saxta həkim videoları qlobal biznesə çevrilib

Süni intellektlə hazırlanan saxta həkim videoları qlobal biznesə çevrilib

İldırım çimərlikdə istirahət edən qadını öldürdü - ANBAAN VİDEO

İldırım çimərlikdə istirahət edən qadını öldürdü - ANBAAN VİDEO

End of content

No more pages to load

RADİO