Türkiyənin “Tabii” platforması üçün hazırlanan “Davet Musab” serialının aktyor heyətinə yeni sima daxil olub.
Bizim.Media xəbər verir ki, ekran işində Ali Buhara Mete rol alacaq.
Aktyor serialda islam tarixinin mühüm şəxsiyyətlərindən biri olan "Zeyd bin Harisə"ni canlandıracaq.
Tarixi serialda Furkan Palalı, Emre Kıvılcım və Ekin Aksoy da rol alacaq.
Qeyd edək ki, Mete "Kurtlar vadisi" serialı ilə məşhurlaşıb.

Bizim.Media