Astroloqların sözlərinə görə, qarşıdakı dövrdə bəzi bürclər üçün karyera, maliyyə və şəxsi münasibətlər sahəsində uğurlu dəyişikliklər gözlənilir.
Bizim.Media xəbər verir ki, Şir, Tərəzi və Qız bürcləri üçün yeni imkanların yaranacağı bildirilir.
Şir: Yupiterin təsiri şəxsi həyat və karyerada yeni mərhələnin başlanmasına şərait yaradır. Yaradıcı işlərə başlamaq, özünüzü göstərmək və mühüm karyera qərarları vermək üçün əlverişli zamandır.
Tərəzi: Veneranın bürcünüzə keçidi münasibətlər və sosial çevrədə canlanma yaradacaq. Yeni əməkdaşlıqlar, müqavilələr və şəxsi həyatda müsbət inkişaflar üçün fürsətlər yarana bilər.
Qız: Merkuri və Günəşin bürcünüzə daxil olması təxirə salınan planların yenidən gündəmə gəlməsinə səbəb olacaq. Maliyyə imkanlarının genişlənməsi və şəxsi sərhədlərin müəyyənləşdirilməsi ön plana çıxacaq. (Metbuat.az)
Bizim.Media