Azərbaycanda 600 min manatlıq nömrə satışa çıxarıldı

600 min manat. Bu məbləğə Bakıda mənzil, lüks avtomobillər və ya gəlir gətirən kommersiya obyekti almaq olar. Ancaq Azərbaycanda elə dövlət qeydiyyat nişanı var ki, sahibi onu məhz bu qiymətə satmağa çalışır.

Bizim.Media xəbər verir ki, “Avtopro.az” portalında yerləşdirilmiş nömrə elanları üzərində aparılan araşdırma göstərir ki, ölkədə avtomobil nömrələrinin alqı-satqısı artıq kiçik elan bazarı deyil, yüz minlərlə manatlıq dövriyyəsi olan ayrıca biznes sahəsinə çevrilib.

Araşdırdığımız elanlarda ən bahalı dövlət nömrəsi Az 10 MC 010 üçün 600 min manat, baha nömrələr sırasında ən ucuzu isə 80 min manat təşkil edir. Beləliklə, eyni bazarda ən baha və ən ucuz nömrə arasında 520 min manat fərq yaranır. Elanlara baxdıqda ilk diqqət çəkən məqam qiymətlərin adi avtomobil bazarının məntiqini üstələməsidir.

Ən bahalı elanlar bunlardır:

Az 10 MC 010 – 600 000 manat

Az 10 AS 555 – 200 000 manat

Az 99 UD 999 – 185 000 manat

Az 10 TT 222 – 160 000 manat

Az 10 CD 333 – 115 000 manat

Az 10 AA 969 – 110 000 manat

Az 10 ZY 100 – 110 000 manat.

Bundan başqa, Az 10 WW 111, Az 10 BO 010, Az 10 RA 010, Az 10 LJ 100, Az 10 LL 007 kimi kombinasiyalar da 90-105 min manat aralığında satışa çıxarılıb.

Diqqət çəkən başqa bir məqam isə eyni nömrələrin müxtəlif tarixlərdə dəfələrlə satışa çıxarılmasıdır. Məsələn, Az 10 WW 111, Az 10 BO 010 və Az 10 LL 007 nömrələri müxtəlif tarixlərdə təkrar elan edilib. Bu isə göstərir ki, bazarda təsadüfi satıcılardan daha çox, nömrələri alıb-satan şəxslər fəaliyyət göstərirlər.

Bahalı nömrənin sirri nədir?

Qiymətləri müəyyən edən əsas amil eyni rəqəmlərin ardıcıllığıdır. Məsələn, 111, 222, 333, 555, 777, 999. Və ya simmetrik kombinasiyalar - 010, 100, 001; məşhur assosiasiyalar yaradan rəqəmlər – 007;

prestijli hərf birləşmələri və ya psixoloji baxımdan yadda qalan kombinasiyalar nömrə biznesini ayaqda tutur.

Əslində bu bazarda dövlət qeydiyyat nişanı artıq identifikasiya vasitəsi deyil, status simvoluna çevrilib.

Bazar iştirakçılarının sözlərinə görə, belə nömrələri əsasən iri sahibkarlar, premium avtomobil sahibləri, şirkət rəhbərləri, ictimai tanınmış şəxslər və fərqlənmək istəyən imkanlı şəxslər alır. Bəzi hallarda isə məqsəd istifadə deyil, gələcəkdə daha baha satmaqdır. Yəni, dövlət nömrəsi daşınmaz əmlak və ya qızıl kimi investisiya alətinə çevrilir.

Azərbaycanda bahalı kateqoriyasında olan dövlət qeydiyyat nişanlarının qiymətlərini müəyyən edilməsi mexanizmi yayğındır. Qiymət bazarın özü tərəfindən formalaşır. Satıcı istədiyi məbləği yazır, alıcı isə həmin məbləği ödəməyə hazır olub-olmamasına qərar verir. Nəticədə bəzi nömrələr üçün 100 min, 200 min, hətta 600 min manat tələb olunur.

Dünyada qızıla dönən nömrələrlə bağlı vəziyyət necədir?

Avtomobil nömrələrinin alqı-satqısı təkcə Azərbaycana xas deyil. Lakin əksər ölkələrdə bu bazar dövlət tərəfindən tənzimlənir və əsas gəlir büdcəyə yönəlir. Məsələn, Ermənistanda xüsusi tələbat olan dövlət nömrələri Daxili İşlər Nazirliyinin elektron hərrac sistemi vasitəsilə satılır.

İstənilən şəxs elektron hərracda iştirak edə bilir. Bu, tam rəsmi və qanunla tənzimlənən mexanizmdir. Hazırda bəzi prestijli nömrələrin başlanğıc qiyməti 10-15 milyon dram - təxminən 25-40 min ABŞ dolları təşkil edir və hərrac zamanı daha da yüksələ bilir.

Gürcüstanda da fərdi və xüsusi kombinasiyalı nömrələr dövlət tərəfindən müəyyən edilmiş rüsumlarla verilir. Burada qiymətlər əsasən inzibati tariflər əsasında formalaşır və Azərbaycandakı kimi yüz minlərlə manatlıq ikinci bazar demək olar ki, yoxdur.
 

Avropanın ən inkişaf etmiş nömrə bazarı Böyük Britaniyadadır. Burada hər il minlərlə xüsusi nömrə rəsmi hərraca çıxarır. Sonradan həmin nömrələr tam qanuni şəkildə ikinci bazarda da alınıb-satıla bilir. Bəzi nadir kombinasiyalar on minlərlə, hətta yüz minlərlə funt sterlinqə satılsa da, bu satışlar tam şəffaf hərrac mexanizmi ilə həyata keçirilir.


Almaniya, Avstriya, Belçika, Niderland, Polşa və digər Avropa ölkələrində vətəndaş müəyyən rüsum ödəməklə istədiyi boş kombinasiyanı seçə bilir. Lakin burada dövlət nömrəsi adətən spekulyasiya obyektinə çevrilmir və qiymətlər dövlət tərəfindən tənzimlənən inzibati rüsumlarla məhdudlaşır.

Azərbaycan niyə fərqlənir?

Azərbaycan nömrə bazarının əsas özəlliyi ondan ibarətdir ki, burada bahalı nömrələrin dəyəri əsasən ikinci bazarda formalaşır. Yəni dövlət nömrəsi əldə edildikdən sonra fiziki şəxslər tərəfindən daha yüksək qiymətə satışa çıxarılır. Nəticədə ən böyük gəliri çox vaxt dövlət deyil, həmin nömrələri alıb sonradan yenidən satan şəxslər əldə edirlər. Bu isə faktiki olaraq dövlət qeydiyyat nişanları üçün ayrıca kommersiya bazarı yaradıb.

Elanlarda rast gəlinən 600 min manatlıq dövlət nömrəsi təxminən 350 min ABŞ dollarına bərabərdir. Bu məbləğ Ermənistanda hərraca çıxarılan bahalı nömrələrin başlanğıc qiymətini dəfələrlə üstələyir. Gürcüstandakı rəsmi tariflərdən onlarla dəfə yüksəkdir. Avropada satılan əksər fərdi nömrələrin qiymətini çox geridə qoyur və yalnız Böyük Britaniyada tarixi və çox nadir nömrələrin rekord hərrac qiymətləri ilə müqayisə oluna bilər.

Azərbaycanda avtomobil nömrələri artıq sadəcə qeydiyyat nişanı deyil. Onlar prestijin, statusun və bəzən investisiyanın göstəricisinə çevrilib.

Dünya təcrübəsi göstərir ki, xüsusi nömrələrə maraq hər yerdə var. Lakin Avropa ölkələrinin və Ermənistanda bu bazar dövlət tərəfindən rəsmi hərraclar və şəffaf mexanizmlərlə idarə olunur. Azərbaycanda isə qiymətləri əsasən ikinci bazar müəyyənləşdirir və bu səbəbdən bəzən nömrəsi avtomobilin özündən də bahalı “aktiv”ə çevrilir. (mənbə: musavat.com)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Türkiyə XİN İsraili dezinformasiya kampaniyasında ittiham etdi – FOTO

Türkiyə XİN İsraili dezinformasiya kampaniyasında ittiham etdi – FOTO

Trampın təyyarəsi Ankarada – VİDEO

Trampın təyyarəsi Ankarada – VİDEO

Almaniyada "yumurta böhranı": Marketlər satışa limit qoydu

Almaniyada "yumurta böhranı": Marketlər satışa limit qoydu

“Media Masası”nın ikinci verilişi hazırlanır – VİDEO

“Media Masası”nın ikinci verilişi hazırlanır – VİDEO

Valideynlərin DİQQƏTİNƏ - Məktəbli formaları bahalaşa bilər – BTE AÇIQLAMA

Valideynlərin DİQQƏTİNƏ - Məktəbli formaları bahalaşa bilər – BTE AÇIQLAMA

Zakir Həsənov Aqil Qurbanova medal təqdim etdi - Fotolar

Zakir Həsənov Aqil Qurbanova medal təqdim etdi - Fotolar

BTQ Kanakidəki seçkilərə həsr olunan görüş təşkil etdi – FOTO

BTQ Kanakidəki seçkilərə həsr olunan görüş təşkil etdi – FOTO

Tokayevin prezidentlik müddəti yenidən HESABLANACAQ

Tokayevin prezidentlik müddəti yenidən HESABLANACAQ

Ali Radanın deputatı: "Putin zəifləyib, Ukrayna təzyiqi artırmalıdır"

Ali Radanın deputatı: "Putin zəifləyib, Ukrayna təzyiqi artırmalıdır"

İki gəncin ölümünə səbəb olan sürücü sərxoş imiş... – VİDEO

İki gəncin ölümünə səbəb olan sürücü sərxoş imiş... – VİDEO

Beyni gəncləşdirən vasitələr

Beyni gəncləşdirən vasitələr

Zelenski NATO Sammitində iştirak etmək üçün Ankaraya gəldi - VİDEO

Zelenski NATO Sammitində iştirak etmək üçün Ankaraya gəldi - VİDEO

Həkimlər çəki artımının gizli SƏBƏBİNİ AÇIQLADILAR

Həkimlər çəki artımının gizli SƏBƏBİNİ AÇIQLADILAR

ABŞ-da qanlı Müstəqillik Günü: 100 nəfər güllələndi

ABŞ-da qanlı Müstəqillik Günü: 100 nəfər güllələndi

Ukrayna 8 rus tankerini belə məhv etdi – ANBAAN VİDEO

Ukrayna 8 rus tankerini belə məhv etdi – ANBAAN VİDEO

ŞAD XƏBƏR – Qazla bağlı rüsum LƏĞV EDİLİR

ŞAD XƏBƏR – Qazla bağlı rüsum LƏĞV EDİLİR

Azərbaycanda 600 min manatlıq nömrə satışa çıxarıldı

Azərbaycanda 600 min manatlıq nömrə satışa çıxarıldı

Qarpız niyə hələ də bahadır? - İqtisadçı səbəbləri açıqladı

Qarpız niyə hələ də bahadır? - İqtisadçı səbəbləri açıqladı

Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildilər - VİDEO

Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildilər - VİDEO

Sığorta ödənişləri ilə bağlı YENLİK – Qaydalar dəyişir

Sığorta ödənişləri ilə bağlı YENLİK – Qaydalar dəyişir

İcbari tibbi sığorta ilə bağlı əməliyyatlar ELEKTRON QAYDADA həyata keçiriləcək

İcbari tibbi sığorta ilə bağlı əməliyyatlar ELEKTRON QAYDADA həyata keçiriləcək

Xocavənddə daha 41 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Xocavənddə daha 41 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Daşkəsəndə 50 yaşlı qonşusu tərəfindən armaturla döyülən yeniyetmənin SON DURUMU

Daşkəsəndə 50 yaşlı qonşusu tərəfindən armaturla döyülən yeniyetmənin SON DURUMU

Polis Bakıda ƏMƏLİYYAT keçirdi: Tutulanlar arasında qadın da var – FOTO/VİDEO

Polis Bakıda ƏMƏLİYYAT keçirdi: Tutulanlar arasında qadın da var – FOTO/VİDEO

End of content

No more pages to load

RADİO