"Arzum" ilk dəfə danışdı: "Hələ də şokdayam"

Vəkil Fərid Həsənov Bakı İstintaq Təcridxanasında "Arzum 9999" ləqəbli tiktoker İlduzə Hacıyeva ilə görüşüb.

Bizim.Media xəbər verir ki, bunu “ölkə.az”a açıqlamasında müdafiəçi bildirib.

Onun sözlərinə görə, İ.Hacıyeva özünü yaxşı hiss edir, səhhətində heç bir problem yoxdur. Tiktoker kamerada bir neçə nəfərlə birlikdə saxlanılır:

"Saxlanma şəraiti yaxşıdır, heç bir şikayəti yoxdur. Eyni zamanda özünə olan münasibətdən də narazı deyil".

İlduzə Hacıyeva vəkili ilə söhbətində deyib ki, Xəzər Rayon Məhkəməsinin hökmünü qanunsuz, əsassız və ədalətsiz sayır:

"Dedi ki, belə bir qərar gözləmirdim. Hələ də şokdadır. Kamerada olunla birlikdə saxlanılan şəxslər də təccübləniblər. Hamı İlduzə xanıma deyir ki, axı Azərbaycanda yol-nəqliyyat hadisəsinə, xüsusi ilə də şübhəli yol qəzasına görə qadınları həbs etmirlər. Dörd uşaq anasına isə belə bir cəzanın verilməsinə rast gəlinməyib".

Fərid Həsənov bildirib ki, tiktokerin övladlarına hazırda nənə-babaları baxır. Onun Almaniya vətəndaşı olan həyat yoldaşının isə yaxın günlərdə Azərbaycana gələcəyi gözlənilir.

Qeyd edək ki, İ.Hacıyevaya qarşı irəli sürülən ittihama əsasən, o, 27 iyun 2025-ci il tarixində saat 00:53 radələrində "Changan Qiyuan A05 Plug-in Hibrid" markalı, 10-BY-117 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı şəhəri Xəzər rayonu ərazisində Mərdəkan-Qala avtomobil yolunda Qala istiqamətində hərəkətdə olarkən qəza törədib.
 

Nəticədə İ. Hacıyeva Məlikov Amal Musa oğlunun idarə etdiyi "Mercedes-Benz D2" markalı, 77-UK-890 dövlət qeydiyyat nişanlı avtomobilin arxa təkərinə sürtməklə vurub, ehtiyatsızlıqdan çarpaz toqquşmaya səbəb olub.


Nəticədə həmin avtomobildə olan sərnişin Muradova Sənubər Firdovsi qızı ağır bədən xəsarəti alıb, sürücü Məlikov Amal isə ölüb.

Xəzər Rayon Məhkəməsi hadisədə İ.Hacıyevanı günahkar bilib. Məhkəmə ona 5 il 2 ay müddətə azadlıqdan məhrumetmə cəzası verib. İ.Hacıyeva məhkəmə zalında həbs olunub.

Onun vəkilləri apellyasiya şikayəti verməyə hazırlaşırlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Məleykə Abbaszadə magistraturada yerlərin boş qalma səbəbini AÇIQLADI

Məleykə Abbaszadə magistraturada yerlərin boş qalma səbəbini AÇIQLADI

Elvin Cəfərquliyev əməliyyat olundu

Elvin Cəfərquliyev əməliyyat olundu

Goranboyda məktəbli qız xəstəxanalıq oldu

Goranboyda məktəbli qız xəstəxanalıq oldu

"Bu yaşdan sonra ərə baxa bilmərəm" - Renka

"Bu yaşdan sonra ərə baxa bilmərəm" - Renka

Ermənistanda dəhşətli qəza: 5 nəfər ölüb, 11 yaralı var

Ermənistanda dəhşətli qəza: 5 nəfər ölüb, 11 yaralı var

Azərbaycan məşhur "Santander Bank"ı ilə əməkdaşlığı genişləndirir - FOTO

Azərbaycan məşhur "Santander Bank"ı ilə əməkdaşlığı genişləndirir - FOTO

Tramp Hörmüz boğazına öz adının verilməsini TƏKLİF ETDİ

Tramp Hörmüz boğazına öz adının verilməsini TƏKLİF ETDİ

ABŞ-nin gecə zərbələri İranda 19 nəfərin ölümünə səbəb oldu

ABŞ-nin gecə zərbələri İranda 19 nəfərin ölümünə səbəb oldu

Niderland ABŞ və Kanadadakı 86 ton qızılını Londona köçürdü

Niderland ABŞ və Kanadadakı 86 ton qızılını Londona köçürdü

Qazaxın 4 kəndində qaz olmayacaq

Qazaxın 4 kəndində qaz olmayacaq

Bakıda ustanı elektrik cərəyanı vurub öldürdü

Bakıda ustanı elektrik cərəyanı vurub öldürdü

6 idmançımız imtahansız universitetə qəbul edildi - FOTO

6 idmançımız imtahansız universitetə qəbul edildi - FOTO

Goranboyda baş vermiş hadisə ilə bağlı operativ iclas keçirildi – FOTO

Goranboyda baş vermiş hadisə ilə bağlı operativ iclas keçirildi – FOTO

"Neftçi" Kenan Piriçlə müqaviləyə xitam verdi

"Neftçi" Kenan Piriçlə müqaviləyə xitam verdi

Milli Qəhrəmanın qardaşı: “İsraildə hərbi zavodda işləyirəm”

Milli Qəhrəmanın qardaşı: “İsraildə hərbi zavodda işləyirəm”

"Yoxa çıxan" Afaq Aslandan təəccübləndirən addım – VİDEO

"Yoxa çıxan" Afaq Aslandan təəccübləndirən addım – VİDEO

İran ABŞ-ni hədələdi: “Tezliklə yeni strategiyamızı görəcəksiniz”

İran ABŞ-ni hədələdi: “Tezliklə yeni strategiyamızı görəcəksiniz”

Azərbaycan-Latviya münasibətləri müzakirə olundu - FOTO

Azərbaycan-Latviya münasibətləri müzakirə olundu - FOTO

Azərbaycanlıların ən çox istifadə etdiyi axtarış sistemi AÇIQLANDI

Azərbaycanlıların ən çox istifadə etdiyi axtarış sistemi AÇIQLANDI

Milli Məclisin sədri İsveçrədə işgüzar səfərdədir

Milli Məclisin sədri İsveçrədə işgüzar səfərdədir

Özlərini “həkim-diyetoloq” kimi təqdim edib "arıqlama çayı" satdılar - VİDEO

Özlərini “həkim-diyetoloq” kimi təqdim edib "arıqlama çayı" satdılar - VİDEO

Fransada Mbappeni oğurlamaq istədilər

Fransada Mbappeni oğurlamaq istədilər

Azərbaycanın Latviyadakı yeni səfiri fəaliyyətə başladı - FOTO

Azərbaycanın Latviyadakı yeni səfiri fəaliyyətə başladı - FOTO

Ərdoğan Putinlə S-400 məsələsini müzakirə edib?

Ərdoğan Putinlə S-400 məsələsini müzakirə edib?

End of content

No more pages to load

RADİO