Kirayə evlər niyə ucuzlaşmır?

Boş qalan minlərlə mənzil fonunda kirayə qiymətlərinin yüksək qalması bazardakı ciddi disbalansı gündəmə gətirir. Təklif edilən mənzillərin bir hissəsinin kirayə bazarına çıxarılmaması və daşınmaz əmlakın gəlir məqsədilə saxlanması qiymətlərin enməsini məhdudlaşdırır.

Bəs bu şəraitdə kirayə bazarında real qiymət tarazlığı necə formalaşa bilər?

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı iqtisadçı Rəşad Həsənov “Demokrat.az”a bildirib ki, mənzil fondunun müəyyən hissəsi boş olmasına baxmayaraq kirayə haqlarının yüksək olmasını şərtləndirən iki əsas faktor var:

"Bunlardan birincisi boş qalan mənzil fondunun əhəmiyyətli hissəsinin kirayə bazarına çıxarılmamasıdır. Müəyyən yüksək gəlirli sosial qrupun əlində çoxsaylı mənzillər mövcuddur və bu mənzillər kirayə üçün nəzərdə tutulmadığından bazara təklif edilmir.

İkinci amil ondan ibarətdir ki, son illərdə mənzil qiymətləri kəskin şəkildə artıb və Azərbaycanda daşınmaz əmlakın gəlirlilik əmsalı aşağıdır. Yəni kirayə qiymətləri ilə mənzil dəyərləri arasında disbalans mövcuddur. Digər ölkələrlə, o cümlədən Türkiyə və Gürcüstanla müqayisədə bu fərq daha aydın görünür. Bu qiymət artımı investisiya edən şəxsləri daha yüksək kirayə haqları müəyyən etməyə sövq edir".

Ekspert deyib ki, son iki ildə ipoteka xərcləri də artıb, faizlər yüksəlib:

"Kommersiya bankları ipoteka faizlərini iki dəfədən çox artırıblar. Hazırda bu göstərici təxminən 12 faiz ətrafındadır, halbuki iki il yarım əvvəl 6 faiz civarında idi. Belə şəraitdə bahalı vəsait hesabına mənzil alan şəxslər onu daha yüksək qiymətə kirayəyə verməyə üstünlük verirlər.

Burada üçüncü amili kimi tələb faktorunu qeyd etmək lazımdır. Tələb yüksəkdir, Azərbaycanda hər il 60–70 min yeni ailə qurulur və yığılıb qalmış mənzil tələbatı mövcuddur.

Azgəlirli sosial qrupların mənzil şəraiti zəifdir, eyni zamanda məşğulluqla bağlı regionlardan Bakı və ətrafına miqrasiya artıb. Bu da tələbin yüksəlməsinə və nəticə etibarilə kirayə qiymətlərinin artmasına səbəb olur" , - deyə o qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Android"in Azərbaycan bazarındakı payı kəskin AZALDI

"Android"in Azərbaycan bazarındakı payı kəskin AZALDI

Azərbaycanda ateistlərin sayı: Bu rəqəm çoxlarını təəccübləndirəcək

Azərbaycanda ateistlərin sayı: Bu rəqəm çoxlarını təəccübləndirəcək

Tramp Putinlə görüşün yeganə şərtini AÇIQLADI

Tramp Putinlə görüşün yeganə şərtini AÇIQLADI

Azərbaycanda ən çox hansı yaşda insanlar işləyir?

Azərbaycanda ən çox hansı yaşda insanlar işləyir?

Sentyabrın 3-də bu küçə və kəndlərdə işıq olmayacaq

Sentyabrın 3-də bu küçə və kəndlərdə işıq olmayacaq

Bu kəndə köçənlərə ev və iş verilir – İnanılmaz təklif

Bu kəndə köçənlərə ev və iş verilir – İnanılmaz təklif

CENTCOM İrandakı toy mərasiminə zərbə endirilməsi iddialarını araşdırır

CENTCOM İrandakı toy mərasiminə zərbə endirilməsi iddialarını araşdırır

Beynimizin nə qədərindən istifadə edirik? – Maraqlı açıqlama

Beynimizin nə qədərindən istifadə edirik? – Maraqlı açıqlama

İrana yenidən zərbə endirməyə hazırıq - Tramp

İrana yenidən zərbə endirməyə hazırıq - Tramp

Nepaldakı fəlakətin səbəbi açıqlandı: İqlim dəyişikliyi...

Nepaldakı fəlakətin səbəbi açıqlandı: İqlim dəyişikliyi...

Gecə işləyənlərin maaşına nə qədər əlavə ödənilməlidir?

Gecə işləyənlərin maaşına nə qədər əlavə ödənilməlidir?

Fanatından Nurana evlilik təklifi - VİDEO

Fanatından Nurana evlilik təklifi - VİDEO

AB-dən erməni konyakına qadağa - Səbəb?

AB-dən erməni konyakına qadağa - Səbəb?

Türkiyədə gəmi qəzasını işıqlandıran operator döyüldü - VİDEO

Türkiyədə gəmi qəzasını işıqlandıran operator döyüldü - VİDEO

Tələbələr üçün mənzil kirayəsinin qiyməti 50-100 manat BAHALAŞDI - VİDEO

Tələbələr üçün mənzil kirayəsinin qiyməti 50-100 manat BAHALAŞDI - VİDEO

Azərbaycan millisinin oyununun yeri dəyişdirildi

Azərbaycan millisinin oyununun yeri dəyişdirildi

Tramp: "Hollivud ölüb və biz onu dirçəltməliyik"

Tramp: "Hollivud ölüb və biz onu dirçəltməliyik"

ABŞ yüz minlərlə əcnəbini ölkədən çıxaracaq - Səbəb

ABŞ yüz minlərlə əcnəbini ölkədən çıxaracaq - Səbəb

Nepalda sel fəlakətində ölən və itkin düşənlərin SON STATİSTİKASI

Nepalda sel fəlakətində ölən və itkin düşənlərin SON STATİSTİKASI

Orqanizmi toksinlərdən sürətlə təmizləyən 5 MEYVƏ

Orqanizmi toksinlərdən sürətlə təmizləyən 5 MEYVƏ

20 yaşlı gəncin bir anlıq əsəbi həbslə nəticələndi

20 yaşlı gəncin bir anlıq əsəbi həbslə nəticələndi

4 BÜRC sentyabrda diqqətli olmalıdır

4 BÜRC sentyabrda diqqətli olmalıdır

Goranboyda avtomobillər toqquşdu: Xəsarət alanlar var

Goranboyda avtomobillər toqquşdu: Xəsarət alanlar var

Tramp: “Hörmüz boğazında 28 gəmini məhv etdik”

Tramp: “Hörmüz boğazında 28 gəmini məhv etdik”

End of content

No more pages to load

RADİO