Dünya ölkələrində uşaqlar üçün sosial şəbəkə MƏHDUDİYYƏTLƏRİ – Valideynlər ölkəmizdə tətbiqini TƏLƏB EDİRLƏR

Rəqəmsal texnologiyalar son illərdə insanların həyat tərzini kökündən dəyişib. Lakin texnologiyanın yaratdığı imkanlarla yanaşı, onun xüsusilə uşaqlar və yeniyetmələr üçün doğurduğu risklər də sürətlə artmaqdadır.

Bu gün dünyanın aparıcı dövlətləri sosial şəbəkələri artıq sadəcə kommunikasiya platforması kimi deyil, uşaqların psixoloji inkişafına, davranışına və təhlükəsizliyinə birbaşa təsir göstərən mühit kimi qiymətləndirirlər. Məhz buna görə də son illərdə bir-birinin ardınca sosial media platformalarında yaş məhdudiyyətləri, valideyn nəzarəti və yaşın yoxlanılması mexanizmlərini nəzərdə tutan qanunvericilik təşəbbüsləri qəbul olunur.

Dünya təcrübəsi: dövlətlər nəzarəti necə gücləndirir?

Avstraliya uşaqların sosial şəbəkələrdə qorunması sahəsində ən sərt və diqqətçəkən addımlardan birini atan ölkələrdən hesab olunur. 2024-cü ilin noyabrında ölkə parlamenti 16 yaşdan aşağı şəxslərin sosial şəbəkələrdən istifadəsini məhdudlaşdıran qanun qəbul edib.
 

Qanuna əsasən, “TikTok”, “Instagram”, “Facebook”, “X” və digər platformalar istifadəçilərin yaşını təsdiqləyən mexanizmlər tətbiq etməli, azyaşlıların yeni hesab yaratmasının qarşısını almalıdır. Qaydalara əməl etməyən platformalar milyonlarla dollar məbləğində maliyyə sanksiyaları ilə üzləşə bilər.


Fransa uşaqların rəqəmsal təhlükəsizliyi ilə bağlı Avropada ən sərt mövqe nümayiş etdirən ölkələrdən biridir. Ölkədə qəbul edilən qanuna əsasən, 15 yaşdan aşağı şəxslərin sosial şəbəkələrdə hesab yaratması üçün valideyn razılığı məcburi xarakter daşıyır. Platformalar bu razılığın real və etibarlı olduğunu təsdiqləyən texniki mexanizmlər tətbiq etməlidirlər.

Avropa İttifaqında qəbul edilən Digital Services Act (DSA) platformalara ciddi öhdəliklər qoyur.

Bu qanuna əsasən, böyük sosial media şirkətləri zərərli və qeyri-qanuni kontenti operativ şəkildə silməli, alqoritmlərin işləmə prinsipləri barədə şəffaflıq təmin etməlidir. Uşaqların qorunması isə prioritet istiqamətlərdən biridir.

Böyük Britaniyada qüvvəyə minən Online Safety Act isə xüsusilə yetkinlik yaşına çatmayanların müdafiəsinə yönəlib. Bu qanun platformaları uşaqlar üçün zərərli kontenti məhdudlaşdırmağa və risk qiymətləndirmələri aparmağa məcbur edir. Qanuna əməl etməyən şirkətlər böyük maliyyə sanksiyaları ilə üzləşə bilər.

ABŞ-da isə yanaşma daha çox platformaların daxili siyasətlərinə əsaslanır. Bununla belə, son illərdə xüsusilə COPPA (Children’s Online Privacy Protection Act) çərçivəsində uşaqların məlumatlarının qorunması və yaş məhdudiyyətlərinin tətbiqi ilə bağlı nəzarət gücləndirilib. Eyni zamanda, sosial media şirkətlərinə qarşı ictimai və siyasi təzyiq artmaqdadır.

Çin isə bu sahədə ən sərt modellərdən birini tətbiq edir. Burada yetkinlik yaşına çatmayanların sosial media və oyun platformalarından istifadəsi ciddi şəkildə məhdudlaşdırılıb, real kimliklə qeydiyyat sistemi tətbiq olunur və gündəlik istifadə vaxtına limit qoyulur.

Qeyd olunan ölkələrdən əlavə, Almaniya, Norveç, Portuqaliya, Türkiyə, Kanada, Yeni Zelandiya, Malayziya, İndoneziya, Hindistan kimi ölkələrdə də oxşar qanunvericilik təşəbbüsləri hazırlanır. Qonşu Qazaxıstan və Özbəkistanda da analoji hüquqi mexanizmlərin yaradılması istiqamətində iş aparılır.

Dünya liderlərinin mesajları

Maraqlıdır ki, müxtəlif siyasi baxışlara malik ölkələrin liderləri bu məsələdə oxşar mövqe nümayiş etdirirlər.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu ilin aprel ayında, Kahramanmaraş vilayətində məktəbə hücumdan sonra verdiyi açıqlamada səsləndirdiyi fikirlər xüsusilə diqqət çəkir:

"Bəzi rəqəmsal paylaşma tətbiqlərinin uşaqlarımızın zehnini pozduğu və sosial media platformalarının, açıq desək, zibilxanalara çevrildiyi bir dövrdə yaşayırıq. İnternetin nəzarətsiz və sərhədsiz dünyasına alqoritmlərin manipulyativ gücünü əlavə etdikdə mürəkkəb bir problem ortaya çıxır."

Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen isə mövzunu daha fərqli aspektdən qiymətləndirərək deyib:

"Məsələ gənclərin sosial mediaya çıxışının olub-olmamasında deyil. Məsələ sosial medianın gənclərə çıxışının olub-olmamasındadır."

Bu fikir müasir rəqəmsal dövrün əsas dilemmasını ifadə edir. Çünki artıq söhbət uşağın platformaya daxil olmasından deyil, platformanın alqoritmlərinin uşağın düşüncə və davranışına təsir imkanlarından gedir.

Norveçin Baş naziri Yonas Qar Störe də qanunvericiliyin mahiyyətini belə izah edib:

"Biz bu qanunvericiliyi uşaqların uşaq kimi yaşaya biləcəyi bir uşaqlıq dövrü istədiyimiz üçün tətbiq edirik. Oyun, dostluq və gündəlik həyat alqoritmlər və ekranlar tərəfindən ələ keçirilməməlidir."

İspaniyanın Baş naziri Pedro Sançes isə rəqəmsal hüququn əsas prinsipini bir cümlə ilə ifadə edib:

"Real dünyada qanuni olmayan şey virtual dünyada qanuni ola bilməz."

Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis də ölkəsində 15 yaşdan aşağı uşaqlar üçün sosial şəbəkələrə giriş məhdudiyyətinin 2027-ci ildən qüvvəyə minəcəyini açıqlayaraq bu istiqamətdə dünyada formalaşan ümumi yanaşmanı dəstəkləyib.

Söhbət qadağadan yox, uşaqların müdafiəsindən gedir

Uşaqların sosial şəbəkələrin zərərli təsirlərindən qorunması məqsədilə Azərbaycan Milli Məclisində üçüncü oxunuşda qəbul edilən yeni dəyişikliklər də məhz bu qlobal tendensiyanın tərkib hissəsidir.

Tənzimləməyə əsasən, 16 yaşına qədər uşaqlar sosial şəbəkə platformalarında hesab yarada bilməyəcək. 16-18 yaş arası şəxslər isə bunu valideyn razılığı əsasında edə biləcəklər. Əslində burada əsas yenilik "qeydiyyata qadağa" deyil, yaşın yoxlanılması mexanizminin tətbiqidir. Başqa sözlə, platformalar istifadəçinin yaşını təsdiqləyən texniki həllər tətbiq etməli olacaqlar.

Yeni yanaşmanın məqsədi uşaqları rəqəmsal mühitdən uzaqlaşdırmaq deyil, onların yetkinlik yaşına çatana qədər zərərli təsirlərdən qorunmasını təmin etməkdir.

Dövlətin sosial siyasətinin yeni mərhələsi

Ümumilikdə, uşaqların yaşına uyğun məhdudiyyətlər hüquq sistemində yeni yanaşma deyil. Bu gün dünyanın əksər ölkələrində yetkinlik yaşına çatmayan şəxslərə siqaret, alkoqol, enerji içkiləri, bəzi soyuq silah növlərinin satışı, qumar oyunları və pornoqrafik məzmuna çıxış məhdudlaşdırılıb. Cəmiyyət bu məhdudiyyətləri uşaqların hüquqlarının pozulması kimi deyil, onların sağlam inkişafına xidmət edən müdafiə mexanizmi kimi qəbul edir.

Rəqəmsal mühitdə də eyni məntiq tətbiq olunur. Çünki müasir dövrdə uşaqlar üçün təhlükə yalnız küçədə deyil, bütün günü əllərindən yerə qoymadıqları smartfonlarda formalaşa bilir. Bu baxımdan sosial şəbəkələrə qeydiyyatda yaşın yoxlanılması dövlətin uşaqların fiziki, psixoloji və mənəvi inkişafını qorumağa yönəlmiş sosial siyasətinin davamı kimi qiymətləndirilə bilər.

Azərbaycan mövcud hüquqi bazanı yeni mərhələyə keçirir

Əslində bu istiqamətdə hüquqi baza Azərbaycanda yeni yaranmır. 2018-ci ildə qəbul edilmiş "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Qanun uşaqların yaş xüsusiyyətlərinə uyğun informasiya əldə etmək hüququnu təmin etməklə yanaşı, onların zərərli məzmundan qorunmasının əsas mexanizmlərini müəyyən etmişdi.

Bugünkü dəyişikliklər həmin siyasətin rəqəmsal platformalar mərhələsinə keçidi kimi qiymətləndirilə bilər. Çünki informasiya istehlakının əsas hissəsi artıq televiziya və mətbuatdan deyil, məhz sosial media platformalarından həyata keçirilir.

Yeni qanunun qəbulundan sonra onun dərhal tətbiqi nəzərdə tutulmur. Sənəd 12 ay sonra qüvvəyə minəcək. Bu müddət ərzində yaş yoxlanılması tətbiq ediləcək platformaların siyahısı müəyyən ediləcək, texniki həllər hazırlanacaq, maarifləndirmə kampaniyaları və təlimlər keçiriləcək. Bu da göstərir ki, məqsəd inzibati məhdudiyyət deyil, mərhələli və effektiv tənzimləmə sisteminin qurulmasıdır.

Rəqəmsal gələcək təhlükəsiz mühitdən başlayır

Bu gün sosial şəbəkələr uşaqların həyatının ayrılmaz hissəsinə çevrilib. Lakin rəqəmsal inkişaf yalnız texnologiyanın əlçatanlığı ilə ölçülmür. Onun əsas göstəricilərindən biri təhlükəsiz rəqəmsal mühitin formalaşdırılmasıdır.

Azərbaycanın qəbul etdiyi yeni qanunvericilik dəyişiklikləri də məhz bu məqsədə xidmət edir. Burada əsas hədəf uşaqları texnologiyadan məhrum etmək deyil, onları rəqəmsal dünyanın zərərli təsirlərindən qorumaq, yetkinlik yaşına çatana qədər sağlam psixoloji inkişaf üçün təhlükəsiz mühit yaratmaqdır.

Müasir dövrdə uşaqların müdafiəsi artıq yalnız ailənin məsuliyyəti deyil. Bu, dövlətin, cəmiyyətin, təhsil sisteminin və rəqəmsal platformaların bölüşdüyü ortaq məsuliyyətdir

Qlobal tendensiyalar da göstərir ki, yaxın illərdə sosial şəbəkələrdə yaşın yoxlanılması və uşaqların rəqəmsal təhlükəsizliyinin gücləndirilməsi beynəlxalq hüququn əsas istiqamətlərindən birinə çevriləcək. Azərbaycanın bu istiqamətdə atdığı addımlar isə ölkənin rəqəmsal inkişaf strategiyasını uşaqların hüquq və mənafelərinin qorunması ilə uzlaşdırmaq niyyətini nümayiş etdirir.

Bizim.Media-nın analitik qrupu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sumqayıtda dənizdə iki nəfər BATDI - Birinin meyiti çıxarıldı

Sumqayıtda dənizdə iki nəfər BATDI - Birinin meyiti çıxarıldı

Ümüd Alməmmədova nazirlikdə VƏZİFƏ VERİLDİ

Ümüd Alməmmədova nazirlikdə VƏZİFƏ VERİLDİ

Uşaqlar üçün sosial şəbəkələrdə yaş məhdudiyyətinin tətbiqinə paytaxt sakinlərindən MÜNASİBƏT – VİDEO

Uşaqlar üçün sosial şəbəkələrdə yaş məhdudiyyətinin tətbiqinə paytaxt sakinlərindən MÜNASİBƏT – VİDEO

Bakıda 4 avtomobil toqquşdu: Xəsarət alanlar var – VİDEO

Bakıda 4 avtomobil toqquşdu: Xəsarət alanlar var – VİDEO

Kamilo Duran “Qarabağ”dan ayrılır?

Kamilo Duran “Qarabağ”dan ayrılır?

Leysan yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Leysan yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

"Mahnıya görə 100 min istədilər" -Vasif Məhərrəmli danışdı

"Mahnıya görə 100 min istədilər" -Vasif Məhərrəmli danışdı

Pezeşkian Xamenei ilə vida mərasimində göz yaşlarını saxlaya bilmədi – VİDEO

Pezeşkian Xamenei ilə vida mərasimində göz yaşlarını saxlaya bilmədi – VİDEO

DİM açıqladı: həmin şəxs barəsində araşdırma aparılır

DİM açıqladı: həmin şəxs barəsində araşdırma aparılır

Ağdamda AĞIR QƏZA - Yaralılar var - FOTO

Ağdamda AĞIR QƏZA - Yaralılar var - FOTO

Qaz avadanlıqlarının təhlükəsizliyinə dair reqlament QƏBUL EDİLDİ

Qaz avadanlıqlarının təhlükəsizliyinə dair reqlament QƏBUL EDİLDİ

Kəskin istilər olsa da, Avropada kondisioner niyə azdır?

Kəskin istilər olsa da, Avropada kondisioner niyə azdır?

Zaur Baxşəliyev: "Ağlım olsaydı, heç Günayla toy etməzdim"

Zaur Baxşəliyev: "Ağlım olsaydı, heç Günayla toy etməzdim"

104 azərbaycanlı Macarıstana gedəcək - SƏBƏB

104 azərbaycanlı Macarıstana gedəcək - SƏBƏB

Dünya ölkələrində uşaqlar üçün sosial şəbəkə MƏHDUDİYYƏTLƏRİ – Valideynlər ölkəmizdə tətbiqini TƏLƏB EDİRLƏR

Dünya ölkələrində uşaqlar üçün sosial şəbəkə MƏHDUDİYYƏTLƏRİ – Valideynlər ölkəmizdə tətbiqini TƏLƏB EDİRLƏR

Rusiya aviasiyasının keçmiş rəhbəri həbs olundu – VİDEO

Rusiya aviasiyasının keçmiş rəhbəri həbs olundu – VİDEO

“iPhone 18 Pro” modellərinin kamerası tamamilə dəyişir

“iPhone 18 Pro” modellərinin kamerası tamamilə dəyişir

Xamenei ilə vida mərasimində təhlükəsizlik necə təmin edilir? – FOTO

Xamenei ilə vida mərasimində təhlükəsizlik necə təmin edilir? – FOTO

“Admedia” reklam agentliyi beynəlxalq tədbirdə təltif olunub - FOTO

“Admedia” reklam agentliyi beynəlxalq tədbirdə təltif olunub - FOTO

Fransa millisinin müdafiəçisi “Beşiktaş”da

Fransa millisinin müdafiəçisi “Beşiktaş”da

Sahibə Qafarova Pezeşkiana başsağlığı verdi – VİDEO

Sahibə Qafarova Pezeşkiana başsağlığı verdi – VİDEO

Bakıda "Changan" AŞDI: XƏSARƏT ALANLAR VAR – FOTO/VİDEO

Bakıda "Changan" AŞDI: XƏSARƏT ALANLAR VAR – FOTO/VİDEO

Litvadan GÖZLƏNİLMƏZ ADDIM - Nüvə silahı ilə bağlı tarixi qadağa ləğv edilir

Litvadan GÖZLƏNİLMƏZ ADDIM - Nüvə silahı ilə bağlı tarixi qadağa ləğv edilir

Magistraturaya xüsusi qabiliyyət imtahanları üçün qeydiyyat BAŞLAYIR

Magistraturaya xüsusi qabiliyyət imtahanları üçün qeydiyyat BAŞLAYIR

End of content

No more pages to load

RADİO