Təyyarələrdə niyə həmişə soyuq olur? - Stüardessa səbəbini açıqladı

Təyyarə salonlarında temperaturun aşağı saxlanılması təsadüfi deyil. Mütəxəssislərin sözlərinə görə, bu, sərnişinlərin sağlamlığını qorumaq və uçuş təhlükəsizliyini artırmaq məqsədi daşıyır.

Bizim.Media xəbər verir ki, bu barədə "Popular Science" nəşri keçmiş stüardessa Bobbi Loriyə istinadən yazıb.

Onun sözlərinə görə, təyyarə salonunda optimal temperatur adətən 21-24 dərəcə arasında saxlanılır. Lakin salon daxilində rütubət səviyyəsi cəmi 10-20 faiz olduğundan hava olduğundan daha soyuq hiss edilir.

Bobbi Lori bildirib ki, aviaşirkətlərin temperaturu aşağı saxlamasının əsas səbəbi sərnişinlərdə huşunu itirmə hallarının qarşısını almaqdır. Təyyarədə hipoksiya - orqanizmin kifayət qədər oksigen almaması ilə xarakterizə olunan vəziyyət yarana bilər ki, bu da bəzi hallarda huşun itirilməsi ilə nəticələnir.

Onun sözlərinə görə, sərnişinlərin təyyarədə huşunu itirməsi düşünüldüyündən daha tez-tez baş verir. Bu hallar xüsusilə gecə reyslərində müşahidə olunur.

Mütəxəssis izah edib ki, təyyarə salonunda hava təzyiqi dəniz səviyyəsindən təxminən 1800-2400 metr yüksəklikdəki atmosfer təzyiqinə uyğun saxlanılır. Bu səbəbdən sərnişin orqanizmi dəniz səviyyəsi ilə müqayisədə təxminən 25 faiz daha az oksigen qəbul edir. Buna öyrəşməyən insanlarda başgicəllənmə və halsızlıq yarana bilər.

Keçmiş stüardessanın sözlərinə görə, sərin hava sərnişinlərin ayıq qalmasına kömək edir ki, bu da qəfil turbulensiya və ya təxliyə zamanı operativ reaksiya vermək baxımından vacibdir.

Bundan əlavə, aşağı temperatur ürək ritmini və tənəffüsü sabitləşdirir, qanda oksigen səviyyəsinin qorunmasına kömək edir, ürəkbulanma və hərəkət xəstəliyi riskini azaldır.

Bobbi Lori qeyd edib ki, salonun daha sərin saxlanılması rütubətin tənzimlənməsinə də kömək edir və havanın ağırlaşmasının qarşısını alır.

Təyyarədə temperaturu kim tənzimləyir?

Bu, təyyarənin modelindən asılıdır. Boeing təyyarələrində salonun temperaturu pilot kabinəsindən idarə olunur. Airbus təyyarələrində isə stüardessalar mərkəzi sensor ekran vasitəsilə temperaturu tənzimləyə bilirlər.

Təyyarədə tez üşüyənlər harada əyləşməməlidir?

Mütəxəssislər bildirirlər ki, tez üşüyən sərnişinlər qəza çıxışlarının yaxınlığındakı oturacaqlardan uzaq durmalıdırlar. Çünki qapıların izolyasiya hissələrindən sərin hava daxil ola bilər. Pəncərə kənarındakı yerlər də təyyarənin xarici səthinə yaxın olduğundan adətən daha soyuq olur. (Qaynarinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu yayın ən çox transfer edən klubları bilindi

Bu yayın ən çox transfer edən klubları bilindi

"Android"in Azərbaycan bazarındakı payı kəskin AZALDI

"Android"in Azərbaycan bazarındakı payı kəskin AZALDI

Azərbaycanda ateistlərin sayı: Bu rəqəm çoxlarını təəccübləndirəcək

Azərbaycanda ateistlərin sayı: Bu rəqəm çoxlarını təəccübləndirəcək

Tramp Putinlə görüşün yeganə şərtini AÇIQLADI

Tramp Putinlə görüşün yeganə şərtini AÇIQLADI

Azərbaycanda ən çox hansı yaşda insanlar işləyir?

Azərbaycanda ən çox hansı yaşda insanlar işləyir?

Sentyabrın 3-də bu küçə və kəndlərdə işıq olmayacaq

Sentyabrın 3-də bu küçə və kəndlərdə işıq olmayacaq

Bu kəndə köçənlərə ev və iş verilir – İnanılmaz təklif

Bu kəndə köçənlərə ev və iş verilir – İnanılmaz təklif

CENTCOM İrandakı toy mərasiminə zərbə endirilməsi iddialarını araşdırır

CENTCOM İrandakı toy mərasiminə zərbə endirilməsi iddialarını araşdırır

Beynimizin nə qədərindən istifadə edirik? – Maraqlı açıqlama

Beynimizin nə qədərindən istifadə edirik? – Maraqlı açıqlama

İrana yenidən zərbə endirməyə hazırıq - Tramp

İrana yenidən zərbə endirməyə hazırıq - Tramp

Nepaldakı fəlakətin səbəbi açıqlandı: İqlim dəyişikliyi...

Nepaldakı fəlakətin səbəbi açıqlandı: İqlim dəyişikliyi...

Gecə işləyənlərin maaşına nə qədər əlavə ödənilməlidir?

Gecə işləyənlərin maaşına nə qədər əlavə ödənilməlidir?

Fanatından Nurana evlilik təklifi - VİDEO

Fanatından Nurana evlilik təklifi - VİDEO

AB-dən erməni konyakına qadağa - Səbəb?

AB-dən erməni konyakına qadağa - Səbəb?

Türkiyədə gəmi qəzasını işıqlandıran operator döyüldü - VİDEO

Türkiyədə gəmi qəzasını işıqlandıran operator döyüldü - VİDEO

Tələbələr üçün mənzil kirayəsinin qiyməti 50-100 manat BAHALAŞDI - VİDEO

Tələbələr üçün mənzil kirayəsinin qiyməti 50-100 manat BAHALAŞDI - VİDEO

Azərbaycan millisinin oyununun yeri dəyişdirildi

Azərbaycan millisinin oyununun yeri dəyişdirildi

Tramp: "Hollivud ölüb və biz onu dirçəltməliyik"

Tramp: "Hollivud ölüb və biz onu dirçəltməliyik"

ABŞ yüz minlərlə əcnəbini ölkədən çıxaracaq - Səbəb

ABŞ yüz minlərlə əcnəbini ölkədən çıxaracaq - Səbəb

Nepalda sel fəlakətində ölən və itkin düşənlərin SON STATİSTİKASI

Nepalda sel fəlakətində ölən və itkin düşənlərin SON STATİSTİKASI

Orqanizmi toksinlərdən sürətlə təmizləyən 5 MEYVƏ

Orqanizmi toksinlərdən sürətlə təmizləyən 5 MEYVƏ

20 yaşlı gəncin bir anlıq əsəbi həbslə nəticələndi

20 yaşlı gəncin bir anlıq əsəbi həbslə nəticələndi

4 BÜRC sentyabrda diqqətli olmalıdır

4 BÜRC sentyabrda diqqətli olmalıdır

Goranboyda avtomobillər toqquşdu: Xəsarət alanlar var

Goranboyda avtomobillər toqquşdu: Xəsarət alanlar var

End of content

No more pages to load

RADİO