500 nömrəli Bakı-Sumqayıt avtobuslarında kondisioner niyə işləmir? - VİDEO

Bakı-Sumqayıt və əks istiqamətdə hərəkət edən 500 nömrəli marşrut avtobuslarında kondisioner işləmir.

Bizim.Media “xezerxeber.az”a istinadla xəbər verir ki, sərnişinlər kondisionerlərin işləmədiyini, xüsusilə iritutumlu avtobuslarda havalandırmanın zəif olması səbəbindən gedişlərinin çətinləşdiyini bildirirlər. Sərnişinlərin sözlərinə görə, isti hava şəraitində avtobusların salonunda uzun müddət qalmaq narahatlıq yaradır.
 

Biz də çəkiliş apardığımız zaman 500 nömrəli avtobusun kondisionerinin işləmədiyini və nəqliyyat vasitəsindəki bütün şüşələrin açıq olduğunu müşahidə etdik. Sürücülərə kondisionerlərin hansı səbəbdən işləmədiyi barədə sual verməyə çalışsaq da, onlar çəkilişi görüb avtobusları tərk etdilər.


Bu istiqamətdə fəaliyyət göstərən 508 nömrəli marşrut avtobuslarının sürücüləri isə bildirirlər ki, bəzi hallarda kondisioner sistemində texniki nasazlıq yarandığı üçün qurğular fəaliyyət göstərmir.

Məsələ ilə bağlı "BakuBus" MMC-dən "Xəzər Xəbər"ə bildirildi ki, müəssisənin istismarında olan bütün avtobuslar kondisioner sistemi ilə təchiz edilib və iyunun 2-dən etibarən sistemlər yay rejiminə uyğun şəkildə aktivləşdirilərək fasiləsiz fəaliyyəti təmin olunur.

Hər gün xəttə orta hesabla 1090 avtobus buraxılır və bu qədər nəqliyyat vasitəsinin intensiv istismarı zamanı ayrı-ayrı texniki nasazlıqların yaranması istisna deyil. Bununla belə, hazırda xəttə çıxan avtobusların 90 faizində kondisioner sistemləri tam işlək vəziyyətdədir.
 

Vurğulanıb ki, 500, 503 və 508 nömrəli marşrut xətlərində fəaliyyət göstərən avtobuslarda da kondisioner sistemləri hazırda işlək vəziyyətdədir. Kondisioner sistemi də daxil olmaqla hər hansı texniki nasazlıq aşkar edildiyi halda sürücü dərhal Monitorinq mərkəzinə məlumat verir. Müraciət operativ qiymətləndirilir və marşrut üzrə sərnişindaşımanın fasiləsizliyini təmin etmək məqsədilə, ehtiyac yarandıqda, nasaz avtobus ehtiyat nəqliyyat vasitəsi ilə əvəz edilir.


Qurum sərnişinlərə müraciət edərək bildirib ki, kondisionerlərin fəaliyyəti ilə bağlı problemlə qarşılaşdıqları halda marşrut nömrəsini, avtobusun dövlət qeydiyyat nişanını, hərəkət istiqamətini və mümkün olduqda hadisənin vaxtını qeyd etməklə "BakuBus" MMC-yə məlumat versinlər. Bildirilib ki, daxil olan müraciətlər operativ araşdırılır və zəruri tədbirlər görülür.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sentyabrın ən şanslı 5 BÜRCÜ

Sentyabrın ən şanslı 5 BÜRCÜ

Orhan Gencebayın xanımı fotoşopla özünü 40 yaş cavanlaşdırdı

Orhan Gencebayın xanımı fotoşopla özünü 40 yaş cavanlaşdırdı

Bu yayın ən çox transfer edən klubları bilindi

Bu yayın ən çox transfer edən klubları bilindi

"Android"in Azərbaycan bazarındakı payı kəskin AZALDI

"Android"in Azərbaycan bazarındakı payı kəskin AZALDI

Azərbaycanda ateistlərin sayı: Bu rəqəm çoxlarını təəccübləndirəcək

Azərbaycanda ateistlərin sayı: Bu rəqəm çoxlarını təəccübləndirəcək

Tramp Putinlə görüşün yeganə şərtini AÇIQLADI

Tramp Putinlə görüşün yeganə şərtini AÇIQLADI

Azərbaycanda ən çox hansı yaşda insanlar işləyir?

Azərbaycanda ən çox hansı yaşda insanlar işləyir?

Sentyabrın 3-də bu küçə və kəndlərdə işıq olmayacaq

Sentyabrın 3-də bu küçə və kəndlərdə işıq olmayacaq

Bu kəndə köçənlərə ev və iş verilir – İnanılmaz təklif

Bu kəndə köçənlərə ev və iş verilir – İnanılmaz təklif

CENTCOM İrandakı toy mərasiminə zərbə endirilməsi iddialarını araşdırır

CENTCOM İrandakı toy mərasiminə zərbə endirilməsi iddialarını araşdırır

Beynimizin nə qədərindən istifadə edirik? – Maraqlı açıqlama

Beynimizin nə qədərindən istifadə edirik? – Maraqlı açıqlama

İrana yenidən zərbə endirməyə hazırıq - Tramp

İrana yenidən zərbə endirməyə hazırıq - Tramp

Nepaldakı fəlakətin səbəbi açıqlandı: İqlim dəyişikliyi...

Nepaldakı fəlakətin səbəbi açıqlandı: İqlim dəyişikliyi...

Gecə işləyənlərin maaşına nə qədər əlavə ödənilməlidir?

Gecə işləyənlərin maaşına nə qədər əlavə ödənilməlidir?

Fanatından Nurana evlilik təklifi - VİDEO

Fanatından Nurana evlilik təklifi - VİDEO

AB-dən erməni konyakına qadağa - Səbəb?

AB-dən erməni konyakına qadağa - Səbəb?

Türkiyədə gəmi qəzasını işıqlandıran operator döyüldü - VİDEO

Türkiyədə gəmi qəzasını işıqlandıran operator döyüldü - VİDEO

Tələbələr üçün mənzil kirayəsinin qiyməti 50-100 manat BAHALAŞDI - VİDEO

Tələbələr üçün mənzil kirayəsinin qiyməti 50-100 manat BAHALAŞDI - VİDEO

Azərbaycan millisinin oyununun yeri dəyişdirildi

Azərbaycan millisinin oyununun yeri dəyişdirildi

Tramp: "Hollivud ölüb və biz onu dirçəltməliyik"

Tramp: "Hollivud ölüb və biz onu dirçəltməliyik"

ABŞ yüz minlərlə əcnəbini ölkədən çıxaracaq - Səbəb

ABŞ yüz minlərlə əcnəbini ölkədən çıxaracaq - Səbəb

Nepalda sel fəlakətində ölən və itkin düşənlərin SON STATİSTİKASI

Nepalda sel fəlakətində ölən və itkin düşənlərin SON STATİSTİKASI

Orqanizmi toksinlərdən sürətlə təmizləyən 5 MEYVƏ

Orqanizmi toksinlərdən sürətlə təmizləyən 5 MEYVƏ

20 yaşlı gəncin bir anlıq əsəbi həbslə nəticələndi

20 yaşlı gəncin bir anlıq əsəbi həbslə nəticələndi

End of content

No more pages to load

RADİO