II və III qruplar üzrə qəbul imtahanı KEÇİRİLƏCƏK – İştirakçıların SAYI

Dövlət İmtahan Mərkəzi tərəfindən iyulun 5-də II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçiriləcək.

Bu barədə Bizim.Media-ya DİM-dən məlumat verilib.

Bildirilib ki, imtahanlar Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Ucar, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Quba və Xaçmazda təşkil olunacaq.

İştirakçılar iyunun 25-dən etibarən Dövlət İmtahan Mərkəzinin saytında "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilirlər.

"İmtahana buraxılış vərəqəsi"ndə imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.
Abituriyentlərin bir daha nəzərinə çatdırırıq ki, imtahan saat 10:00-da başlanır.

İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli.

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 172 imtahan binası, 3074 imtahan zalı ayrılıb.

İmtahanların idarə olunmasına 172 ümumi imtahan rəhbəri, 491 imtahan rəhbəri, 3808 nəzarətçi, 554 buraxılış rejimi əməkdaşı, 172 bina nümayəndəsi cəlb olunub.

II ixtisas qrupu üzrə imtahanda 18908, III ixtisas qrupu üzrə imtahanda isə 22714 nəfər olmaqla, ümumilikdə 41622 abituriyentin iştirakı nəzərdə tutulur.

İmtahanda 67 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib.

Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.

Hazırda qeyd olunan şəhər və rayonlarda imtahanlarda iştirak edəcək digər nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir.

Bütün imtahan binalarına baxış keçirilir, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılır. Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə iyulun 4-də təkrar baxış keçiriləcək və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə veriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan taleyində DÖNÜŞ NÖQTƏSİ - Dövlətçiliyimizin gələcəyini müəyyən edən tarixi seçim

Azərbaycan taleyində DÖNÜŞ NÖQTƏSİ - Dövlətçiliyimizin gələcəyini müəyyən edən tarixi seçim

Yağışlı havada evdə səmərəli vaxt keçirmək üçün TÖVSİYƏLƏR

Yağışlı havada evdə səmərəli vaxt keçirmək üçün TÖVSİYƏLƏR

Kaşpirovski vəfat etdi

Kaşpirovski vəfat etdi

Aparıcı Çinarə həkim ərinin yeni bahalı maşınını nümayiş etdirdi - (Video)

Aparıcı Çinarə həkim ərinin yeni bahalı maşınını nümayiş etdirdi - (Video)

Saçları fensiz düz saxlamağın ən rahat üsulu – yumamışdan qabaq bunları edin

Saçları fensiz düz saxlamağın ən rahat üsulu – yumamışdan qabaq bunları edin

Bakıda bu avtomobil yolu birdəfəlik bağlanır - Tarix açıqlandı

Bakıda bu avtomobil yolu birdəfəlik bağlanır - Tarix açıqlandı

Təcavüzə məruz qalan 23 yaşlı azərbaycanlını Pakistana aparan biznesmen kimdir? – FOTO

Təcavüzə məruz qalan 23 yaşlı azərbaycanlını Pakistana aparan biznesmen kimdir? – FOTO

“O, həmişə əfsanə olaraq qalacaq” - Foto

“O, həmişə əfsanə olaraq qalacaq” - Foto

"Estetika memuarları" - Azərbaycan estetikasının yaddaşına yazılan kitab (FOTO)

"Estetika memuarları" - Azərbaycan estetikasının yaddaşına yazılan kitab (FOTO)

Göyçayda güclü yağışın törətdiyi fəsadlar – FOTO/VİDEO

Göyçayda güclü yağışın törətdiyi fəsadlar – FOTO/VİDEO

Hansı hallarda dini kəbinə icazə verilir? – Şərtlər AÇIQLANDI

Hansı hallarda dini kəbinə icazə verilir? – Şərtlər AÇIQLANDI

Sərxoş vəziyyətdə tramvayı qaçırdı – VİDEO

Sərxoş vəziyyətdə tramvayı qaçırdı – VİDEO

Qubadlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Beynəlxalq Müəllimlər Gününə həsr olunan tədbir keçirildi – FOTO

Qubadlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Beynəlxalq Müəllimlər Gününə həsr olunan tədbir keçirildi – FOTO

Sabah da yağış YAĞACAQ

Sabah da yağış YAĞACAQ

Onu görəndə almanlar gizlənməyə yer axtarırdı – “Uçan tank”ın inanılmaz tarixçəsi

Onu görəndə almanlar gizlənməyə yer axtarırdı – “Uçan tank”ın inanılmaz tarixçəsi

Gecə yatarkən işığı söndürməyənlərə XƏBƏRDARLIQ

Gecə yatarkən işığı söndürməyənlərə XƏBƏRDARLIQ

2026-cı ilin ən yaxşı Çin avtomobilləri bəlli oldu

2026-cı ilin ən yaxşı Çin avtomobilləri bəlli oldu

Yeni sistemə keçid: Kassirlərin dövrü başa çatır?

Yeni sistemə keçid: Kassirlərin dövrü başa çatır?

Telefonu necə düzgün şarj etməli: İndiyədək səhv bilirmişik

Telefonu necə düzgün şarj etməli: İndiyədək səhv bilirmişik

Ən çox qar bu ərazilərə yağıb – FOTO

Ən çox qar bu ərazilərə yağıb – FOTO

İdman zallarında sertifikatsız məşqçilər - Kim nəzarət edir?

İdman zallarında sertifikatsız məşqçilər - Kim nəzarət edir?

Bakıdakı yağış aylıq normanı keçdi - FAKTİKİ HAVA

Bakıdakı yağış aylıq normanı keçdi - FAKTİKİ HAVA

Ət yenə bahalaşdı: artımın gerçək səbəbi bu imiş – AÇIQLANDI

Ət yenə bahalaşdı: artımın gerçək səbəbi bu imiş – AÇIQLANDI

Kəsiləndə qırmızı, başqa torpaqda dümağ olur: Pulla belə satın almaq mümkün deyil

Kəsiləndə qırmızı, başqa torpaqda dümağ olur: Pulla belə satın almaq mümkün deyil

End of content

No more pages to load

RADİO