Bulvar İdarəsinin sabiq rəhbərinin məhkəməsində YENİ FAKTLAR açıqlandı

Mənimsəmədə təqsirləndirilən Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyətinin sabiq sədri İlqar Mustafayev, onun köməkçisi olmuş Rəşad Bədəlov və "GİRASOL" MMC-nin direktoru Fuad Babayevin barəsindəki cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hakim tərkibi dəyişdiyi üçün məhkəmə istintaqı yenilənib.

İclasda şahidlər ifadə veriblər. Şahid Aydın Alxasov təqsirləndirilən şəxsləri tanıdığını deyib:

"İstintaqda ifadə vermişəm. Bulvar İdarəsinə işə düzəlmişdim. İlqar müəllimlə tanışlığım var idi. Xahiş etmişdim, işə götürmüşdü. Velosiped təmirçisi işləyirdim, sonra işləyə bilmədim. İşlənmiş velosipedləri yeniləmək lazım idi, bunu edə bilmədim, ona görə çıxdım. Sonra qarajda mexanik işləməyə başladım. Maaş alırdım. Özümə VÖEN açdırmışdım. Maaşımın 600-700 manatını kartla, 300 manatı isə əlbəəl alırdım".

Prosesdə ifadə verən digər şahid Tohid Abbasov təqsirləndirilən şəxsləri tanıdığını söyləyib. O bildirib ki, bulvarda "popcorn" aparatlarını işlədib:

"Aparatları özüm almışdım. İcarə haqqı vermirdim, pulu onlara verirdim. Maaş alırdım. İlqar Mustafayevə hər hansı bir pul verməmişəm. İlqar Mustafayevin vaxtında pulları yığıb idarədə Vüqar müəllimə vermişəm. VÖEN bibim nəvəsinin adına olub, onun VÖEN-i də Vüqar müəllimdə idi".

Lakin şahidin ibtidai istintaqa verdiyi ifadəsi ilə məhkəmədəki ifadəsində ziddiyyət yaranıb. O, əvvəlki ifadəsində deyib ki, pulu təqsirləndirilən Rəşad Bədəlova verib.

Şahid bu ifadə ilə razılaşmayıb, deyib ki, oxumaqda çətinlik çəkir. İfadəni özü yazmayıb, şifahi şəkildə bildirib. Lakin hakim onun şahid andını oxuya bildiyini, oxumaqda çətinlik çəkmədiyini diqqətə çatdırıb.

Təqsirləndirilən İlqar Mustafayev deyib ki, şahidlə "popcorn" aparatlarının dəyişdirilməsi ilə bağlı söhbəti olub. İdarə rəisi kimi bütün aparatlar ona təhkim olunub.

İlqar Mustafayev şahidə hazırda pulları yığıb idarəyə təhvil verib-vermədiyini soruşub. Şahid cavabında daha toplanan vəsaitləri idarəyə aparmadıqlarını və maaşlarını bankdan aldıqlarını deyib.

Prosesdə ifadə verən şahid Tural Mirzəyev təqsirləndirilən Fuad Babayevi tanıdığını deyib. O bildirib ki, bulvarda obyektlərdən icarə haqlarını alaraq Fuad Babayevə təhvil verib. Təqsirləndirilən Fuad Babayev də onu tanıdığını söyləyib. F.Babayev deyib ki, 2018-ci ildən 2019-cu ilin sentyabrına qədər kassir işləyib. Kassir işləmədiyi müddətdə icarə haqlarını qəbul etməyib.

Növbəti iclas iyulun 10-na təyin edilib.

Qeyd edək ki, Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin yoxlanılması ilə bağlı Hesablama Palatasından daxil olan materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

İttihama görə, İlqar Mustafayev sözügedən idarədə işlədiyi dövrdə köməkçisi Rəşad Bədəlov, "GİRASOL" MMC-nin direktoru Fuad Babayev və qeyriləri ilə birgə rəsmi sənədlərə yalan məlumatlar daxil etməklə qurumun ərazisində yerləşən qeyri-yaşayış sahələrinin icarəyə verilməsi, ərazidə kommersiya obyektlərinin fəaliyyətinin təşkil edilməsi, gəmi gəzintiləri və digər bu kimi fəaliyyət sahələrindən əldə olunan 12 milyon manatdan artıq vəsaiti mənimsəyiblər.
 

Bundan başqa, İlqar Mustafayevin 1 milyon 800 min manatdan artıq məbləğdə vergini dövlət büdcəsinə ödəməkdən yayınmaqda və cinayət yolu ilə əldə edilmiş pul vəsaitinin 10 milyon manatdan artıq hissəsini özü və qohumlarının adına əqdlər bağlamaq yolu ilə müvafiq əmlaklar alaraq leqallaşdırmaqda təqsirli bilinir.


İlqar Mustafayevə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda törədilməklə mənimsəmə), 193-1.3.2 (xeyli miqdarda törədilməklə cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı), Fuad Babayev və Rəşad Bədəlova isə həmin Məcəllənin 179.4, 308.2 və 313-cü maddələri ilə ittiham elan edilib.

İlqar Mustafayev barəsində həbs, digərləri ilə bağlı isə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə müəyyən edilən ziyanın ödənilməsini təmin etmək məqsədilə dəyəri 11 milyon manatdan artıq əmlak üzərinə həbs qoyulub. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan taleyində DÖNÜŞ NÖQTƏSİ - Dövlətçiliyimizin gələcəyini müəyyən edən tarixi seçim

Azərbaycan taleyində DÖNÜŞ NÖQTƏSİ - Dövlətçiliyimizin gələcəyini müəyyən edən tarixi seçim

Yağışlı havada evdə səmərəli vaxt keçirmək üçün TÖVSİYƏLƏR

Yağışlı havada evdə səmərəli vaxt keçirmək üçün TÖVSİYƏLƏR

Kaşpirovski vəfat etdi

Kaşpirovski vəfat etdi

Aparıcı Çinarə həkim ərinin yeni bahalı maşınını nümayiş etdirdi - (Video)

Aparıcı Çinarə həkim ərinin yeni bahalı maşınını nümayiş etdirdi - (Video)

Saçları fensiz düz saxlamağın ən rahat üsulu – yumamışdan qabaq bunları edin

Saçları fensiz düz saxlamağın ən rahat üsulu – yumamışdan qabaq bunları edin

Bakıda bu avtomobil yolu birdəfəlik bağlanır - Tarix açıqlandı

Bakıda bu avtomobil yolu birdəfəlik bağlanır - Tarix açıqlandı

Təcavüzə məruz qalan 23 yaşlı azərbaycanlını Pakistana aparan biznesmen kimdir? – FOTO

Təcavüzə məruz qalan 23 yaşlı azərbaycanlını Pakistana aparan biznesmen kimdir? – FOTO

“O, həmişə əfsanə olaraq qalacaq” - Foto

“O, həmişə əfsanə olaraq qalacaq” - Foto

"Estetika memuarları" - Azərbaycan estetikasının yaddaşına yazılan kitab (FOTO)

"Estetika memuarları" - Azərbaycan estetikasının yaddaşına yazılan kitab (FOTO)

Göyçayda güclü yağışın törətdiyi fəsadlar – FOTO/VİDEO

Göyçayda güclü yağışın törətdiyi fəsadlar – FOTO/VİDEO

Hansı hallarda dini kəbinə icazə verilir? – Şərtlər AÇIQLANDI

Hansı hallarda dini kəbinə icazə verilir? – Şərtlər AÇIQLANDI

Sərxoş vəziyyətdə tramvayı qaçırdı – VİDEO

Sərxoş vəziyyətdə tramvayı qaçırdı – VİDEO

Qubadlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Beynəlxalq Müəllimlər Gününə həsr olunan tədbir keçirildi – FOTO

Qubadlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Beynəlxalq Müəllimlər Gününə həsr olunan tədbir keçirildi – FOTO

Sabah da yağış YAĞACAQ

Sabah da yağış YAĞACAQ

Onu görəndə almanlar gizlənməyə yer axtarırdı – “Uçan tank”ın inanılmaz tarixçəsi

Onu görəndə almanlar gizlənməyə yer axtarırdı – “Uçan tank”ın inanılmaz tarixçəsi

Gecə yatarkən işığı söndürməyənlərə XƏBƏRDARLIQ

Gecə yatarkən işığı söndürməyənlərə XƏBƏRDARLIQ

2026-cı ilin ən yaxşı Çin avtomobilləri bəlli oldu

2026-cı ilin ən yaxşı Çin avtomobilləri bəlli oldu

Yeni sistemə keçid: Kassirlərin dövrü başa çatır?

Yeni sistemə keçid: Kassirlərin dövrü başa çatır?

Telefonu necə düzgün şarj etməli: İndiyədək səhv bilirmişik

Telefonu necə düzgün şarj etməli: İndiyədək səhv bilirmişik

Ən çox qar bu ərazilərə yağıb – FOTO

Ən çox qar bu ərazilərə yağıb – FOTO

İdman zallarında sertifikatsız məşqçilər - Kim nəzarət edir?

İdman zallarında sertifikatsız məşqçilər - Kim nəzarət edir?

Bakıdakı yağış aylıq normanı keçdi - FAKTİKİ HAVA

Bakıdakı yağış aylıq normanı keçdi - FAKTİKİ HAVA

Ət yenə bahalaşdı: artımın gerçək səbəbi bu imiş – AÇIQLANDI

Ət yenə bahalaşdı: artımın gerçək səbəbi bu imiş – AÇIQLANDI

Kəsiləndə qırmızı, başqa torpaqda dümağ olur: Pulla belə satın almaq mümkün deyil

Kəsiləndə qırmızı, başqa torpaqda dümağ olur: Pulla belə satın almaq mümkün deyil

End of content

No more pages to load

RADİO