Gəncə Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki Oqtay Süleymanlı yeni vəzifəyə təyin edilib.
Bizim.Media-nın verdiyi xəbərə görə, müvafiq əmrlə O. Süleymanlı vəzifəsindən azad edilərək Bakı şəhəri, Qaradağ rayon Polis İdarəsi rəisinin xidmət üzrə müavini təyin edilib.
Qeyd edək ki, ötən ay Gəncə ŞBPİ-nin rəisi, polkovnik Əkbər İsmayılov vəzifəsindən azad edilərək Bakı şəhər Baş Polis İdarəsinə rəis təyin edilib. Bakı polisinin rəis müavini, polis general-mayoru Teymur Hacıyev isə Gəncə polisinin rəisi olub.
Bizim.Media