Xidmət rəisi “neqodnı” olan vətəndaşlara ÇAĞIRIŞ ETDİ

“İlk olaraq müəyyənləşdirmək lazımdır ki, hərbi xidmətdən yayınan şəxslər kimlərdir və nədən yayınırlar? Burada çağırışçılar çağırış prosesindən və ya hərbi vəzifəlilər təkrar tibbi şəhadətləndirmədən, eləcə də təlim toplanışlardan yayınırlar”.

Bizim.Media xəbər verir ki, bunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-mayor Mürsəl İbrahimov APA və REAL TV-yə müsahibəsində deyib.

“Yəni konkret olaraq, kateqoriyalar var. El arasında “neqodnı” sözündən çox istifadə edirlər. Burada 3 ildən bir komissiyadan keçməli olan şəxslərdən söhbət gedir. Yayınan şəxslərlə bağlı normalar qanunvericilikdə də əks olunub. Burada maarifləndirmə məsələləri çox böyük əhəmiyyət kəsb edir.

İlk olaraq onların tapılmasında ərazi polis orqanlarına müraciət olunur və birgə axtarış tədbirləri aparılır, inzibati məsuliyyətə cəlb olunurlar. Yeri gəlmişkən, Sizin vasitənizlə Daxili İşlər Nazirliyinin rəhbərliyinə və əməkdaşlarına bizə yaxından dəstək göstərdiklərinə görə təşəkkürümü bildirmək istərdim. Yayınma halları davam etdirdikdə sərhədkeçməyə məhdudiyyət tətbiq olunur, tapılmadıqda isə materiallar prokurorluq orqanlarına göndərilir.

Artıq Cinayət Məcəlləsində də bununla bağlı dəyişiklik edilib və 321-ci maddənin qeyd hissəsində bu təsbit olunur. Xidmət yayınma hallarının kriminallaşdırılmasında maraqlı deyil. Bir daha da vətəndaşlarımızı yayınma hallarına yol verməməyə çağırıram. Mənim çağırışım əsasən valideynlərə olacaq. Oğlanların gələcək həyatında müddətli həqiqi hərbi xidmət keçməsi çox vacibdir. Həm “kişilik məktəbi”dir, həm də onlar gələcək həyatlarında hər hansı bir qurumda işləməsi üçün müddətli həqiqi xidmət keçməsi mühüm şərt hesab olunur”, - o qeyd edib.

Xidmət rəisi hərbi xidmətdən yayınan şəxslərlə bağlı suala cavabında bildirib ki, bu prosesi Xidmət daxilində tənzimləməyə çalışırlar:

“Faktlar var, bununla bağlı mediada da məlumatlara rast gəlirik, amma bu, kütləvi deyil. Bəzi hallarda prokurorluq orqanları cinayət işlərinə başlanmasını həyata keçirirlər. Bu gün məhkəmə qərarları da mövcuddur. Amma bir daha deyirəm ki, biz həmin faktların kriminallaşdırılmasında maraqlı deyilik.

Biz vətəndaşları nizam-intizama çağırırıq. Bu yerdə “neqodnı” olan vətəndaşlara çağırış edirəm: Öz hərbi biletlərini açsınlar, orada onların komissiyadan keçməsi ilə bağlı konkret tarixlər mövcuddur. Onlar bu hərbi biletə imza çəkiblər. Xahiş edirik, vaxtında komissiyadan keçin ki, biz sizin haqqınızda hər hansı tədbirləri həyata keçirməyək. Bu, həm də Xidmətin işini asanlaşdırar”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Qəbələ” Yaponiya millisinə UDUZDU

“Qəbələ” Yaponiya millisinə UDUZDU

Restoranlarda YENİ QAYDA: Menyuda iki qiymət göstəriləcək

Restoranlarda YENİ QAYDA: Menyuda iki qiymət göstəriləcək

Ukraynada döyüşən daha bir soydaşımız həlak oldu - FOTO

Ukraynada döyüşən daha bir soydaşımız həlak oldu - FOTO

Prezident göstəriş verdi: Maaşlar nə qədər artacaq və kimlərə şamil olunacaq?

Prezident göstəriş verdi: Maaşlar nə qədər artacaq və kimlərə şamil olunacaq?

Restoranlarda təklif edilən həqiqi kürüdür, yoxsa əvəzedici? – FOTO

Restoranlarda təklif edilən həqiqi kürüdür, yoxsa əvəzedici? – FOTO

"Sabah"dan ayrıldı, Kosovo klubuna KEÇDİ

"Sabah"dan ayrıldı, Kosovo klubuna KEÇDİ

“Xaricdə təhsil” vədi ilə 12 min manatı mənimsəyən şəxs SAXLANILDI

“Xaricdə təhsil” vədi ilə 12 min manatı mənimsəyən şəxs SAXLANILDI

İran ABŞ-ın genişmiqyaslı zərbələrinə hazırlaşır – KİV

İran ABŞ-ın genişmiqyaslı zərbələrinə hazırlaşır – KİV

Bakıda saxta iş elanı verən HƏBS OLUNDU

Bakıda saxta iş elanı verən HƏBS OLUNDU

Moldovanın hava məkanı yenə pozuldu - FOTO

Moldovanın hava məkanı yenə pozuldu - FOTO

Ölkə ərazisinə leysan, dağlıq bölgələrə qar yağır - FAKTİKİ HAVA

Ölkə ərazisinə leysan, dağlıq bölgələrə qar yağır - FAKTİKİ HAVA

Messi yeni klubunun qələbəsini belə qeyd etdi - FOTO

Messi yeni klubunun qələbəsini belə qeyd etdi - FOTO

Nərimanovda marketləri və vətəndaşları qarət edənlər SAXLANILDI

Nərimanovda marketləri və vətəndaşları qarət edənlər SAXLANILDI

Süni intellekt “ölmək istəmir”? - Deaktiv edilməyə müqavimət göstərdi

Süni intellekt “ölmək istəmir”? - Deaktiv edilməyə müqavimət göstərdi

Britaniyalılar Aİ-yə qayıtmağı DƏSTƏKLƏYİR

Britaniyalılar Aİ-yə qayıtmağı DƏSTƏKLƏYİR

Metroda halı pisləşən kişi öldü

Metroda halı pisləşən kişi öldü

"Fənərbağça" nümayəndələri Heydər Əliyevin məzarını ziyarət etdilər - FOTO

"Fənərbağça" nümayəndələri Heydər Əliyevin məzarını ziyarət etdilər - FOTO

Quba-Xınalıq yolunda yenə torpaq sürüşməsi OLDU - VİDEO

Quba-Xınalıq yolunda yenə torpaq sürüşməsi OLDU - VİDEO

Zaqatalada sel təhlükəsi: Çaylara texnikalar cəlb olundu - FOTO/VİDEO

Zaqatalada sel təhlükəsi: Çaylara texnikalar cəlb olundu - FOTO/VİDEO

Bu ölkənin mediasında rus dilinin istifadəsi QADAĞAN EDİLDİ

Bu ölkənin mediasında rus dilinin istifadəsi QADAĞAN EDİLDİ

Niyə payızda daha çox kökəlirik?

Niyə payızda daha çox kökəlirik?

Sirr saxlamağı yaxşı bacaran BEŞ BÜRC

Sirr saxlamağı yaxşı bacaran BEŞ BÜRC

Bakı və Gəncədə ƏMƏLİYYAT – 8 nəfər saxlanıldı – VİDEO

Bakı və Gəncədə ƏMƏLİYYAT – 8 nəfər saxlanıldı – VİDEO

“Xalq artistlərinin tənqidinə görə bunu etməli oldum” - VİDEO

“Xalq artistlərinin tənqidinə görə bunu etməli oldum” - VİDEO

End of content

No more pages to load

RADİO