Onlar da Vətən üçün döyüşüb... - Qarabağın qəhrəman QADINLARI

26 İyun – Silahlı Qüvvələr Günündə adətən ön cəbhədə döyüşən igid oğullarımızı xatırlayırıq. Amma həmin cəbhədə çiyin-çiyinə dayanan, yaralıları döyüş meydanından çıxaran, silahını çiyninə alan, xəstəxanada həyat qurtaran, son gülləsinə qədər döyüşən qadınlarımız da vardı. Birinci Qarabağ müharibəsinin tarixini onların adı olmadan yazmaq mümkün deyildi.

Bizim.Media xəbər verir ki, rəsmi statistikaya görə, Birinci Qarabağ müharibəsində 2533 qadın iştirak edib.

Onların arasında şəhid olanlar da vardı, sağlamlığını itirərək qazi adını qazananlar da..

Azərbaycanın ilk qadın snayperçisi kimi tanınan Növrəstə Yusifova müharibənin ilk günlərində könüllü orduya qoşulub. Dəfələrlə yaralansa da cəbhədən ayrılmayıb. Müharibədən sonra da veteranların hüquqlarının müdafiəsi istiqamətində fəaliyyətini davam etdirib.

Silah tutmayan, amma həqiqəti dünyaya çatdırmaq üçün həyatını riskə atanlardan biri Salatın Əsgərova idi. O, cəbhə bölgəsindən hazırladığı reportajlarla Qarabağda baş verənləri sənədləşdirirdi. Laçın-Şuşa yolunda erməni silahlı dəstələrinin hücumu nəticəsində həlak oldu və Azərbaycanın ilk qadın Milli Qəhrəmanı adına layiq görüldü.

Peşəsi həkim olsa da, müharibə başlayanda ağ xalatını hərbi forma ilə əvəz edən Gültəkin Əsgərova yaralıların həyatını xilas edərkən özü şəhid olub. Onun göstərdiyi fədakarlıq ölümündən sonra Milli Qəhrəman adı ilə qiymətləndirilib.

Qaratel Hacımahmudova 1991-ci ildə könüllü olaraq ana torpağın müdafiəsinə qalxıb. 1993-cü ildə Aşağı Əskipara kəndində mühasirəyə düşüb, güclü atışmada əsgərlərimizə kömək edib, “Kalaşnikov” markalı avtomatla çoxlu erməni əsgəri öldürdükdən sonra düşmən əlinə keçməmək üçün axırıncı gülləni özünə vurub. Ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.

Tarixçi olmaq arzusu ilə böyüyən Vəfa Mansurova müharibə başlayanda kitabları deyil, Vətənin müdafiəsini seçib. O, ilk könüllülərdən və hətta təşkilatçılardan biri olub. Onu qeydiyyata götürəndə hərbi hissədə bildiriblər ki, qızlar üçün əsgəri xidmət olmadığına görə sizi ancaq aşpaz və ya təmizləyici kimi qeyd edə bilərik. Lakin onun xüsusi snayperçi məharətini gördükdə, Vəfa Dəmirçi qızı Mansurovanı Mansurov Vəfadar Dəmirçi oğlu kimi qeyd edib, atıcı- döyüşçü kimi hərbi hissədə qəbul edirlər.

Solmaz Əliyeva Ağdam istiqamətində snayperçi kimi döyüşüb, Təranə Orucova ön xətdə yaralılara yardım göstərərkən iki dəfə yaralansa da, xidmətini yarımçıq qoymayıb.

Səmayə Bədəlova isə Laçından Füzuliyədək bir neçə istiqamətdə döyüşlərdə iştirak edib və göstərdiyi bacarıq sayəsində tağım komandiri vəzifəsinə qədər yüksəlib.


Döyüşən qadınlar arasında Kəmalə Məmmədova da olub. O, cəbhədə ağır yaralansa belə sağaldıqdan sonra yenidən ön xəttə qayıdıb, Murov istiqamətində döyüşlərdə iştirak edib və yaralı döyüş yoldaşlarının xilas edilməsində fərqlənib.

Şəhid qadın döyüşçülərdən Rəhilə Orucova cəmi 20 yaşında könüllü olaraq cəbhəyə yollanıb. Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olan Rəhilə Şəhidlər xiyabanında dəfn edilən ilk qadın döyüşçülərdən biri kimi tarixə düşüb.

Sədaqət İbadova da könüllü şəkildə silaha sarılan qadınlardan idi. O, döyüş bölgəsində göstərdiyi cəsarətlə silahdaşlarının hörmətini qazanmış, döyüş tapşırıqlarını yerinə yetirərkən şəhid olmuşdu. Bu gün adı Qarabağ uğrunda canını fəda edən qadın qəhrəmanlar sırasında çəkilir.

Gülbar Heydərova isə Füzulidə yaradılan özünümüdafiə batalyonuna könüllü qoşulmuşdu. Rabitə rəisi kimi xidmət göstərən Gülbarın fəaliyyəti erməni silahlı birləşmələrini o qədər narahat edirdi ki, onun tutulması və ya öldürülməsi üçün mükafat vəd edilmişdi. Buna baxmayaraq, o, döyüş mövqelərini tərk etməmiş, sonadək verilən tapşırıqları yerinə yetirmişdi.

Aidə Şahkərimova isə tibb bacısı kimi cəbhədə xidmət göstərirdi. O, atəş altında yaralı əsgərləri təhlükəsiz əraziyə çıxararkən həlak olub. Onun fədakarlığı Azərbaycan qadınının müharibədə yalnız silahla deyil, insan həyatını xilas etməklə də qəhrəmanlıq yazdığını göstərən nümunələrdən biridir.

İllərdir ki, tarix belə bir fikir yaratdı: "Güclü kişinin arxasındakı güclü qadın".

Halbuki bu söz çox zaman tərif deyil, ustalıqla qurulmuş bir görünməzlik idi.

Bu gün Silahlı Qüvvələr Günündə Azərbaycan Ordusunun "görünməz qəhramanlarını" ehtiramla anırıq.

Xədicə Paşayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Qəbələ” Yaponiya millisinə UDUZDU

“Qəbələ” Yaponiya millisinə UDUZDU

Restoranlarda YENİ QAYDA: Menyuda iki qiymət göstəriləcək

Restoranlarda YENİ QAYDA: Menyuda iki qiymət göstəriləcək

Ukraynada döyüşən daha bir soydaşımız həlak oldu - FOTO

Ukraynada döyüşən daha bir soydaşımız həlak oldu - FOTO

Prezident göstəriş verdi: Maaşlar nə qədər artacaq və kimlərə şamil olunacaq?

Prezident göstəriş verdi: Maaşlar nə qədər artacaq və kimlərə şamil olunacaq?

Restoranlarda təklif edilən həqiqi kürüdür, yoxsa əvəzedici? – FOTO

Restoranlarda təklif edilən həqiqi kürüdür, yoxsa əvəzedici? – FOTO

"Sabah"dan ayrıldı, Kosovo klubuna KEÇDİ

"Sabah"dan ayrıldı, Kosovo klubuna KEÇDİ

“Xaricdə təhsil” vədi ilə 12 min manatı mənimsəyən şəxs SAXLANILDI

“Xaricdə təhsil” vədi ilə 12 min manatı mənimsəyən şəxs SAXLANILDI

İran ABŞ-ın genişmiqyaslı zərbələrinə hazırlaşır – KİV

İran ABŞ-ın genişmiqyaslı zərbələrinə hazırlaşır – KİV

Bakıda saxta iş elanı verən HƏBS OLUNDU

Bakıda saxta iş elanı verən HƏBS OLUNDU

Moldovanın hava məkanı yenə pozuldu - FOTO

Moldovanın hava məkanı yenə pozuldu - FOTO

Ölkə ərazisinə leysan, dağlıq bölgələrə qar yağır - FAKTİKİ HAVA

Ölkə ərazisinə leysan, dağlıq bölgələrə qar yağır - FAKTİKİ HAVA

Messi yeni klubunun qələbəsini belə qeyd etdi - FOTO

Messi yeni klubunun qələbəsini belə qeyd etdi - FOTO

Nərimanovda marketləri və vətəndaşları qarət edənlər SAXLANILDI

Nərimanovda marketləri və vətəndaşları qarət edənlər SAXLANILDI

Süni intellekt “ölmək istəmir”? - Deaktiv edilməyə müqavimət göstərdi

Süni intellekt “ölmək istəmir”? - Deaktiv edilməyə müqavimət göstərdi

Britaniyalılar Aİ-yə qayıtmağı DƏSTƏKLƏYİR

Britaniyalılar Aİ-yə qayıtmağı DƏSTƏKLƏYİR

Metroda halı pisləşən kişi öldü

Metroda halı pisləşən kişi öldü

"Fənərbağça" nümayəndələri Heydər Əliyevin məzarını ziyarət etdilər - FOTO

"Fənərbağça" nümayəndələri Heydər Əliyevin məzarını ziyarət etdilər - FOTO

Quba-Xınalıq yolunda yenə torpaq sürüşməsi OLDU - VİDEO

Quba-Xınalıq yolunda yenə torpaq sürüşməsi OLDU - VİDEO

Zaqatalada sel təhlükəsi: Çaylara texnikalar cəlb olundu - FOTO/VİDEO

Zaqatalada sel təhlükəsi: Çaylara texnikalar cəlb olundu - FOTO/VİDEO

Bu ölkənin mediasında rus dilinin istifadəsi QADAĞAN EDİLDİ

Bu ölkənin mediasında rus dilinin istifadəsi QADAĞAN EDİLDİ

Niyə payızda daha çox kökəlirik?

Niyə payızda daha çox kökəlirik?

Sirr saxlamağı yaxşı bacaran BEŞ BÜRC

Sirr saxlamağı yaxşı bacaran BEŞ BÜRC

Bakı və Gəncədə ƏMƏLİYYAT – 8 nəfər saxlanıldı – VİDEO

Bakı və Gəncədə ƏMƏLİYYAT – 8 nəfər saxlanıldı – VİDEO

“Xalq artistlərinin tənqidinə görə bunu etməli oldum” - VİDEO

“Xalq artistlərinin tənqidinə görə bunu etməli oldum” - VİDEO

End of content

No more pages to load

RADİO