Laboratoriya brilyantı ilə təbii daşlar necə fərqləndirilir? – Diqqət edilməli MƏQAMLAR

Türkiyədə laboratoriyalarda istehsal olunan qiymətli daşların satışı barədə istehlakçıları məlumatlandırmaq tələbi tətbiq edilməyə başladı. Belə daşların etiketlərində, sertifikatlarında, reklamlarında və veb saytlarında "laboratoriyada istehsal olunub" sözləri aydın şəkildə göstərilməlidir.

Bundan başqa, təbii qiymətli daşlar və laboratoriyada istehsal olunan daşlar vitrinlərdə ayrı bölmələrdə nümayiş etdiriləcək. Onlayn satışlar üçün süni və təbii daşlar üçün tamamilə ayrı kateqoriyalardan istifadə etmək məcburidir. Verilən bu qərar istehlakçıların hüquqlarının qorunması baxımından çox təqdirəlayiqdir.

Bəs Azərbaycanda qiymətli daşların satış və reklamında hansı tələblər qoyulur?

Məsəslə ilə əlaqədar "Azərbaycan Zərgərlər Assosiasiyası" İctimai Birliyinin İdarə Heyəti sədrinin müavini Rövşən Əmircanov Bizim.Media-ya bildirdi ki, mövcud qanunvericilikdə qiymətli daşların ekspertizası və diaqnostikası dövlət əyar nəzarətinin istiqamətlərindən biri kimi nəzərdə tutulur.

Bununla belə, bütün daşlı zərgərlik məmulatları üçün vahid və məcburi sertifikatlaşdırma sisteminin tətbiqi ayrıca hüquqi və texniki tənzimləmə tələb edir.

“İlkin mərhələdə satış zamanı daşın təbii, laboratoriyada yetişdirilmiş və ya imitasiya olması, eləcə də emala məruz qalıb-qalmaması barədə yazılı məlumatın təqdim edilməsi məcburi tələb kimi müəyyənləşdirilə bilər. Müəyyən çəki və ya dəyər həddini aşan daşlar, ayrıca satışa çıxarılan qiymətli daşlar və yüksək dəyərli zərgərlik məmulatları üçün isə akkreditasiya olunmuş laboratoriyanın gemoloji rəyinin təqdim edilməsi nəzərdən keçirilə bilər”.

R.Əmircanov diqqətə çatdırdı ki, təbii, laboratoriyada yetişdirilmiş və imitasiya daşları yalnız zahiri görünüşünə, rənginə, parlaqlığına, sərtliyinə və ya toxunuşuna əsasən etibarlı şəkildə fərqləndirmək mümkün deyil.

Müasir laboratoriya mənşəli daşlar təbii daşlara çox yaxın xüsusiyyətlərə malik olduğundan onların dəqiq identifikasiyası xüsusi avadanlıq və gemoloji ekspertiza tələb edir.

Daşlı zərgərlik məmulatı alarkən satıcıdan daşın növü, təbii və ya laboratoriya mənşəli olması, çəkisi, emala məruz qalıb-qalmaması, həmçinin gemoloji rəyin mövcudluğu barədə yazılı məlumat tələb edilməsi məqsədəuyğundur. Yüksək dəyərli daşların həqiqiliyinin yoxlanılması üçün isə akkreditasiya olunmuş və ya etibarlı gemoloji laboratoriyalara müraciət olunması tövsiyə edilir.
 

Satış zamanı daşın yalnız “almaz” və ya “brilyant” kimi təqdim olunması kifayət etməməlidir. Alıcıya daşın təbii, laboratoriyada yetişdirilmiş, imitasiya xarakterli və ya hər hansı emala məruz qalmış olması barədə aydın və istehlakçını yanıltmayan məlumat verilməlidir. Çünki daşın mənşəyi onun qiymətinə, nadirliyinə, sonradan satış imkanlarına və istehlakçının seçim qərarına təsir göstərir.


“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, satıcı istehlakçıya malın qiyməti və istehlak xüsusiyyətləri barədə zəruri və düzgün məlumat verməlidir. Bu baxımdan, laboratoriyada yetişdirilmiş almazın mənşəyi göstərilmədən təbii daş kimi təqdim edilməsi istehlakçının məlumat almaq hüququna uyğun hesab edilə bilməz.

Belə məhsulların etiketində, satış sənədlərində, gemoloji rəydə və ya sertifikatda, reklam materiallarında və onlayn satış platformalarında “laboratoriyada yetişdirilmiş”, “laboratoriya mənşəli” və ya “sintetik” ifadəsinin aydın şəkildə göstərilməsi məqsədəuyğundur.

Qeyd edək ki, laboratoriyada yetişdirilmiş almazların əsas kimyəvi tərkibi, kristal quruluşu və fiziki-optik xüsusiyyətləri təbii almazlarla eynidir.

Lakin onların mənşəyi fərqlidir. Təbii almazlar geoloji proseslər nəticəsində yerin təkində formalaşdığı halda, laboratoriya mənşəli almazlar xüsusi texnoloji şəraitdə, əsasən yüksək təzyiq və yüksək temperatur, yaxud kimyəvi buxar çökdürülməsi üsulu ilə yetişdirilir.
 

Bu səbəbdən laboratoriyada yetişdirilmiş almaz həqiqi almaz hesab olunsa da, təbii almaz deyil. Eyni zamanda, onu almaz görünüşünü təqlid edən imitasiya daşlarla eyniləşdirmək düzgün olmaz.


Laboratoriyada yetişdirilmiş almazlar son illərdə daha münasib qiymətə təklif olunan alternativ kimi yayılmaqdadır. Təbii almazların nadirliyi və formalaşma mənşəyi isə onların bazar mövqeyini qoruyan əsas amillərdəndir.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Qəbələ” Yaponiya millisinə UDUZDU

“Qəbələ” Yaponiya millisinə UDUZDU

Restoranlarda YENİ QAYDA: Menyuda iki qiymət göstəriləcək

Restoranlarda YENİ QAYDA: Menyuda iki qiymət göstəriləcək

Ukraynada döyüşən daha bir soydaşımız həlak oldu - FOTO

Ukraynada döyüşən daha bir soydaşımız həlak oldu - FOTO

Prezident göstəriş verdi: Maaşlar nə qədər artacaq və kimlərə şamil olunacaq?

Prezident göstəriş verdi: Maaşlar nə qədər artacaq və kimlərə şamil olunacaq?

Restoranlarda təklif edilən həqiqi kürüdür, yoxsa əvəzedici? – FOTO

Restoranlarda təklif edilən həqiqi kürüdür, yoxsa əvəzedici? – FOTO

"Sabah"dan ayrıldı, Kosovo klubuna KEÇDİ

"Sabah"dan ayrıldı, Kosovo klubuna KEÇDİ

“Xaricdə təhsil” vədi ilə 12 min manatı mənimsəyən şəxs SAXLANILDI

“Xaricdə təhsil” vədi ilə 12 min manatı mənimsəyən şəxs SAXLANILDI

İran ABŞ-ın genişmiqyaslı zərbələrinə hazırlaşır – KİV

İran ABŞ-ın genişmiqyaslı zərbələrinə hazırlaşır – KİV

Bakıda saxta iş elanı verən HƏBS OLUNDU

Bakıda saxta iş elanı verən HƏBS OLUNDU

Moldovanın hava məkanı yenə pozuldu - FOTO

Moldovanın hava məkanı yenə pozuldu - FOTO

Ölkə ərazisinə leysan, dağlıq bölgələrə qar yağır - FAKTİKİ HAVA

Ölkə ərazisinə leysan, dağlıq bölgələrə qar yağır - FAKTİKİ HAVA

Messi yeni klubunun qələbəsini belə qeyd etdi - FOTO

Messi yeni klubunun qələbəsini belə qeyd etdi - FOTO

Nərimanovda marketləri və vətəndaşları qarət edənlər SAXLANILDI

Nərimanovda marketləri və vətəndaşları qarət edənlər SAXLANILDI

Süni intellekt “ölmək istəmir”? - Deaktiv edilməyə müqavimət göstərdi

Süni intellekt “ölmək istəmir”? - Deaktiv edilməyə müqavimət göstərdi

Britaniyalılar Aİ-yə qayıtmağı DƏSTƏKLƏYİR

Britaniyalılar Aİ-yə qayıtmağı DƏSTƏKLƏYİR

Metroda halı pisləşən kişi öldü

Metroda halı pisləşən kişi öldü

"Fənərbağça" nümayəndələri Heydər Əliyevin məzarını ziyarət etdilər - FOTO

"Fənərbağça" nümayəndələri Heydər Əliyevin məzarını ziyarət etdilər - FOTO

Quba-Xınalıq yolunda yenə torpaq sürüşməsi OLDU - VİDEO

Quba-Xınalıq yolunda yenə torpaq sürüşməsi OLDU - VİDEO

Zaqatalada sel təhlükəsi: Çaylara texnikalar cəlb olundu - FOTO/VİDEO

Zaqatalada sel təhlükəsi: Çaylara texnikalar cəlb olundu - FOTO/VİDEO

Bu ölkənin mediasında rus dilinin istifadəsi QADAĞAN EDİLDİ

Bu ölkənin mediasında rus dilinin istifadəsi QADAĞAN EDİLDİ

Niyə payızda daha çox kökəlirik?

Niyə payızda daha çox kökəlirik?

Sirr saxlamağı yaxşı bacaran BEŞ BÜRC

Sirr saxlamağı yaxşı bacaran BEŞ BÜRC

Bakı və Gəncədə ƏMƏLİYYAT – 8 nəfər saxlanıldı – VİDEO

Bakı və Gəncədə ƏMƏLİYYAT – 8 nəfər saxlanıldı – VİDEO

“Xalq artistlərinin tənqidinə görə bunu etməli oldum” - VİDEO

“Xalq artistlərinin tənqidinə görə bunu etməli oldum” - VİDEO

End of content

No more pages to load

RADİO