Ordumuzda neçə qadın xidmət edir?-STATİSTİKA

26 İyun Azərbaycanda Silahlı Qüvvələr Günü kimi qeyd olunur. Son illər ölkənin hərbi və təhlükəsizlik sistemində qadınların sayı da artmaqdadır. Onlar yalnız tibb və inzibati sahələrdə deyil, zabit, gizir, dövlət qulluqçusu, polis əməkdaşı və rəhbər vəzifələrdə də fəaliyyət göstərirlər.

Bizim.Media Modern.az-a istinadən xəbər verir ki, müxtəlif dövlət qurumlarından əldə etdiyi rəsmi məlumatlar əsasında hərbi və təhlükəsizlik sistemində çalışan qadınlarla bağlı statistik göstəriciləri təqdim edir.

Ən çox qadın əməkdaşın çalışdığı qurumlardan biri Müdafiə Nazirliyidir. Nazirliyin məlumatına görə, Azərbaycan Ordusunda 329 nəfər zabit və gizir qadın hərbi qulluqçu, 1602 nəfər müddətdən artıq həqiqi hərbi xidmət keçən qadın hərbi qulluqçu fəaliyyət göstərir. Bundan başqa, orduda 10 218 qadın mülki işçi çalışır. Rəhbər vəzifələrdə isə 4 qadın hərbi qulluqçu və 2 qadın mülki işçi təmsil olunur.

Daxili İşlər Nazirliyində xidmət edən əməkdaşların 12 faizini, yəni 4 134 nəfərini qadınlar təşkil edir. Rəhbər vəzifələrdə çalışan qadın əməkdaşların sayı 64 nəfərdir. 2025-ci ildə DİN-də çalışan qadınların sayı əvvəlki illə müqayisədə 2,3 faiz artıb. Həmin il xidmətə qəbul olunan 2 406 nəfərdən 115-i qadın olub.

Polis Akademiyasında da qadınların sayı artmaqdadır. 2020-2025-ci illərdə akademiyaya qəbul olunan 3 267 nəfərdən 24-ü qadın olub. Təkcə 2025-ci ildə qəbul olunan qadınların sayı əvvəlki illərlə müqayisədə artım göstərib.

Dövlət Təhlükəsizliyi Xidmətində isə qadınların hərbi xidmətə və işə qəbulu, eləcə də məsul vəzifələrə irəli çəkilməsi istiqamətində tədbirlər davam etdirilir. Hazırda DTX əməkdaşlarının 22 faizini qadınlar təşkil edir. Onlardan 38 nəfəri rəhbər vəzifədə çalışır. Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə bu göstərici 34 nəfər idi.

Dövlət Sərhəd Xidmətində 2025-ci ildə struktur qurumlarının ümumi işçi heyətinin 13 faizini qadınlar təşkil edib. Rəhbər vəzifələrdə çalışanların 1,52 faizi qadın olub.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində ümumi heyətin 32 faizi qadınlardan ibarətdir. Rəhbər vəzifələrdə çalışanların isə 3 faizi qadınlardır.

Rəsmi statistikalar göstərir ki, qadınlar Azərbaycanın hərbi və təhlükəsizlik sistemində getdikcə daha geniş təmsil olunurlar. Onlar həm hərbi qulluqçu, həm polis əməkdaşı, həm də dövlət qulluqçusu kimi ölkənin müdafiə və təhlükəsizlik sisteminin ayrılmaz hissəsinə çevriliblər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Britaniya səfiri Şəhidlər xiyabanını ziyarət etdi - FOTO

Britaniya səfiri Şəhidlər xiyabanını ziyarət etdi - FOTO

Bu gün bürcləri nə GÖZLƏYİR?

Bu gün bürcləri nə GÖZLƏYİR?

“Pepsi”dən döyüş təyyarəsi tələb etmişdi – 30 il sonra "mükafatını" aldı - FOTO

“Pepsi”dən döyüş təyyarəsi tələb etmişdi – 30 il sonra "mükafatını" aldı - FOTO

Reabilitasiya mərkəzində autizmli uşağa şiddət göstərildi - VİDEO

Reabilitasiya mərkəzində autizmli uşağa şiddət göstərildi - VİDEO

Vətən müharibəsi iştirakçısı vəfat etdi - FOTO

Vətən müharibəsi iştirakçısı vəfat etdi - FOTO

"Küçədə Ukrayna dilində danışmaqdan qorxuruq" - Polşa-Ukrayna münasibətlərində nə dəyişdi?

"Küçədə Ukrayna dilində danışmaqdan qorxuruq" - Polşa-Ukrayna münasibətlərində nə dəyişdi?

Futbol üzrə Dünya Çempionatı - 2026: Pley-offa kimlər vəsiqə qazanıb?

Futbol üzrə Dünya Çempionatı - 2026: Pley-offa kimlər vəsiqə qazanıb?

Venesueladakı zəlzələdə ölənlərin sayı 235-ə çatdı

Venesueladakı zəlzələdə ölənlərin sayı 235-ə çatdı

"Yaprak dökümü"nün aktrisaları eyni layihədə

"Yaprak dökümü"nün aktrisaları eyni layihədə

İtkin düşən 6 nəfər tapıldı

İtkin düşən 6 nəfər tapıldı

Xankəndidə hərbçilərin yürüşü keçirildi - FOTO/VİDEO

Xankəndidə hərbçilərin yürüşü keçirildi - FOTO/VİDEO

Ordumuzda neçə qadın xidmət edir?-STATİSTİKA

Ordumuzda neçə qadın xidmət edir?-STATİSTİKA

AZAL təyyarə parkına ilk yeni nəsil “Airbus A321neo”nu əlavə edib - FOTO

AZAL təyyarə parkına ilk yeni nəsil “Airbus A321neo”nu əlavə edib - FOTO

Zakir Həsənov Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunu təbrik edib

Zakir Həsənov Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunu təbrik edib

Lənkəranda dağlıq ərazidə itkin düşən 8 nəfər xilas edilib - VİDEO

Lənkəranda dağlıq ərazidə itkin düşən 8 nəfər xilas edilib - VİDEO

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər başlayıb - FOTO/VİDEO

Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər başlayıb - FOTO/VİDEO

Ürək sağlamlığı üçün faydalı olan QİDALAR

Ürək sağlamlığı üçün faydalı olan QİDALAR

Rusiya Ermənistana qarşı məhdudiyyətləri genişləndirdi

Rusiya Ermənistana qarşı məhdudiyyətləri genişləndirdi

Dünya bazarlarında neft yenidən ucuzlaşıb

Dünya bazarlarında neft yenidən ucuzlaşıb

Tualet kağızı ilə ağcaqanadları evdən uzaqlaşdırın

Tualet kağızı ilə ağcaqanadları evdən uzaqlaşdırın

Avropada rekord istilər - Yüzlərlə ölən var

Avropada rekord istilər - Yüzlərlə ölən var

Ağcabədidə AĞIR QƏZA - Ölən var - VİDEO

Ağcabədidə AĞIR QƏZA - Ölən var - VİDEO

Bu gün Bakıda hərbi yürüşlər keçiriləcək

Bu gün Bakıda hərbi yürüşlər keçiriləcək

End of content

No more pages to load

RADİO