Kişilərin həmişə qadınlarından çox olduğu ŞƏHƏRİMİZ: Bəs niyə adına LƏNG deyilirdi? – TOPONİMLƏR

Azərbaycanın daha bir gözəl şəhərlərindən olan Lənkəran öz tarixi, mədəniyyəti, mətbəxi, insanları ilə nəinki yerli ədəbiyyatda, elə dünyəvi mənbələrdə də ta qədimdən adından söz etdirən diyardır. Ad demişkən, Lənkəran toponiminin haradan götürülməsi, onun mənası indiyə qədər mübahisəli olaraq qalır. Lənkəranın qədimiliyi tarixin atası Herodotun qeydlərindən bəllidir. Antik Yunan tarixçisi Qafqazın cənubunda bu ərazini Talışkəran olaraq göstərirdi.

XV əsrdən əvvəl bu ərazinin adı Ləngərkünan (gəminin lövbər saldığı yer) və  Ləngkəran kimi tanınıb. Bu adın yaranmasına səbəb dünyanın müxtəlif yerlərindən İrana ticarətə, səfərə, təhsilə, ziyarətə gedən və İrandan gələn gəmilərin burada lövbər salıb dayanmalarıdır.
 

Ləngkəran isə farsca – ləng, ləngimək, kəran – yer (məskən) deməkdir. Deməli, ikinci ad "ləngiyən yer" mənasını verir. Adın yaranmasına səbəb yağışların çox olması üzündən buraya gələnlərin ləngiməsidir.


Bundan başqa talış dilindən də keçmə ehtimalı var. Talış və fars dilləri qohum dillər olsalar da hər halda eyni deyil, müstəqil dillərdir. Lənkon talışca leynə, len – qamış, kon – (kəon) evlər deməkdir. Beləliklə, "qamış evlər" mənasını verir. Bu ad Almaniyanın Hamburq kitabxanasında saxlanılan hesabatlarda da var. Belə ki, bu söz 1603-cü ildə alman səyahətnaməsinə düşüb. XIX əsrə qədər buradakı evlərin üstü, çəpəri, bəzən divarları da qamışdan olduğu üçün qamış evlər adlanırdı.

1638-ci idə rus səyyahı və diplomatı A. Suxanov, 1670-ci ildə Hollandiya dənizçisi Yan Streis müxtəlif müzeylərə və səfirlikələrə verdikləri hesabatlarda, habelə gündəliklərində Lənkəranın adını dönə-dönə çəkiblər. Rusiyada həkim işləyən diplomat, şotlandiyalı Bel 1717-ci ildə Lanqarana, oradan da Qızılağaca gəldiyini bildirirdi.
 

Görkəmli yazıçı və tarixçimiz Abbasqulu ağa Bakıxanov "Gülüstani İrəm"də (1841), Mirzə Əhməd Mirzə Xudaverdi oğlu 1882-ci ildə qələmə aldığı "Əxbərnamə" kitablarında da Lənkəranı "Ləngərkünan" adlandırıblar. XVII əsr alman alimi Adam Oleari də bu şəhəri Lengerkuman adlandırıb.


Maraqlı bir faktı qeyd edək, Lənkəranda bütün dövrlərdə kişilər qadınlardan çox olub. Bu orta əsrlərdə də belə idi, hətta təbliğatın güclü olduğu sovet dönəmində də. Elə sonuncu 2019-cu il siyahıyaalmasında da kişilər 110 330 nəfər, qadınlar  110 083 nəfər təşkil edib.

Maraq siyahısını artıraraq bildirək ki, Lənkəran Azərbaycanın ən rütubətli regionudur.

Sovet vaxtı kosmonavtlar Yerə endikdən sonra məhz Lənkəranda çay plantasiyalarında reabilitasiya olunurdular.

Ölkəmizdə yalnız Lənkəran və Astara sahillərində müalicəvi qara qumlu çimərliklərə rast gəlmək olar.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Türkiyədə Azərbaycan Yol Qovşağı İSTİFADƏYƏ VERİLDİ

Türkiyədə Azərbaycan Yol Qovşağı İSTİFADƏYƏ VERİLDİ

Metroda tüstülənmə: 250 nəfər təxliyə edildi

Metroda tüstülənmə: 250 nəfər təxliyə edildi

"Qarabağ" "Zirə"yə qalib gəldi

"Qarabağ" "Zirə"yə qalib gəldi

Ağ çörək, yoxsa qara - Hansı daha FAYDALIDIR?

Ağ çörək, yoxsa qara - Hansı daha FAYDALIDIR?

“Yasımda yemək verilməsin, 5-10 dəqiqə oturub gedin”- VİDEO

“Yasımda yemək verilməsin, 5-10 dəqiqə oturub gedin”- VİDEO

İran Avrasiya İqtisadi İttifaqı ilə fəal əməkdaşlığa HAZIRDIR

İran Avrasiya İqtisadi İttifaqı ilə fəal əməkdaşlığa HAZIRDIR

Marketlərdən 1400 manatlıq lotereya bileti oğurlayan şəxs SAXLANILDI

Marketlərdən 1400 manatlıq lotereya bileti oğurlayan şəxs SAXLANILDI

“Qəbələ” Yaponiya millisinə UDUZDU

“Qəbələ” Yaponiya millisinə UDUZDU

Restoranlarda YENİ QAYDA: Menyuda iki qiymət göstəriləcək

Restoranlarda YENİ QAYDA: Menyuda iki qiymət göstəriləcək

Ukraynada döyüşən daha bir soydaşımız həlak oldu - FOTO

Ukraynada döyüşən daha bir soydaşımız həlak oldu - FOTO

Prezident göstəriş verdi: Maaşlar nə qədər artacaq və kimlərə şamil olunacaq?

Prezident göstəriş verdi: Maaşlar nə qədər artacaq və kimlərə şamil olunacaq?

Restoranlarda təklif edilən həqiqi kürüdür, yoxsa əvəzedici? – FOTO

Restoranlarda təklif edilən həqiqi kürüdür, yoxsa əvəzedici? – FOTO

"Sabah"dan ayrıldı, Kosovo klubuna KEÇDİ

"Sabah"dan ayrıldı, Kosovo klubuna KEÇDİ

“Xaricdə təhsil” vədi ilə 12 min manatı mənimsəyən şəxs SAXLANILDI

“Xaricdə təhsil” vədi ilə 12 min manatı mənimsəyən şəxs SAXLANILDI

İran ABŞ-ın genişmiqyaslı zərbələrinə hazırlaşır – KİV

İran ABŞ-ın genişmiqyaslı zərbələrinə hazırlaşır – KİV

Bakıda saxta iş elanı verən HƏBS OLUNDU

Bakıda saxta iş elanı verən HƏBS OLUNDU

Moldovanın hava məkanı yenə pozuldu - FOTO

Moldovanın hava məkanı yenə pozuldu - FOTO

Ölkə ərazisinə leysan, dağlıq bölgələrə qar yağır - FAKTİKİ HAVA

Ölkə ərazisinə leysan, dağlıq bölgələrə qar yağır - FAKTİKİ HAVA

Messi yeni klubunun qələbəsini belə qeyd etdi - FOTO

Messi yeni klubunun qələbəsini belə qeyd etdi - FOTO

Nərimanovda marketləri və vətəndaşları qarət edənlər SAXLANILDI

Nərimanovda marketləri və vətəndaşları qarət edənlər SAXLANILDI

Süni intellekt “ölmək istəmir”? - Deaktiv edilməyə müqavimət göstərdi

Süni intellekt “ölmək istəmir”? - Deaktiv edilməyə müqavimət göstərdi

Britaniyalılar Aİ-yə qayıtmağı DƏSTƏKLƏYİR

Britaniyalılar Aİ-yə qayıtmağı DƏSTƏKLƏYİR

Metroda halı pisləşən kişi öldü

Metroda halı pisləşən kişi öldü

"Fənərbağça" nümayəndələri Heydər Əliyevin məzarını ziyarət etdilər - FOTO

"Fənərbağça" nümayəndələri Heydər Əliyevin məzarını ziyarət etdilər - FOTO

End of content

No more pages to load

RADİO