TƏBİB regionlarda həkim təminatı ilə bağlı geniş təhlillərə başlayıb.
Bizim.Media xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktorunun müavini Rahim Hüseynov media nümayəndələri ilə keçirilən qeyri-formal görüşdə deyib.
O bildirib ki, həkimlərin regionlara cəlb edilməsi və yerləşdirilməsi məsələləri ətraflı şəkildə araşdırılır:
"Birinci mərhələdə ilkin səhiyyə xidməti modelinin formalaşdırılması üzərində iş aparılır. Bu model təsdiqləndikdən sonra həkimlərin bölgələr üzrə yerləşdirilməsi və kadr axınının tənzimlənməsi istiqamətində mərhələli addımlar atılacaq. Artıq bu sahədə təhlillər başlayıb".
Günay Şahmar, Bizim.Media