Burlaxatunun əkiz bacısı da yüksək bal toplayıb

Bu il I və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanında maksimum nəticə, 700 balı toplayan Burlaxatun Məcidlinın əkiz bacısı Banuçiçək də yüksək nəticə göstərib.

Bizim.Media xəbər verir ki, Burlaxatunun atası Bəhruz Məcidov Modern.az-a açıqlamasında bu barədə məlumat verib. O, bildirib ki, ailə üçün bu nəticə gözlənilməz olmayıb.
 

“Burlaxatunun 700 bal toplayacağına şübhəmiz yox idi. O, uşaqlıqdan çox əzmkar, inadkar və məqsədli olub. Elə buna görə də ailədə hamı ondan yüksək nəticə gözləyirdi”, - o qeyd edib.


Atanın sözlərinə görə, ailənin digər sevinc mənbəyi isə Burlaxatunun əkiz bacısı Banuçiçək Məcidlinin də uğurlu nəticə göstərməsi olub. Belə ki, Banuçiçək qəbul imtahanında bacısından bir qədər az - 624,3 bal toplayıb. O, hüquqşünaslıq ixtisası üzrə hazırlaşır və ikinci cəhd imtahanında da iştirak edəcək.

B.Məcidov deyir ki, bacılar uşaqlıqdan hər işlərini birlikdə görüblər: “Əkizdirlər, elə həmişə birlikdə olublar - dalaşanda da, sevinəndə də. Uşaqlıqdan hazırlığa da bir yerdə gediblər. Bəzi fənlər üzrə müəllimləri ayrı olsa da, ümumilikdə hər zaman bir-birlərinə dayaq olublar”.
 

Ata qeyd edib ki, Banuçiçək bacısının nəticəsinə görə son dərəcə sevinib və aralarında heç vaxt rəqabət hissi olmayıb: “Banuçiçək Burlaxatunun nəticəsinə çox sevindi, onu qətiyyən qısqanmır. Əksinə, həmişə deyirdi ki, Burlaxatundan başqa nəticə gözləmək olmaz”.


Məcidli bacıları buraxılış imtahanında da yüksək nəticə ilə diqqət çəkmişdilər. Həmin imtahanda Burlaxatun 300 bal, Banuçiçək isə 266,7 bal toplamışdı. Hər iki abituriyent Mingəçevirdəki Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü Liseyin məzunudur.

Xatırladaq ki, Dövlət İmtahan Mərkəzinin açıqladığı nəticələrə əsasən, Burlaxatun Bəhruz qızı Məcidli hər iki mərhələnin cəminə görə I ixtisas qrupu üzrə maksimum nəticə toplayıb. O, imtahanın birinci mərhələsində də maksimum nəticə göstərərək 300 bal yığıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Lukaşenko: "Belarus, Ukrayna və Rusiya xalqları gec-tez bir yerdə olacaq"

Lukaşenko: "Belarus, Ukrayna və Rusiya xalqları gec-tez bir yerdə olacaq"

Ukrayna məhv edir: Rusiya Qazaxıstandan kömək istədi

Ukrayna məhv edir: Rusiya Qazaxıstandan kömək istədi

Xanımı ilə dalaşan Əməkdar artist özünü körpüdən atdı

Xanımı ilə dalaşan Əməkdar artist özünü körpüdən atdı

Rusiya Müdafiə Nazirliyi: Ukraynaya məxsus daha 762 dron vurulub

Rusiya Müdafiə Nazirliyi: Ukraynaya məxsus daha 762 dron vurulub

Venesuelada zəlzələdə ölənlərin sayı 164-ə çatdı: 1000-ə yaxın yaralı var – FOTO/VİDEO

Venesuelada zəlzələdə ölənlərin sayı 164-ə çatdı: 1000-ə yaxın yaralı var – FOTO/VİDEO

Kişilərin həmişə qadınlarından çox olduğu ŞƏHƏRİMİZ: Bəs niyə adına LƏNG deyilirdi? – TOPONİMLƏR

Kişilərin həmişə qadınlarından çox olduğu ŞƏHƏRİMİZ: Bəs niyə adına LƏNG deyilirdi? – TOPONİMLƏR

"Sülh bərqərar olunub və onu qorumaq lazımdır" - Paşinyan

"Sülh bərqərar olunub və onu qorumaq lazımdır" - Paşinyan

Bella və Cici Hadidin 62 yaşlı anası 3-cü dəfə ailə qurur – VİDEO

Bella və Cici Hadidin 62 yaşlı anası 3-cü dəfə ailə qurur – VİDEO

Zəlzələ şəhəri iki hissəyə böldü – VİDEO

Zəlzələ şəhəri iki hissəyə böldü – VİDEO

Tramp Ağ Evdəki ən dəbdəbəli yataq otağı üçün Melaniya ilə yarışırmış – ŞOK İDDİALAR

Tramp Ağ Evdəki ən dəbdəbəli yataq otağı üçün Melaniya ilə yarışırmış – ŞOK İDDİALAR

"Qarabağ hərəkatını" dirçəltmək cəhdləri xalqı yeni avantüraya sürükləməkdir - Paşinyan

"Qarabağ hərəkatını" dirçəltmək cəhdləri xalqı yeni avantüraya sürükləməkdir - Paşinyan

Prezident hərbi qulluqçularla bağlı qanunu TƏSDİQLƏDİ

Prezident hərbi qulluqçularla bağlı qanunu TƏSDİQLƏDİ

Regionlarda həkim çatışmazlığı ilə bağlı TƏHLİL aparılır

Regionlarda həkim çatışmazlığı ilə bağlı TƏHLİL aparılır

Balın xarlaması onun saxta olması demək deyilmiş

Balın xarlaması onun saxta olması demək deyilmiş

Qusarda milli folklor nümunələri nümayiş etdirilib - FOTO

Qusarda milli folklor nümunələri nümayiş etdirilib - FOTO

Bakıda 3 nəfər 55 kq narkotiklə tutuldu – ƏMƏLİYYAT GÖRÜNTÜLƏRİ

Bakıda 3 nəfər 55 kq narkotiklə tutuldu – ƏMƏLİYYAT GÖRÜNTÜLƏRİ

Xəstəxanalarda növbə olmayacaq

Xəstəxanalarda növbə olmayacaq

Ukraynaya 90 milyard avroluq kreditin köçürülməsinə başlandı - Lyayendən AÇIQLAMA

Ukraynaya 90 milyard avroluq kreditin köçürülməsinə başlandı - Lyayendən AÇIQLAMA

Ermənistanda hökumətin tərkibi dəyişməz qalacaq - Paşinyan

Ermənistanda hökumətin tərkibi dəyişməz qalacaq - Paşinyan

Burlaxatunun əkiz bacısı da yüksək bal toplayıb

Burlaxatunun əkiz bacısı da yüksək bal toplayıb

Azərbaycan XİN Venesuelaya başsağlığı verdi – FOTO

Azərbaycan XİN Venesuelaya başsağlığı verdi – FOTO

Sabahın havası: Yağış yağacaq, şimşək çaxacaq

Sabahın havası: Yağış yağacaq, şimşək çaxacaq

ABŞ 7 rusiyalını və 2 Türkiyə şirkətini sanksiya siyahısından çıxardı

ABŞ 7 rusiyalını və 2 Türkiyə şirkətini sanksiya siyahısından çıxardı

Üzeyir Cəfərov: “Piyada keçidlərində eskalator və liftlərin işləməməsi hərəkəti çətinləşdirir”

Üzeyir Cəfərov: “Piyada keçidlərində eskalator və liftlərin işləməməsi hərəkəti çətinləşdirir”

End of content

No more pages to load

RADİO