Üzeyir Cəfərov: “Piyada keçidlərində eskalator və liftlərin işləməməsi hərəkəti çətinləşdirir”

Bakıda "Yol hərəkəti təhlükəsizliyi: hüquq və vəzifələr” və “Müasir şəhərsalmada piyada təhlükəsizliyi" layihələri çərçivəsində ictimai müzakirə keçirilib.

Bizim.Media xəbər verir ki, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov çıxışında yol hərəkəti təhlükəsizliyi məsələsinin müxtəlif sosial qruplar, o cümlədən hərbi qulluqçular üçün xüsusi əhəmiyyət daşıdığını bildirib.
 

O qeyd edib ki, hərbi qulluqçuların yol-nəqliyyat hadisələrindən qorunması istiqamətində əlavə tədbirlərin görülməsinə ehtiyac var. Cəfərovun sözlərinə görə, bəzi hallarda hərbçilər xidmət etdikləri əraziyə yaxın yerlərdə yaşayış yeri kirayələyir, evlərinə gedərkən bir neçə nəfər eyni avtomobillə hərəkət edir. Bu da təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirilməsini zəruri edir.


Polkovnik xarici ölkələrin təcrübəsinə də toxunaraq bildirib ki, bir çox dövlətlərdə, xüsusilə Yaponiyada piyadalara qarşı daha yüksək etika və məsuliyyət nümayiş etdirilir. Onun sözlərinə görə, yol hərəkəti təhlükəsizliyi yalnız infrastruktur məsələsi deyil, həm də cəmiyyətin davranış və mədəniyyət göstəricisidir.

Ü.Cəfərov vurğulayıb ki, yol hərəkəti ilə bağlı qərarlar qəbul edilərkən insan amili ön planda saxlanılmalı, məsələlərə yalnız iqtisadi baxımdan yanaşılmamalıdır. O qeyd edib ki, bəzi hallarda yerüstü və yeraltı keçidlərdə eskalator və liftlərin işləməməsi yaşlı insanların, əlilliyi olan şəxslərin və digər həssas qrupların hərəkətini çətinləşdirir.
 

Polkovnik təhsil müəssisələrində yol hərəkəti təhlükəsizliyi mövzusuna daha geniş yer ayrılmasının vacibliyini də diqqətə çatdırıb. Onun fikrincə, Elm və Təhsil Nazirliyi tərəfindən bu sahədə hazırlanan dərslik və vəsaitlərin keyfiyyətinə xüsusi diqqət yetirilməli, məktəblərdə təhlükəsiz davranış vərdişləri formalaşdırılmalıdır.


Ü.Cəfərov hərbi sahədə və yol hərəkəti təhlükəsizliyi ilə bağlı keçirilən maarifləndirmə tədbirlərinin televiziya kanalları tərəfindən işıqlandırılmasını təklif edib. O həmçinin Milli Məclisdə mütəxəssislərin iştirak etməsinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, tədbir "Jurnalistika və İnkişaf Mərkəzi" və "Müstəqil nəqliyyatçılar" məsləhət və informasiya İctimai birliklərinin təşkilatçılığı ilə həyata keçirilib.
 
Xədicə Paşayeva, İntiqam İbrahimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Türkiyədə Azərbaycan Yol Qovşağı İSTİFADƏYƏ VERİLDİ

Türkiyədə Azərbaycan Yol Qovşağı İSTİFADƏYƏ VERİLDİ

Metroda tüstülənmə: 250 nəfər təxliyə edildi

Metroda tüstülənmə: 250 nəfər təxliyə edildi

"Qarabağ" "Zirə"yə qalib gəldi

"Qarabağ" "Zirə"yə qalib gəldi

Ağ çörək, yoxsa qara - Hansı daha FAYDALIDIR?

Ağ çörək, yoxsa qara - Hansı daha FAYDALIDIR?

“Yasımda yemək verilməsin, 5-10 dəqiqə oturub gedin”- VİDEO

“Yasımda yemək verilməsin, 5-10 dəqiqə oturub gedin”- VİDEO

İran Avrasiya İqtisadi İttifaqı ilə fəal əməkdaşlığa HAZIRDIR

İran Avrasiya İqtisadi İttifaqı ilə fəal əməkdaşlığa HAZIRDIR

Marketlərdən 1400 manatlıq lotereya bileti oğurlayan şəxs SAXLANILDI

Marketlərdən 1400 manatlıq lotereya bileti oğurlayan şəxs SAXLANILDI

“Qəbələ” Yaponiya millisinə UDUZDU

“Qəbələ” Yaponiya millisinə UDUZDU

Restoranlarda YENİ QAYDA: Menyuda iki qiymət göstəriləcək

Restoranlarda YENİ QAYDA: Menyuda iki qiymət göstəriləcək

Ukraynada döyüşən daha bir soydaşımız həlak oldu - FOTO

Ukraynada döyüşən daha bir soydaşımız həlak oldu - FOTO

Prezident göstəriş verdi: Maaşlar nə qədər artacaq və kimlərə şamil olunacaq?

Prezident göstəriş verdi: Maaşlar nə qədər artacaq və kimlərə şamil olunacaq?

Restoranlarda təklif edilən həqiqi kürüdür, yoxsa əvəzedici? – FOTO

Restoranlarda təklif edilən həqiqi kürüdür, yoxsa əvəzedici? – FOTO

"Sabah"dan ayrıldı, Kosovo klubuna KEÇDİ

"Sabah"dan ayrıldı, Kosovo klubuna KEÇDİ

“Xaricdə təhsil” vədi ilə 12 min manatı mənimsəyən şəxs SAXLANILDI

“Xaricdə təhsil” vədi ilə 12 min manatı mənimsəyən şəxs SAXLANILDI

İran ABŞ-ın genişmiqyaslı zərbələrinə hazırlaşır – KİV

İran ABŞ-ın genişmiqyaslı zərbələrinə hazırlaşır – KİV

Bakıda saxta iş elanı verən HƏBS OLUNDU

Bakıda saxta iş elanı verən HƏBS OLUNDU

Moldovanın hava məkanı yenə pozuldu - FOTO

Moldovanın hava məkanı yenə pozuldu - FOTO

Ölkə ərazisinə leysan, dağlıq bölgələrə qar yağır - FAKTİKİ HAVA

Ölkə ərazisinə leysan, dağlıq bölgələrə qar yağır - FAKTİKİ HAVA

Messi yeni klubunun qələbəsini belə qeyd etdi - FOTO

Messi yeni klubunun qələbəsini belə qeyd etdi - FOTO

Nərimanovda marketləri və vətəndaşları qarət edənlər SAXLANILDI

Nərimanovda marketləri və vətəndaşları qarət edənlər SAXLANILDI

Süni intellekt “ölmək istəmir”? - Deaktiv edilməyə müqavimət göstərdi

Süni intellekt “ölmək istəmir”? - Deaktiv edilməyə müqavimət göstərdi

Britaniyalılar Aİ-yə qayıtmağı DƏSTƏKLƏYİR

Britaniyalılar Aİ-yə qayıtmağı DƏSTƏKLƏYİR

Metroda halı pisləşən kişi öldü

Metroda halı pisləşən kişi öldü

"Fənərbağça" nümayəndələri Heydər Əliyevin məzarını ziyarət etdilər - FOTO

"Fənərbağça" nümayəndələri Heydər Əliyevin məzarını ziyarət etdilər - FOTO

End of content

No more pages to load

RADİO