Keniyada DƏHŞƏT: 50 azərbaycanlının orqanları satılıb –TƏFƏRRÜAT

24 yaşlı Azərbaycan vətəndaşının beynəlxalq orqan mafiyasının qurbanına çevrilməsi insan orqanlarının qanunsuz alveri ilə məşğul olan böyük bir şəbəkəni ortaya çıxarıb.

Bizim.Media “musavat.com”a istinadla xəbər verir ki, 50 Azərbaycan vətəndaşı gizli şəkildə Şərqi Afrikaya aparılıb, Keniyada yerləşən özəl klinikada müxtəlif orqanları çıxarılaraq əsasən İsrail vətəndaşlarına köçürülüb. 

Hazırda qanunsuz orqan transplantasiyasına görə Almaniyada məhkəmə prosesi keçirilir. 

İttihama görə, 24 yaşlı Azərbaycan vətəndaşının böyrəyi Keniyada fəaliyyət göstərən özəl klinikada 59 yaşlı Almaniya sakininə köçürülüb. İndi həmin qadın Sabine Fişer-Kuqler orqan alverinə təhrik ittihamı ilə mühakimə olunur və onu 5 ilə qədər həbs cəzası gözləyir.

Hadisə necə üzə çıxıb?

Məsələ ilk dəfə Almaniyanın aparıcı media qurumları – “ZDF”, “Der Şpigel” və “Deutsche Welle” tərəfindən aparılan geniş jurnalist araşdırmasından sonra beynəlxalq rezonans doğurub. Araşdırmada Keniyanın Eldoret şəhərində yerləşən “MediHeal” klinikasının ətrafında fəaliyyət göstərdiyi iddia olunan beynəlxalq orqan alveri şəbəkəsinin fəaliyyəti təsvir olunurdu. 

Uzun illər böyrək çatışmazlığından əziyyət çəkən Sabine Fişer-Kuqler jurnalistlərə etiraf edib ki, böyrək əldə etmək üçün vasitəçilərə 100 min-200 min dollar, bəzi mənbələrə görə isə 200 min avro həcmində vəsait ödəyib. Almaniya qanunvericiliyinə görə insan orqanının alınması və ya satılması ilə bağlı maliyyə əməliyyatları cinayət hesab olunur. Məhkəmə prosesinin 2026-cı il iyunun 23-də Bavariyanın Vaysenburq şəhərində başlanıb. Qadın məhkəmədə peşman olduğunu və həyatda qalmaq üçün çıxış yolu axtardığını söyləyib.

Azərbaycanlı donor kim olub?

Araşdırmalarda adı açıqlanmayan donorun 24 yaşlı Azərbaycan vətəndaşı olduğu göstərilir. Sabine Fişer-Kuqler bildirib ki, əməliyyatdan əvvəl və sonra həmin gənclə cəmi bir neçə dəqiqə görüşüb. Vasitəçilər ona donorla yaxın təmas qurmamağı tövsiyə ediblər. Ən diqqətçəkən məqamlardan biri isə budur ki, rəsmi sənədlərdə donorun heç bir ödəniş almadan könüllü şəkildə orqan bağışladığı göstərilib. Halbuki əməliyyatda iştirak edənlərin əksəriyyətinin onun pul aldığını deyiblər. Məbləğ açıqlanmasa da, donora adətən qəpik-quruş çatdığı ümumi məlum faktdır.

Keniyada fəaliyyət göstərən şəbəkə

Araşdırmaların mərkəzində “MedLead” adlı vasitəçi şirkət dayanır. Şirkət xarici ölkələrdə qısa müddətdə böyrək transplantasiyası təşkil etdiyini və bunun tam qanuni olduğunu iddia edir.

Lakin jurnalist araşdırmaları tam fərqli mənzərə ortaya çıxarıb. İddialara görə, Avropa, İsrail və ABŞ-dan olan varlı xəstələrə əsasən Azərbaycan, Pakistan, Qazaxıstan və digər ölkələrdən gətirilən donorların orqanları təklif olunub. 

Donorlar isə çox vaxt maddi sıxıntı içində olan gənclərdən seçilib. “MediHeal” klinikası ilə bağlı Keniyada aparılan araşdırmalar zamanı yüzlərlə transplantasiya əməliyyatının sənədləri incələnib. Məlum olub ki, 2018-2025-ci illərdə yüzlərlə böyrək transplantasiyası həyata keçirilib və xarici vətəndaşlar əməliyyat olunanlar arasında mühüm yer tutublar.

Azərbaycanlılar niyə hədəfə çevrilib?

Keniyada fəaliyyət göstərən istehlakçı təşkilatlarının və araşdırma qruplarının hesabatlarında diqqətçəkən bir fakt yer alıb. Həmin məlumatlara görə, xarici donorlar arasında Azərbaycan vətəndaşları xüsusi üstünlük təşkil edib. Hesabatda 50 Azərbaycan vətəndaşının donor qismində iştirak etdiyi qeyd olunur. Hətta 25 israilli pasiyentə məhz azərbaycanlı donorların böyrəklərinin köçürüldüyü göstərilir.

Bu fakt Azərbaycan vətəndaşlarının beynəlxalq orqan alveri şəbəkələrinin hədəfinə çevrilməsi ehtimalını gündəmə gətirir.

Şəbəkənin arxasında kimlər dayanır?

Araşdırmalarda İsrail vətəndaşı Robert Şpolanskinin adı əsas fiqurlardan biri kimi hallanır. Tel-Əviv məhkəməsinin 2016-cı il ittiham aktında onun Şri-Lanka, Türkiyə, Filippin və Tailandda qanunsuz böyrək transplantasiyalarının təşkilində iştirak etdiyi qeyd olunub. Materiallarda həmçinin Boris Volfman adlı şəxsin beynəlxalq şəbəkənin rəhbərlərindən biri olduğu bildirilir. Şpolanski isə bu ittihamları rədd edir.

“MediHeal” qrupuna isə Hindistan əsilli keçmiş keniyalı deputat Şarup Mişra rəhbərlik edir. Onun fəaliyyəti ilə bağlı Keniyada həm ittihamlar, həm də əks arqumentlər səsləndirilib. Bir sıra araşdırma komissiyaları klinika rəhbərliyinin məsuliyyətə cəlb olunmasını tövsiyə etsə də, klinika bütün ittihamları rədd edir və qanun çərçivəsində fəaliyyət göstərdiyini bildirir.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Türkiyədə Azərbaycan Yol Qovşağı İSTİFADƏYƏ VERİLDİ

Türkiyədə Azərbaycan Yol Qovşağı İSTİFADƏYƏ VERİLDİ

Metroda tüstülənmə: 250 nəfər təxliyə edildi

Metroda tüstülənmə: 250 nəfər təxliyə edildi

"Qarabağ" "Zirə"yə qalib gəldi

"Qarabağ" "Zirə"yə qalib gəldi

Ağ çörək, yoxsa qara - Hansı daha FAYDALIDIR?

Ağ çörək, yoxsa qara - Hansı daha FAYDALIDIR?

“Yasımda yemək verilməsin, 5-10 dəqiqə oturub gedin”- VİDEO

“Yasımda yemək verilməsin, 5-10 dəqiqə oturub gedin”- VİDEO

İran Avrasiya İqtisadi İttifaqı ilə fəal əməkdaşlığa HAZIRDIR

İran Avrasiya İqtisadi İttifaqı ilə fəal əməkdaşlığa HAZIRDIR

Marketlərdən 1400 manatlıq lotereya bileti oğurlayan şəxs SAXLANILDI

Marketlərdən 1400 manatlıq lotereya bileti oğurlayan şəxs SAXLANILDI

“Qəbələ” Yaponiya millisinə UDUZDU

“Qəbələ” Yaponiya millisinə UDUZDU

Restoranlarda YENİ QAYDA: Menyuda iki qiymət göstəriləcək

Restoranlarda YENİ QAYDA: Menyuda iki qiymət göstəriləcək

Ukraynada döyüşən daha bir soydaşımız həlak oldu - FOTO

Ukraynada döyüşən daha bir soydaşımız həlak oldu - FOTO

Prezident göstəriş verdi: Maaşlar nə qədər artacaq və kimlərə şamil olunacaq?

Prezident göstəriş verdi: Maaşlar nə qədər artacaq və kimlərə şamil olunacaq?

Restoranlarda təklif edilən həqiqi kürüdür, yoxsa əvəzedici? – FOTO

Restoranlarda təklif edilən həqiqi kürüdür, yoxsa əvəzedici? – FOTO

"Sabah"dan ayrıldı, Kosovo klubuna KEÇDİ

"Sabah"dan ayrıldı, Kosovo klubuna KEÇDİ

“Xaricdə təhsil” vədi ilə 12 min manatı mənimsəyən şəxs SAXLANILDI

“Xaricdə təhsil” vədi ilə 12 min manatı mənimsəyən şəxs SAXLANILDI

İran ABŞ-ın genişmiqyaslı zərbələrinə hazırlaşır – KİV

İran ABŞ-ın genişmiqyaslı zərbələrinə hazırlaşır – KİV

Bakıda saxta iş elanı verən HƏBS OLUNDU

Bakıda saxta iş elanı verən HƏBS OLUNDU

Moldovanın hava məkanı yenə pozuldu - FOTO

Moldovanın hava məkanı yenə pozuldu - FOTO

Ölkə ərazisinə leysan, dağlıq bölgələrə qar yağır - FAKTİKİ HAVA

Ölkə ərazisinə leysan, dağlıq bölgələrə qar yağır - FAKTİKİ HAVA

Messi yeni klubunun qələbəsini belə qeyd etdi - FOTO

Messi yeni klubunun qələbəsini belə qeyd etdi - FOTO

Nərimanovda marketləri və vətəndaşları qarət edənlər SAXLANILDI

Nərimanovda marketləri və vətəndaşları qarət edənlər SAXLANILDI

Süni intellekt “ölmək istəmir”? - Deaktiv edilməyə müqavimət göstərdi

Süni intellekt “ölmək istəmir”? - Deaktiv edilməyə müqavimət göstərdi

Britaniyalılar Aİ-yə qayıtmağı DƏSTƏKLƏYİR

Britaniyalılar Aİ-yə qayıtmağı DƏSTƏKLƏYİR

Metroda halı pisləşən kişi öldü

Metroda halı pisləşən kişi öldü

"Fənərbağça" nümayəndələri Heydər Əliyevin məzarını ziyarət etdilər - FOTO

"Fənərbağça" nümayəndələri Heydər Əliyevin məzarını ziyarət etdilər - FOTO

End of content

No more pages to load

RADİO