700 bal toplayan ÖLKƏ BİRİNCİSİ: "Həm sosial həyatım olub, həm də telefonum"

Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə 7 iyun 2026-cı il tarixində keçirilmiş qəbul imtahanının nəticələrini elan edib.

Burlaxatun Bəhruz qızı Məcidli hər iki mərhələnin cəminə görə I ixtisas qrupu üzrə maksimum nəticəni - 700 balı əldə edən abituriyentdir.

O, imtahanın birinci mərhələsində 300 bal toplayıb.

Bizim.Media xəbər verir ki, “AzEdu.az” bu münasibətlə Burlaxatunla əlaqə saxlayıb.

O qeyd edib ki, 700 bal həm əziyyətinin bəhrəsi, həm də bir qədər şansın nəticəsidir.

"700 bal toplamaq məni çox şərəfli hiss etdirir, çox sevincliyəm. Açığı, imtahandan əvvəl həmişə düşünürdüm ki, 700 bal yığmaq bir az şansdır. Çünki açıq suallar həmişə şübhəli olur. Amma indi bu reallaşdı. Qapalı suallarımın hamısının düz olduğunu bilirdim, amma açıqların da tam düz olması, onlardan tam bal yığmaq… Yəni adamı həqiqətən təəccübləndirir.

Bu müjdəli xəbəri ilk olaraq anamla, atamla bölüşdüm. Əvvəlcə inanmırdım, sonra özüm yenidən baxdım. Kodu yazıb nəticəyə baxandan sonra inandım".

Burlaxatun bildirib ki, ADA universitetində memarlıq ixtisasına hazırlaşıb:

"Hazırlıq dövründə bütün fənlərdən repetitor yanında hazırlaşmışam. Amma cəmiyyətdəki o fikir ki, yüksək bal toplayan şagirdlərin telefonu belə olmur - bu, məncə, düzgün deyil. Çünki mənim həm sosial həyatım olub, həm də telefondan həmişə istifadə etmişəm.
 

700 bal toplamış bir abituriyent kimi digər yoldaşlarıma tövsiyəm odur ki, ancaq bala fokuslanmasınlar. Həm təhsillərinə üstünlük verməlidirlər, həm də öz sosial həyatlarını yaşamalıdırlar. "Mən dərs oxuyum, ancaq dərs oxuyum" deyib hazırlaşmaq, məncə, düzgün deyil.


Uğurumun sirrinə gəlincə… İnanırsınız, bilmirəm (gülür). Məncə, çox çalışmaq və özünə inanmaq vacibdir. Bu 700 bal həm əziyyətimin bəhrəsidir, həm də şansdır".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Messi futboldan gedəcəyi vaxtı açıqladı

Messi futboldan gedəcəyi vaxtı açıqladı

Fitso yardımdan İMTİNA ETDİ: "Ukraynaya silah üçün pul verilməyəcək"

Fitso yardımdan İMTİNA ETDİ: "Ukraynaya silah üçün pul verilməyəcək"

Günün qoroskopu: BÜRCLƏRİ nə gözləyir?

Günün qoroskopu: BÜRCLƏRİ nə gözləyir?

İrina Şeyk makiyajsız FOTOSUNU paylaşdı

İrina Şeyk makiyajsız FOTOSUNU paylaşdı

Mertsə istefa çağırışı edildi: “Starmer kimi et”

Mertsə istefa çağırışı edildi: “Starmer kimi et”

İki şəhidimizin övladı qəbulda yüksək bal topladı

İki şəhidimizin övladı qəbulda yüksək bal topladı

Bu gün Aşuradır

Bu gün Aşuradır

700 bal toplayan ÖLKƏ BİRİNCİSİ: "Həm sosial həyatım olub, həm də telefonum"

700 bal toplayan ÖLKƏ BİRİNCİSİ: "Həm sosial həyatım olub, həm də telefonum"

İsrail - Livan danışıqları nəticəsiz başa çatdı - "Axios"

İsrail - Livan danışıqları nəticəsiz başa çatdı - "Axios"

Real TV-də yeni layihə - Televiziya rəhbərləri açıq müzakirəyə çıxır

Real TV-də yeni layihə - Televiziya rəhbərləri açıq müzakirəyə çıxır

Qusarda fermerlərə dövlət dəstəyi gücləndirilir: İcra başçısından mühüm tapşırıqlar - FOTO

Qusarda fermerlərə dövlət dəstəyi gücləndirilir: İcra başçısından mühüm tapşırıqlar - FOTO

Tramp: “İran mənim istədiyim hər şeylə razılaşır”

Tramp: “İran mənim istədiyim hər şeylə razılaşır”

Vətən müharibəsi qazisi bıçaqlandı - FOTO

Vətən müharibəsi qazisi bıçaqlandı - FOTO

Mətanət İsgəndərli: “Sanki övladını aparıblar, amma demirlər kimindir”

Mətanət İsgəndərli: “Sanki övladını aparıblar, amma demirlər kimindir”

“Şəfa” klubunda ilk legioner

“Şəfa” klubunda ilk legioner

Bakının bir sıra küçələri işıqsız qalacaq - SİYAHI

Bakının bir sıra küçələri işıqsız qalacaq - SİYAHI

Evlənənlərin yarısı boşanır - Problemin həlli yolu nədir?

Evlənənlərin yarısı boşanır - Problemin həlli yolu nədir?

Dəniz sahilində xəndəklər qazıldı – Məqsəd obyektə müştəri cəlb etməkdir? - VİDEO

Dəniz sahilində xəndəklər qazıldı – Məqsəd obyektə müştəri cəlb etməkdir? - VİDEO

Günün səbəbkarlarını TANIYAQ! - FOTO

Günün səbəbkarlarını TANIYAQ! - FOTO

Qərbi azərbaycanlıların qayıdışı ilə bağlı ABŞ Konqresinə MÜRACİƏT EDİLDİ - FOTO

Qərbi azərbaycanlıların qayıdışı ilə bağlı ABŞ Konqresinə MÜRACİƏT EDİLDİ - FOTO

Çində zooparkda itləri boyayıb pandaya bənzətdilər - FOTO

Çində zooparkda itləri boyayıb pandaya bənzətdilər - FOTO

“Sabah” Rumıniya klubu ilə heç-heçə etdi

“Sabah” Rumıniya klubu ilə heç-heçə etdi

İmtahanda ən yüksək nəticə göstərənlərdən Aysu və Əlinin FOTOSU

İmtahanda ən yüksək nəticə göstərənlərdən Aysu və Əlinin FOTOSU

“Telegram”da YENİLİK: Tam ekranlı mətn redaktoru istifadəyə verildi - FOTO

“Telegram”da YENİLİK: Tam ekranlı mətn redaktoru istifadəyə verildi - FOTO

End of content

No more pages to load

RADİO