Bizim.Media “teleqraf.az”a istinadla xəbər verir ki, bıçaqlanma hadisəsi rayonun Suqovuşan qəsəbəsində baş verib.
Rayon sakini, 44 günlük Vətən müharibəsi qazisi Sadiq Abbaslı mübahisə zəmnində həmyerlisi tərəfindən bıçaqlanıb.
Yaralıya tibbi yardım göstərilib. Daha sonra o, Bərdə Diaqnostika Mərkəzinə göndərilib.
Hadisəni törətməkdə şübhəli bilinən Elzamin Ağazadə polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Bizim.Media