Evlənənlərin yarısı boşanır - Problemin həlli yolu nədir?

Son 4-5 ayda boşanmaların sayının 6400-dən çox olması təbii ki, dəhşətli faktdır. Məlumata görə, 2026-cı ilin ilk dörd ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 11422 nikaha daxilolma və 6443 boşanma halları qeydə alınıb. Məlumatı Dövlət Statistika Komitəsi yayıb.

Nikahların sayının yarısından çoxunda boşanma qeydə alınır. Son 4 ayda Azərbaycanda 11400 nikah bağlanıb, 6400 boşanma var. Təbii ki, bu fəlakətdir.

Ekspertlər hesab edir ki, son aylar Azərbaycanda boşanmaların artmasının tək bir səbəbi yoxdur. Bu, sosial, iqtisadi və mədəni amillərin birgə təsiri ilə izah olunur. Son 4-5 ayda Azərbaycanda boşanmaların sayının artması ilə bağlı mütəxəssislər adətən bir sıra amilləri irəli sürürlər.

Burada başlıcası işsizlik, aşağı gəlir və yaşayış xərclərinin artması vurğulanır ki, bu da ailədaxili gərginliyin yüksəlməsinə səbəblərdən biri kimi göstərilir. Maliyyə problemləri cütlüklər arasında mübahisələrin əsas səbəblərindən biri hesab olunur.

Ekspertlərdən bəziləri hesab edir ki, burada əsas diqqət çəkən məqamlardan biri qadınların iqtisadi müstəqilliyə nail olmasıdır. Boşanmaların nikahların yarısını təşkil etməsi nə ilə bağlıdır? Niyə boşanmalar bu qədər çoxalıb?

Bizim.Media xəbər verir ki, tanınmış sosioloq, fəlsəfə üzrə fəlsəfə doktoru Mail Yaqub mövzu ilə bağlı “musavat.com”a fikrini bildirib:

"Azərbaycanda boşanmaların sayı sürətlə çoxalır. İndi artıq nikah və boşanma sayının müqayisəsində boşanmaların nisbəti 50%-i keçib və bu, dəhşətli bir rəqəmdir. Sual yarana bilər, bunun əsas səbəbi nədir?

Birinci səbəb olaraq sosial-iqtisadi problemlər göstərilə bilər. Yəni ailədə dolanışıq zəif olduqda, bu problemlər ailədaxili münaqişələrə yol açır və nəticədə ailə boşanır.

İkinci səbəb kimi mənəvi-psixoloji amilləri qeyd etmək olar. Elə ailələr var ki, orada heç bir sosial-iqtisadi problem yoxdur, gəlir yüksək səviyyədədir. Amma ər və arvad bir-birini həzm edə bilmirlər. Ailədə psixoloji, mənəvi boşluq və xəyanət mövcuddur ki, bu da boşanma ilə nəticələnir.

Üçüncü və daha şiddətli bir səbəb isə ailədaxili zorakılıqdır. Kişinin həyat yoldaşını döyməsi, söyməsi, təhqir etməsi, ona mənəvi və fiziki zorakılıq tətbiq etməsi də boşanmalara rəvac verən ciddi amillərdən biridir.
 

Görəsən, bunlardan hansı biri əsasdır? Əslində, hamısı var. Amma mənə görə, əsas səbəb sosial-iqtisadi problemlər deyil. Əgər belə olsaydı, bəs niyə 40 il bundan qabaq boşanmaların sayı bu qədər deyildi, amma indi bu həddə çatıb?"


Sosioloqun fikrincə, əsas səbəb sosial şəbəkələr və mənəvi-psixoloji boşluqdur:" Sosial şəbəkələrdəki tanışlıqlar, bəyin və ya xanımın öz həyat yoldaşını başqaları ilə müqayisə etməsi boşanmalara zəmin yaradır. Statistikaya baxsaq görərik ki, imkanlı ailələr arasında da boşanma sayı az deyil.

Ona görə də səbəbi sırf sosial-iqtisadi amillərdə axtarmaqla özümüzü aldatmayaq. Bəli, Azərbaycanda ailələrin sosial-iqtisadi problemləri çoxdur, amma birinci dərəcəli səbəb bu deyil.

Əsas səbəb tərəflərin ailədənkənar ünsiyyətləridir. Bu ünsiyyətlər dərinləşərək bağlılığa çevrilir, nəticədə isə münaqişələr baş qaldırır. Eqolar yüksək olduğu, qarşı tərəfə hörmət və dəyər qoyulmadığı üçün ailə dağılır.

Biz bu səbəbləri aradan qaldırmalıyıq. Ailənin mənəvi-psixoloji bağlarının dərinləşməsi üçün dayanmadan çalışmalıyıq. Müəllimlər, təlimçilər, psixoloqlar, əxlaq müəllimləri və ilahiyyatçılar nağıl danışmaq əvəzinə, məhz bu problemlərdən bəhs etməlidirlər. Mənə görə, əsas məsələ budur".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ağdamda evdən qaçan 15 yaşlı qızın erkən evliliyinin QARŞISI ALINDI

Ağdamda evdən qaçan 15 yaşlı qızın erkən evliliyinin QARŞISI ALINDI

Tarixi matç BAŞLADI: “Fənərbağça” “Turan Tovuz”a qarşı - VİDEO

Tarixi matç BAŞLADI: “Fənərbağça” “Turan Tovuz”a qarşı - VİDEO

Gəncədə bacı-qardaş yanıq xəsarətləri aldı

Gəncədə bacı-qardaş yanıq xəsarətləri aldı

"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır

"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Türkiyədə Azərbaycan Bulvarı İSTİFADƏYƏ VERİLDİ

Türkiyədə Azərbaycan Bulvarı İSTİFADƏYƏ VERİLDİ

Metroda tüstülənmə: 250 nəfər təxliyə edildi

Metroda tüstülənmə: 250 nəfər təxliyə edildi

"Qarabağ" "Zirə"yə qalib gəldi

"Qarabağ" "Zirə"yə qalib gəldi

Ağ çörək, yoxsa qara - Hansı daha FAYDALIDIR?

Ağ çörək, yoxsa qara - Hansı daha FAYDALIDIR?

“Yasımda yemək verilməsin, 5-10 dəqiqə oturub gedin”- VİDEO

“Yasımda yemək verilməsin, 5-10 dəqiqə oturub gedin”- VİDEO

İran Avrasiya İqtisadi İttifaqı ilə fəal əməkdaşlığa HAZIRDIR

İran Avrasiya İqtisadi İttifaqı ilə fəal əməkdaşlığa HAZIRDIR

Marketlərdən 1400 manatlıq lotereya bileti oğurlayan şəxs SAXLANILDI

Marketlərdən 1400 manatlıq lotereya bileti oğurlayan şəxs SAXLANILDI

“Qəbələ” Yaponiya millisinə UDUZDU

“Qəbələ” Yaponiya millisinə UDUZDU

Restoranlarda YENİ QAYDA: Menyuda iki qiymət göstəriləcək

Restoranlarda YENİ QAYDA: Menyuda iki qiymət göstəriləcək

Ukraynada döyüşən daha bir soydaşımız həlak oldu - FOTO

Ukraynada döyüşən daha bir soydaşımız həlak oldu - FOTO

Prezident göstəriş verdi: Maaşlar nə qədər artacaq və kimlərə şamil olunacaq?

Prezident göstəriş verdi: Maaşlar nə qədər artacaq və kimlərə şamil olunacaq?

Restoranlarda təklif edilən həqiqi kürüdür, yoxsa əvəzedici? – FOTO

Restoranlarda təklif edilən həqiqi kürüdür, yoxsa əvəzedici? – FOTO

"Sabah"dan ayrıldı, Kosovo klubuna KEÇDİ

"Sabah"dan ayrıldı, Kosovo klubuna KEÇDİ

“Xaricdə təhsil” vədi ilə 12 min manatı mənimsəyən şəxs SAXLANILDI

“Xaricdə təhsil” vədi ilə 12 min manatı mənimsəyən şəxs SAXLANILDI

İran ABŞ-ın genişmiqyaslı zərbələrinə hazırlaşır – KİV

İran ABŞ-ın genişmiqyaslı zərbələrinə hazırlaşır – KİV

Bakıda saxta iş elanı verən HƏBS OLUNDU

Bakıda saxta iş elanı verən HƏBS OLUNDU

Moldovanın hava məkanı yenə pozuldu - FOTO

Moldovanın hava məkanı yenə pozuldu - FOTO

Ölkə ərazisinə leysan, dağlıq bölgələrə qar yağır - FAKTİKİ HAVA

Ölkə ərazisinə leysan, dağlıq bölgələrə qar yağır - FAKTİKİ HAVA

Messi yeni klubunun qələbəsini belə qeyd etdi - FOTO

Messi yeni klubunun qələbəsini belə qeyd etdi - FOTO

End of content

No more pages to load

RADİO