Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, iritutumlu yük maşını həmin istiqamətdə hərəkətdə olarkən anidən alışıb.
Dərhal əraziyə FHN-nin Kürdəmir rayon dövlət Yanğından Mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülüb və genişləndirilməsinin qarşısı alınıb.
Hazırda fakt araşdırılır.

Bizim Media, Aran bürosu