“Dişi enerjisi”nin itirildiyini necə anlamaq olar? – Qadını ən çox tükədən VƏRDİŞLƏR

Kənardan baxanda hər şey yaxşı görünür: evdə, işdə, dolanışıqda... Sağlamlıq da ki öz yerində. Amma daxildə getdikcə artan boşluq hissi var, hər şey rutinə bağlanıb. “Özümü qadın kimi hiss etməyi unutmuşam...” Bu sözləri bu gün çox qadının dilindən eşitmək olar. Xüsusən də 30+ qadınların tez-tez dilə gətirdiyi sözlərdir.  
 

Maddi rifahı qənaətbəxş olan qadınlar yoqa, meditasiya, səyahət, yenu tanışlıqlar, müxtəlif kurslarla vəziyyəti nə qədər dəyişməyə cəhd göstərsələr yenə də gərginlik, boşluq,  yorğunluq hissi tərk etmir. Bir vaxtlar hər şeydən zövq alan, həyatını yaşayan qadın indi anhedoniya məngənəsindədir. Nəticədə  enerji tükənir, istəklər boğulur, yaş keçdikcə də qorxu başlayır: “həyat eşqi geri dönməzsə?”


Bəzi qadınlar da təlaş içində çıxışı mustik yollarda axtarırlar: ezoterikə gedirlər, qəribə rituallar edirlər, ticarət məqsədilə müxtəlif formalarda “sırınan” şamlar yandırır, evi aromatik tüstülərə verirlər.

Niyə “qadın enerjisi” itir?

Mütəxəssislər bu suala belə cavab verirlər ki, “qadın enerjisi” elmi bir termin deyil, psixoloji yanaşmadır. Adətən bu ifadə qadının özünü necə hiss etməsi və dünyaya necə yanaşması ilə əlaqələndirilir: həssaslıq, intuisiya, yaradıcılıq, qayğıkeşlik, emosional açıqlıq, qəbul etmə və daxili rahatlıq kimi xüsusiyyətlər nəzərdə tutulur.

Elə yuxarıda qeyd etdiyim maddi rifahdan başlayır hər şey. Qadın kişi öhdəliklərini çiyninə götürəndə, özünün, uşaqlarının gələcəyini təmin edəndə, bütün problemlərini özü həll etməyə başlayanda testosteron səviyyəsi qalxır. Uzunmüddətli stress, daimi mübarizə və sağ qalma rejimində yaşamaq, emosiyaları basdırmaq, öz ehtiyaclarını daim ikinci plana keçirmək, davamlı özünütənqid, rəqabət etmək qadın enerjisini tükəndirir.

Özünə qayıtmağın vaxtıdır

Ona görə də qadın özünü bərpa etmək üçün “zavod buraxılışı” halına geri dönməlidir, yəni təbiətin onun yaratdığı zərif, güclü cinsin dəstəyinə ehtiyacı olan halına. Bunun üçün qadınlıq və iş həyatı arasında sağlam sərhədlər qoymalı, emosiyalarını ifadə etməkdən çəkinməməlidir.
 

Dəstək verən insanlarla ünsiyyət qurmalı, sevilməyə “yer açmalı”, əks cinsdən xoş sözlərə, nəvazişə açıq olmalıdırlar. Qısası, “dişi enerjisi”ni bərpa etmək üçün hər şeydən əvvəl qadın olmaq lazımdır ki, daxili rahatlığı, özünə inamı, təbiətlə əlaqəni bərpa etmək mümkün olsun. Təbiət hər iki cinsi çiynində daşıyan, kim olduğunu ayırd edə bilməyən, “izm”lərin fətvasına gedən fərdlərə vaxt ayırmaq istəmir.


Şair demiş: “Təbiətin işidir: gündə min gözəl yaradır”. Yəni təbiət onun verdi nemətləri, üstünlükləri dəyərləndirməyənlərdən üz döndərib yeni yaratdıqları ilə məşğul  olmağı üstün tutur.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qaxda avtomobil 20 metr hündürlükdən dərəyə düşdü - VİDEO

Qaxda avtomobil 20 metr hündürlükdən dərəyə düşdü - VİDEO

Berdıyev Vadjidən imtina etdi

Berdıyev Vadjidən imtina etdi

Məmurların kabinetdə çəkilən kadrlarını - Bütün İraq danışır - FOTO

Məmurların kabinetdə çəkilən kadrlarını - Bütün İraq danışır - FOTO

İran millət vəkilləri oturaq AKSİYAYA hazırlaşır

İran millət vəkilləri oturaq AKSİYAYA hazırlaşır

Belarusu hədələyən Zelenskidən bəyanat: “Təhlükə dayandı”

Belarusu hədələyən Zelenskidən bəyanat: “Təhlükə dayandı”

Kuyt yenidən “Fənərbağça”da

Kuyt yenidən “Fənərbağça”da

Çimərliyə gedənlər üçün PROQNOZ

Çimərliyə gedənlər üçün PROQNOZ

Əməkdar artist itini axtarır

Əməkdar artist itini axtarır

I qrup üzrə 700 bal toplayan Burlaxatun - FOTO

I qrup üzrə 700 bal toplayan Burlaxatun - FOTO

"ADINI ALBERT QOY!" - O, bu gün hər birimizin adı olmalıdır! - VİDEO

"ADINI ALBERT QOY!" - O, bu gün hər birimizin adı olmalıdır! - VİDEO

FİFA su fasilələrindən əlavə gəlir əldə edir? - İnfantino

FİFA su fasilələrindən əlavə gəlir əldə edir? - İnfantino

“Dişi enerjisi”nin itirildiyini necə anlamaq olar? – Qadını ən çox tükədən VƏRDİŞLƏR

“Dişi enerjisi”nin itirildiyini necə anlamaq olar? – Qadını ən çox tükədən VƏRDİŞLƏR

Qəbul imtahanında 16 nəfərin nəticələri LƏĞV EDİLDİ

Qəbul imtahanında 16 nəfərin nəticələri LƏĞV EDİLDİ

Sumqayıtda 4 yaşlı uşaq 5-ci mərtəbədən yıxıldı

Sumqayıtda 4 yaşlı uşaq 5-ci mərtəbədən yıxıldı

Anar Bayramov daha 3 xəstəxananın direktorunu İŞDƏN ÇIXARDI

Anar Bayramov daha 3 xəstəxananın direktorunu İŞDƏN ÇIXARDI

Azərbaycanda evdən işləmək qanuniləşəcək — Deputat açıqladı

Azərbaycanda evdən işləmək qanuniləşəcək — Deputat açıqladı

“Neftçi” müdafiəçi transfer etdi

“Neftçi” müdafiəçi transfer etdi

"Azərikard"da yaranan problem ARADAN QALDIRILDI

"Azərikard"da yaranan problem ARADAN QALDIRILDI

İmtahanda maksimum nəticə toplayanların ADLARI

İmtahanda maksimum nəticə toplayanların ADLARI

Naxçıvanda sel: Bəzi çaylar daşdı - VİDEO

Naxçıvanda sel: Bəzi çaylar daşdı - VİDEO

İyunun 7-də keçirilən qəbul imtahanının nəticəsi AÇIQLANDI

İyunun 7-də keçirilən qəbul imtahanının nəticəsi AÇIQLANDI

Daha bir futbolçu “Zirə”ni tərk etdi

Daha bir futbolçu “Zirə”ni tərk etdi

Qalibaf: Son bir ildə Azərbaycan-İran əlaqələrində daha böyük inkişaf müşahidə olunur - FOTO

Qalibaf: Son bir ildə Azərbaycan-İran əlaqələrində daha böyük inkişaf müşahidə olunur - FOTO

“Yeraltı”dan ayrıldı

“Yeraltı”dan ayrıldı

End of content

No more pages to load

RADİO