Qısa müddət ərzində fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Qiymətləndiricilər Palatası tərəfindən mühüm işlər görülüb, bir sıra əhəmiyyətli layihələr həyata keçirilib.
Bizim.Media xəbər verir ki, bunu Palatanın İntizam komissiyasının sədri Nahid Həsənov jurnalistlərə açıqlamasında deyib.
O bidlirib ki, Palata və onun qiymətləndiriciləri peşəkar fəaliyyətlərində davamlı inkişaf yolundadırlar:
“Komissiyanın əsas məqsədi şirkətlər tərəfindən aşkarlanmış nöqsanları ön plana çıxarmaq deyil. Əksinə, yoxlamalar zamanı aşkar edilən nöqsanlar üzrə maarifləndirmək, onların etik davranış qaydalarına riayət etmələrinə dəstək olmaq, peşəkar fəaliyyətlərində şəffaflığın və keyfiyyətin artırılmasına töhfə verməkdir. Komissiyanın tərkibi 5 nəfərdən ibarətdir. Komissiyaya daxil olan hər bir müraciət və ya şikayət obyektiv şəkildə araşdırılır, aşkar edilmiş nöqsanlar təhlil olunur, müvafiq rəylər Rəyasət Heyətinə təqdim edilir və qanunvericiliyə uyğun qərarlar qəbul olunur”.
Günay Şahmar, Vüqar Ağayev, Bizim.Media