“Yelo Bank”ın mobil tətbiqində problem yaranıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Yelo Bank”ın müştərilərinə göndərdiyi bildirişdə qeyd olunub.
“Dəyərli müştəri, aparılan təkmilləşdirmə işləri səbəbindən mobil tətbiqdən istifadə mümkün olmayacaq”, deyə bildirişdə qeyd edilib.
Xatırladaq ki, Azərbaycan Beynəlxalq Bankı, “AccessBank” və “ExpressBank”da bəzi kart əməliyyatları ilə bağlı texniki problem yaranıb.

Bizim.Media