Şagirdlərin imtahan qorxusu – Stressi yaradan şəxslər KİMDİR?

İmtahan dövründə şagirdlər arasında həyəcan və gərginlik hissi daha da artır. Gələcəkləri ilə bağlı mühüm qərarların bu mərhələdə verilməsi, yüksək nəticə əldə etmək istəyi və uğursuzluq qorxusu bir çox gəncin psixoloji vəziyyətinə təsir göstərir. Cəmiyyətin, müəllim və yaxınların yüksək tələbləri gənclərin üzərində əlavə stres formalaşdıraraq onların emosional vəziyyətinə təsir göstərir.

Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə yerli mediaya müsahibəsində bu məsələyə toxunaraq, imtahanla bağlı stresin daha çox valideynlərdən qaynaqlandığını deyib.

O, bildirib ki, imtahanla bağlı yaranan stresi Dövlət İmtahan Mərkəzi yaratmır:

“İmtahanın özü təkbaşına gərginlik mənbəyi deyil. Şagirdlərə daha çox valideynlərin, ailənin, cəmiyyətin və müəllimlərin gözləntiləri təsir göstərir. Qurumun apardığı anonim sorğunun nəticələrinə görə, iştirakçıların 60 faizdən çoxu stresin yaranmasına səbəb kimi valideynlərin yüksək gözləntilərini göstərib. Valideynlər çox zaman övladlarından real imkanlarından daha yüksək nəticələr gözləyirlər və bu da şagirdlər üzərində əlavə təzyiq yaradır".

DİM sədri qeyd edib ki, uşağın ali məktəbə qəbul olunması kimi bir məcburiyyət yoxdur və qəbul olunmamaq onun dəyərinin azalması demək deyil.

Bəs bu ərəfədə valideynlərin üzərinə hansı yük düşür? Valideynlər niyə övladlarının potensialını düzgün qiymətləndirmək istəmirlər və gözləntilərini yüksək tuturlar?

Mövzu ilə bağlı psixoloq Gülnar Orucovanın fikirlərini öyrəndik.

Psixoloq Bizim.Media-ya açıqlamasında bildirib ki, bu gün valideynlər övladlarının təhsili üçün çox böyük maddi yük daşıyırlar:

“Burada başqa bir sual ortaya çıxır: niyə bu gün valideynlərin təhsildən gözləntisi bu qədər yüksəkdir? Niyə əvvəlki illərdə, hətta sovet dövründə belə bir gözlənti yox idi? Azərbaycanda təhsil ödənişsiz olsa da, repetitorlara xərclənən vəsait ailə büdcəsinə ciddi təsir edir. Bəzən valideynlər bu pulu qazanmaq üçün böyük əziyyət çəkir, hətta borc götürməyə məcbur qalırlar.
 

Təbii ki, bu qədər xərc çəkən valideynin məktəbdən və təhsil sistemindən gözləntisi də artır. Bu gün məktəblərdə elə müəllimlər var ki, dərsi formal şəkildə keçirlər, düşünürlər ki, onsuz da hazırlıqda izah edəcəklər. Mən test sisteminin tətbiq olunduğu ilk illərə – 1990-cı illərin əvvəllərinə qayıtmaq istəyirəm..


Həmin dövrdə niyə valideynlərdə bugünkü qədər narahatlıq və gözlənti yox idi? Çünki o vaxt valideynlər övladlarının təhsilinə bu qədər əlavə xərc çəkmirdilər. İndisə ailələr müxtəlif vəsaitlər, test topluları və digər materialları almağa məcbur olurlar. Kitabların qiymətinə baxın, bir də test toplularının qiymətinə baxın”.

O bildirib ki, Azərbaycanda orta məktəb müəllimlərinin repetitorluq fəaliyyəti qadağan olunsaydı, bu qədər yüksək gözlənti də formalaşmazdı:

“Qonşu Türkiyə təcrübəsinə baxaq. Orada dövlət məktəblərində çalışan müəllimlərin paralel şəkildə repetitorluq fəaliyyəti ilə məşğul olmasına icazə verilmir. Azərbaycanda isə vəziyyət fərqlidir.
 

Eyni müəllim həm məktəbdə dərs deyir, həm də repetitorluqla məşğul olur. Yalnız məktəbdə aldığı əməkhaqqına görə vergi ödəyir, repetitorluq fəaliyyətindən əldə etdiyi gəlirlərin vergiyə cəlb olunması məsələsi də müzakirə mövzusudur.


Valideynlər repetitor hazırlığına böyük məbləğlər xərclədikcə, onların nəticə ilə bağlı gözləntiləri də artır. Bu yüksək gözləntilər isə həm valideynlərdə, həm də şagirdlərdə psixoloji gərginlik, narahatlıq, aqressiya və hətta depressiya kimi problemlərə səbəb ola bilir”.

Psixoloq bu məsələdə valideynlərə müraciət edərək övladlarının bütün həyatının ali məktəblərə daxil olmaq üçün verilən imtahandan ibarət olmadığını vurğulayıb:

“Valideynlər bir məqamı nəzərə almalıdırlar: universitet diplomu ilk növbədə ali təhsil haqqında sənəddir. İnsanın bütün bacarıq və potensialını cəmi 120 sual və üç saatlıq imtahanla qiymətləndirmək mümkün deyil. Həyat da nə üç saatdan, nə də 120 sualdan ibarətdir. 
 

Övladınız imtahanda gözləniləndən aşağı nəticə göstərə bilər. Bu, onun savadsız olması demək deyil. Sadəcə, həmin fənni və ya mövzunu kifayət qədər mənimsəmədiyini göstərə bilər. Bir vaxtlar qəbul imtahanlarından sonra intihar edən abituriyentlərlə bağlı xəbərlərlə rastlaşırdıq.


Bu gün isə psixoloji təzyiq və gərginliyin təsiri ilə daha erkən yaşlarda yeniyetmələr arasında da belə acı halların şahidi oluruq. Bu gün mənə elə gəlir ki, əsl marafon artıq abituriyentlər arasında deyil, onların valideynləri arasında yaşanır”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xəstəxanalarda növbə olmayacaq

Xəstəxanalarda növbə olmayacaq

Ukraynaya 90 milyard avroluq kreditin köçürülməsinə başlandı - Lyayendən AÇIQLAMA

Ukraynaya 90 milyard avroluq kreditin köçürülməsinə başlandı - Lyayendən AÇIQLAMA

Ermənistanda hökumətin tərkibi dəyişməz qalacaq - Paşinyan

Ermənistanda hökumətin tərkibi dəyişməz qalacaq - Paşinyan

Burlaxatunun əkiz bacısı da yüksək bal toplayıb

Burlaxatunun əkiz bacısı da yüksək bal toplayıb

Azərbaycan XİN Venesuelaya başsağlığı verdi – FOTO

Azərbaycan XİN Venesuelaya başsağlığı verdi – FOTO

Sabahın havası: Yağış yağacaq, şimşək çaxacaq

Sabahın havası: Yağış yağacaq, şimşək çaxacaq

ABŞ 7 rusiyalını və 2 Türkiyə şirkətini sanksiya siyahısından çıxardı

ABŞ 7 rusiyalını və 2 Türkiyə şirkətini sanksiya siyahısından çıxardı

Üzeyir Cəfərov: “Piyada keçidlərində eskalator və liftlərin işləməməsi hərəkəti çətinləşdirir”

Üzeyir Cəfərov: “Piyada keçidlərində eskalator və liftlərin işləməməsi hərəkəti çətinləşdirir”

Cavanşir Quliyev: “Süni intellektin hazırladığı musiqilərə müsbət baxıram” – ÖZƏL

Cavanşir Quliyev: “Süni intellektin hazırladığı musiqilərə müsbət baxıram” – ÖZƏL

Kiyev tamamilə qaranlığa qərq oldu – FOTO

Kiyev tamamilə qaranlığa qərq oldu – FOTO

Paşinyandan Aİİ ilə bağlı kəskin bəyanat: "Dağılması qaçılmazdır" - VİDEO

Paşinyandan Aİİ ilə bağlı kəskin bəyanat: "Dağılması qaçılmazdır" - VİDEO

Ukraynanın energetika sektoruna nə qədər pul lazımdır? - Denis Şmıqal rəqəmləri açıqladı

Ukraynanın energetika sektoruna nə qədər pul lazımdır? - Denis Şmıqal rəqəmləri açıqladı

Ufada "Başneft" neft emalı zavodu vuruldu – VİDEO

Ufada "Başneft" neft emalı zavodu vuruldu – VİDEO

Ukraynda hazırlıqlar BAŞLADI - İkinci cəbhə açılır

Ukraynda hazırlıqlar BAŞLADI - İkinci cəbhə açılır

Azərbaycan bu ölkədə 10 məktəb tikəcək

Azərbaycan bu ölkədə 10 məktəb tikəcək

Gəncə aeroportunun direktoru vəzifəsindən azad olundu

Gəncə aeroportunun direktoru vəzifəsindən azad olundu

İpoteka götürmək istəyənlərin NƏZƏRİNƏ

İpoteka götürmək istəyənlərin NƏZƏRİNƏ

“AzParking”lə bağlı YENİLİK

“AzParking”lə bağlı YENİLİK

Yevlax və Xaçmazdakı qaraçılarla bağlı HESABAT HAZIRLANDI

Yevlax və Xaçmazdakı qaraçılarla bağlı HESABAT HAZIRLANDI

Tramp NATO müttəfiqlərindən gileyləndi: "İspaniya bir qorxu filmidir” – VİDEO

Tramp NATO müttəfiqlərindən gileyləndi: "İspaniya bir qorxu filmidir” – VİDEO

Hövsanda əməliyyat - Külli miqdarda narkotik aşkarlandı - VİDEO

Hövsanda əməliyyat - Külli miqdarda narkotik aşkarlandı - VİDEO

Venesuelada son 126 ilin ən güclü zəlzələsi - DETALLAR - FOTO

Venesuelada son 126 ilin ən güclü zəlzələsi - DETALLAR - FOTO

Şagirdlərin imtahan qorxusu – Stressi yaradan şəxslər KİMDİR?

Şagirdlərin imtahan qorxusu – Stressi yaradan şəxslər KİMDİR?

DYP postunda gərginlik yaradan şəxs həbs edildi – VİDEO

DYP postunda gərginlik yaradan şəxs həbs edildi – VİDEO

End of content

No more pages to load

RADİO