Dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində gov.az domeni üzərindən Elektron Qiymətləndirmə Portalı istifadəyə verilib.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Qiymətləndiricilər Palatasının sədri Nüsrət İbrahimov qurumun illik hesabat xarakterli mətbuat konfransında deyib.
"Portal vasitəsilə QR kodlu qiymətləndirmə hesabatlarının hazırlanması, elektron reyestrin aparılması, hesabatların onlayn qaydada yoxlanılması və digər rəqəmsal xidmətlərin göstərilməsi təmin olunur", - sədr bildirib.
Qeyd edək ki, Azərbaycan Qiymətləndiricilər Palatası Prezident İlham Əliyevin Fərmanı ilə 08.12.2023-cü il tarixində yaradılan və ölkəmizdə qiymətləndirmə sektorunun tənzimlənməsini həyata keçirən rəsmi səlahiyyətli qurumdur.
Günay Şahmar, Vüqar Ağayev, Bizim.Media