Valideynlərin NƏZƏRİNƏ! Yeni nəsil uşaqlar üçün ideal TƏRBİYƏ METODU açıqlandı

Son illərdə uşaqların hüquqlarının qorunması istiqamətində humanist yanaşma, övladlarla münasibətdə “mülayim tərbiyə” ən populyar valideynlik anlayışlarından birinə çevrilib. Film və seriallarda, proqramlarda sözün həqiqi mənasında cəmiyyətə belə tərbiyə üsulu “yeridilir”.

Əlbəttə uşaqların hisslərinə  və seçimlərinə hörmət etmək, fiziki cəzadan çəkinmək və etibara əsaslanan münasibətlər qurmaq tövsiyə olunandlr. Amma valideyn ağırlığı da, sərt mövqei də tarixə gömülməməlidir.

Mütəxəssislər artıq hədsiz mülayimliyin mənfi tərəfinin olduğunu düşünür. Psixoloq, metodist Zülfiyyə Babayeva Bizim.Media-ya bunları bildirdi ki, hazırda valideynlər uşaqlarına zərər verməkdən o qədər qorxurlar ki, hər hansı bir məhdudiyyət və ya tələbdən yayınmağa başlayırlar. Nəticədə, uşaqlara çox sərbəstlik verilir, onlar başqalarının maraqlarını nəzərə almağı və həyatın qaçılmaz çətinliklərinin öhdəsindən gəlməyi öyrənmirlər.
 

“Tam sərbəstlik uşağa sevgi demək deyil, əksinə başlı-başına buraxmaq, valideyn kimi məsuliyyətdən yayınmaqdır. Müasir valideynlərin etdiyi ən böyük səhvlərdən biri hər hansı bir məhdudiyyəti zərərli kimi qəbul etməkdir. Uşaqlar kollektiv həyatda bir-birinə hörmət etməyi, istəklərini nəzərə almağı valideyndən öyrənməlidirlər. Əks təqdirdə gələcəkdə kollektiv işdə, ailə həyatında birgə yaşayışa alışıq olmadıqları üçün ayrılmalı olurlar. Valideynlər uşağın ilk ailəsi, ilk dostlarıdır, insan münasibətləri haqqında onlardan öyrənirlər”.


Psixoloq hesab edir ki, uşaqların yalnız sevgi və qayğıya yox, həm də aydın, sərt  qaydalara da ehtiyacı var.

“Uşaqlarla tay-tuş kimi davranmağa ehtiyac yoxdur. Valideyn, xüsusilə ata avtoritetini qorumaq lazımdır. Əgər uşaqlar atanı zəif bir lider kimi görsələr, sərhədləri aşacaqları ehtimalı yüksəkdir. Avtoritet valideyn avtoritarla qarışdırılmamalıdır. Birincidə valideynin qətiyyəti, qaydaları, sərhədlərləri olur. Amma bu sərt mövqenin arxasında övladına sevgi və qayğısını əsirgəmir, onun şəxsiyyətini alçaltmır. Avtoritar isə kobud desək, övladı “adam yerinə qoymur”, uşağın seçimi nəzərə alınmır. Geyimindən tutmuş gələcəkdə peşə seçiminə, hətta həyat yoldaşı seçiminə belə müdaxilə edilir”.  

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ağdamda evdən qaçan 15 yaşlı qızın erkən evliliyinin QARŞISI ALINDI

Ağdamda evdən qaçan 15 yaşlı qızın erkən evliliyinin QARŞISI ALINDI

Tarixi matç BAŞLADI: “Fənərbağça” “Turan Tovuz”a qarşı - VİDEO

Tarixi matç BAŞLADI: “Fənərbağça” “Turan Tovuz”a qarşı - VİDEO

Gəncədə bacı-qardaş yanıq xəsarətləri aldı

Gəncədə bacı-qardaş yanıq xəsarətləri aldı

"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır

"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Türkiyədə Azərbaycan Bulvarı İSTİFADƏYƏ VERİLDİ

Türkiyədə Azərbaycan Bulvarı İSTİFADƏYƏ VERİLDİ

Metroda tüstülənmə: 250 nəfər təxliyə edildi

Metroda tüstülənmə: 250 nəfər təxliyə edildi

"Qarabağ" "Zirə"yə qalib gəldi

"Qarabağ" "Zirə"yə qalib gəldi

Ağ çörək, yoxsa qara - Hansı daha FAYDALIDIR?

Ağ çörək, yoxsa qara - Hansı daha FAYDALIDIR?

“Yasımda yemək verilməsin, 5-10 dəqiqə oturub gedin”- VİDEO

“Yasımda yemək verilməsin, 5-10 dəqiqə oturub gedin”- VİDEO

İran Avrasiya İqtisadi İttifaqı ilə fəal əməkdaşlığa HAZIRDIR

İran Avrasiya İqtisadi İttifaqı ilə fəal əməkdaşlığa HAZIRDIR

Marketlərdən 1400 manatlıq lotereya bileti oğurlayan şəxs SAXLANILDI

Marketlərdən 1400 manatlıq lotereya bileti oğurlayan şəxs SAXLANILDI

“Qəbələ” Yaponiya millisinə UDUZDU

“Qəbələ” Yaponiya millisinə UDUZDU

Restoranlarda YENİ QAYDA: Menyuda iki qiymət göstəriləcək

Restoranlarda YENİ QAYDA: Menyuda iki qiymət göstəriləcək

Ukraynada döyüşən daha bir soydaşımız həlak oldu - FOTO

Ukraynada döyüşən daha bir soydaşımız həlak oldu - FOTO

Prezident göstəriş verdi: Maaşlar nə qədər artacaq və kimlərə şamil olunacaq?

Prezident göstəriş verdi: Maaşlar nə qədər artacaq və kimlərə şamil olunacaq?

Restoranlarda təklif edilən həqiqi kürüdür, yoxsa əvəzedici? – FOTO

Restoranlarda təklif edilən həqiqi kürüdür, yoxsa əvəzedici? – FOTO

"Sabah"dan ayrıldı, Kosovo klubuna KEÇDİ

"Sabah"dan ayrıldı, Kosovo klubuna KEÇDİ

“Xaricdə təhsil” vədi ilə 12 min manatı mənimsəyən şəxs SAXLANILDI

“Xaricdə təhsil” vədi ilə 12 min manatı mənimsəyən şəxs SAXLANILDI

İran ABŞ-ın genişmiqyaslı zərbələrinə hazırlaşır – KİV

İran ABŞ-ın genişmiqyaslı zərbələrinə hazırlaşır – KİV

Bakıda saxta iş elanı verən HƏBS OLUNDU

Bakıda saxta iş elanı verən HƏBS OLUNDU

Moldovanın hava məkanı yenə pozuldu - FOTO

Moldovanın hava məkanı yenə pozuldu - FOTO

Ölkə ərazisinə leysan, dağlıq bölgələrə qar yağır - FAKTİKİ HAVA

Ölkə ərazisinə leysan, dağlıq bölgələrə qar yağır - FAKTİKİ HAVA

Messi yeni klubunun qələbəsini belə qeyd etdi - FOTO

Messi yeni klubunun qələbəsini belə qeyd etdi - FOTO

End of content

No more pages to load

RADİO