BİZİM TƏQVİM:23 iyunda baş vermiş tarixi hadisələr

Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə iyunun 23-ü Dövlət qulluqçularının peşə bayramı kimi qeyd edilir. Qeyd edək ki, BMT Baş Assambleyasının 2003-cü il 7 mart tarixli qərarı ilə 23 iyun Dünya Dövlət Qulluğu Günüdür. Bu bayram dövlət qulluqçularının işinin qiymətləndirilməsi və gənclərin bu vacib sahədə karyera qurmağa marağının artırılmasını nəzərdə tutur.  

Bəs, iyunun 23-də dünyada daha hansı hadisələr baş verib?

1. 1888-ci ilin bu günü Fransanın Lill şəhərində yerli fəhlə-sosialistlər xor bayram mərasimində ilk dəfə “İnternacional” (Beynəlmiləl) marşını oxudular. Marşın bəstəkarı Pyer Degeyter, sözlərin müəllifi isə Ejen Pokyedir.

2. 1894-cü il 23 iyunda Parisdə keçirilən Beynəlxalq İdman Konqresində Fransanın ictimai xadimi Pyer de Kubertenin təşəbbüsü ilə müasir olimpiya hərəkatının rəhbər orqanı – Beynəlxalq Olimpiya Komitəsi yaradıldı. Elə həmin vaxt Beynəlxalq Olimpiya Komitəsi qərargahın İsveçrənin Lozanna şəhərində yerləşməsi barədə qərar qəbul etdi.

3. 23 iyun Ümumdünya Olimpiya Günüdür. 1967-ci ildən Beynəlxalq Olimpiya Komitəsinin qərarı ilə hər ilin bu günü Olimpiya Günü kimi qeyd edilir.

4. 1918-ci il iyunun 23-də Azərbaycanda yaranmış gərgin vəziyyəti nəzərə alaraq Fətəli xan Xoyskinin rəhbərlik etdiyi İkinci Hökumət ölkədə Hərbi Vəziyyət elan etdi. Yenicə yaradılmış Qafqaz İslam Ordusuna tapşırıldı ki, Hərbi Vəziyyətə uyğun olaraq Daxili İşlər Nazirliyinin rəhbərliyi altında fəaliyyət planı hazırlasın.

O zaman Qafqaz İslam Ordusu Osmanlının 5-ci diviziyası və general Əliağa Şıxlinskinin başçılıq etdiyi müsəlman milli korpusu əsasında təşkil edilmişdi.  Nuru Paşanın komandanlıq etdiyi Qafqaz İslam Ordusunda 18 minədək əsgər və zabit vardı ki, bunun 6000-i Osmanlı nizami ordusundan, 12 minə qədəri isə Azərbaycan hərbi hissələrindən ibarət idi.  

5. 23 iyun 1920–ci ildə Təbrizdə Şeyx Məhəmməd Xiyabaninin başçılığı ilə Azərbaycan Milli Hökuməti qurulub. Cənubi Azərbaycan Milli Hökuməti 1920-ci ilin sentyabrında Şeyx Məhəmməd Xiyabaninin qətlə yetirilməsi ilə süqut edib.

6. 23 iyun 1941-ci ildə Türkiyə "Refah Şilebi faciəsi”lə sarsıldı. II Dünya Müharibəsindən əvvəl İngiltərədən sifariş verilən sualtı qayıq və qırıcı təyyarələri almaq üçün göndərilən heyəti aparan “Refah Şilebi” gəmisi Kiprdən naməlum sualtı qayıq tərəfindən batırıldı, 32 nəfər xilas edilsə də, 168 adam həyatını itirdi.

7. 2016-cı il 23 iyunda İngiltərədə keçirilən "Brexit" referendumunda seçicilərin 52 faizi Birləşmiş Krallığın Avropa İttifaqını tərk etməsi üçün səs verdi.

23 iyunda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. Osmanlı imperiyasının böyük türk dənizçisi Turqut Rəis Malta mühasirəsi zamanı – 1565-ci ilin bu günündə həlak olub (1485-1565).

2. Tanınmış rus şairəsi Anna Axmatova 1889-cu il 23 iyunda dünyaya gəlib. Ədəbi fəaliyyətinin ilk dövründə akmeizmə meyl edib. Böyük Oktyabr İnqilabını qəbul etməyib. Müharibə illərində vətənpərvərlik ruhunda şeirlər yazıb. Onun şeirləri forma kamilliyi, ahəngdarlığı və dərin lirizmi ilə seçilir. “Qəhrəmansız poema” Anna Axmatova yaradıcılığının zirvəsi sayılır (1889-1966).

3. Türkiyəli yazar Əhməd Həmdi Tanpınar 23 iyun 1901-ci ildə dünyaya gəlib.

4. Azərbaycanlı şairə, tərcüməçi, Əməkdar mədəniyyət işçisi, Xalq şairi Nigar Rəfibəyli 23 iyun 1913-cü ildə anadan olub. Nigar Rəfibəyli Xalq şairi Rəsul Rzanın həyat yoldaşı və Xalq yazıçısı Anarın anasıdır.

Surxay Atakişiyev, Bizim.Medi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Trampdan “Ford” və “General Motors”la bağlı AÇIQLAMA

Trampdan “Ford” və “General Motors”la bağlı AÇIQLAMA

7 ildən sonra baş verdi – 4 bürcün həyatı dəyişəcək

7 ildən sonra baş verdi – 4 bürcün həyatı dəyişəcək

Mərdəkanda dənizdə batan şəxslərin FOTOLARI

Mərdəkanda dənizdə batan şəxslərin FOTOLARI

İstefadan sonra göz yaşları içində arvadını qucaqladı - Video

İstefadan sonra göz yaşları içində arvadını qucaqladı - Video

Dövlət qulluğu: peşəkarlıq, məsuliyyət və xalqa xidmət missiyası

Dövlət qulluğu: peşəkarlıq, məsuliyyət və xalqa xidmət missiyası

Ukrayna Voronej zavodunu hansı raketlə vurub? - Müəmma

Ukrayna Voronej zavodunu hansı raketlə vurub? - Müəmma

Direktorun 98 minini ələ keçirən şəxslər YENİDƏN məhkəmə qarşısında

Direktorun 98 minini ələ keçirən şəxslər YENİDƏN məhkəmə qarşısında

Qələbəni belə qeyd etdi - Foto

Qələbəni belə qeyd etdi - Foto

Türkiyədə azərbaycanlıya yüksək vəzifə verildi

Türkiyədə azərbaycanlıya yüksək vəzifə verildi

Bu ərazilərdə qaz kəsiləcək - SİYAHI

Bu ərazilərdə qaz kəsiləcək - SİYAHI

Bakı sakinlərinin NƏZƏRİNƏ: Saat 10:00-dan etibarən...

Bakı sakinlərinin NƏZƏRİNƏ: Saat 10:00-dan etibarən...

"Bitcoin"in qiyməti 64 min dollara çatdı

"Bitcoin"in qiyməti 64 min dollara çatdı

Ömrünü başa vuran KİTABLAR – Onları hansı aqibət gözləyir?

Ömrünü başa vuran KİTABLAR – Onları hansı aqibət gözləyir?

Qalibafdan Hörmüz boğazı ilə bağlı AÇIQLAMA: “Biz idarə edəcəyik”

Qalibafdan Hörmüz boğazı ilə bağlı AÇIQLAMA: “Biz idarə edəcəyik”

Sumqayıtda avtomobil ağaca çırpıldı - Xəsarət alanlar var

Sumqayıtda avtomobil ağaca çırpıldı - Xəsarət alanlar var

Ölkəmizin inkişafında dövlət qulluqçularının rolu əvəzsizdir – FOTO

Ölkəmizin inkişafında dövlət qulluqçularının rolu əvəzsizdir – FOTO

DÇ-2026: Fransa və Norveç qələbə qazandı – VİDEO

DÇ-2026: Fransa və Norveç qələbə qazandı – VİDEO

BİZİM TƏQVİM:23 iyunda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:23 iyunda baş vermiş tarixi hadisələr

Dərmanları soyuducuda saxlayanlara ciddi XƏBƏRDARLIQ

Dərmanları soyuducuda saxlayanlara ciddi XƏBƏRDARLIQ

Turistlərə sərt qadağa: Alman dilini bilməyənlər çimərliyə buraxılmır

Turistlərə sərt qadağa: Alman dilini bilməyənlər çimərliyə buraxılmır

"Stress özü problem deyil" - PSİXOLOQ

"Stress özü problem deyil" - PSİXOLOQ

Emrah kirayədən aylıq 10 milyon qazanır

Emrah kirayədən aylıq 10 milyon qazanır

İyunun 28-nə qədər... 3 BÜRCƏ ŞAD XƏBƏR

İyunun 28-nə qədər... 3 BÜRCƏ ŞAD XƏBƏR

Tənha qadınlar pensiyaya daha tez çıxsın - TƏKLİF

Tənha qadınlar pensiyaya daha tez çıxsın - TƏKLİF

End of content

No more pages to load

RADİO