Bu qurum niyə 350 min manata siçan-siçovul alır?

İlanlar və digər sürünənlər öz ovlarını diri halda qəbul edirlər. Təbiətdə onlar siçan, siçovul, dovşan, hətta özlərindən daha iri heyvanları ovlayaraq qidalanırlar. Bu heyvanlara ölmüş qida təqdim etdikdə onu qəbul etmirlər.

Bizim.Media xəbər verir ki, bu sözləri “axar.az”a açıqlamasında Bakı Zooloji Parkının direktor müavini Azər Hüseynov zoopark üçün minlərlə siçan və siçovulun alınmasının səbəblərindən danışarkən deyib.

O bildirib ki, tender sənədlərində qeyd olunan 2 700 ədəd böyük siçan, 2 000 ədəd böyük siçovul və 1 500 ədəd birgünlük siçanın alınması ilə bağlı məlumat doğrudur və bu proses hər il həyata keçirilir:

“Bu heyvanlar zooparkın rasionunda olan sürünənlərin və digər yırtıcı növlərin qidalanması üçün nəzərdə tutulur. Burada qeyri-adi heç nə yoxdur. Dünyanın bir çox zooparkında olduğu kimi, qidalanma prosesi heyvanların təbii davranış və bioloji xüsusiyyətlərinə uyğun təşkil edilir.
Alınan siçan və siçovullar küçədən və ya tələlərlə tutulmuş heyvanlar deyil.

Bunlar xüsusi şəraitdə yetişdirilən laborator heyvanlarıdır. Ağ siçanlar və ağ siçovullar təmiz şəraitdə böyüdülür və qida məqsədilə istifadə olunur. İnsanlar düşünməsin ki, təsadüfi şəkildə tutulmuş heyvanlar zooparka gətirilir”.

A.Hüseynov qeyd edib ki, bu heyvanların əvəzedici qida məhsulları ilə təmin olunması mümkün deyil:

“Ot yeyən və bəzi məməli heyvanlara qarışıq yemlər vermək mümkündür. Ancaq sürünənlər üçün bu üsul keçərli deyil. Onların qidalanması təbii instinktlərinə uyğun həyata keçirilməlidir.

Tenderdə nəzərdə tutulan sayda siçan və siçovul Bakı Zooloji Parkının bir illik tələbatını qarşılayacaq. Həmçinin bu heyvanlar idxal edilməyəcək, tenderi qazanan şirkət tərəfindən Azərbaycanda yetişdirilən laborator heyvanları tədarük olunacaq. Yemlənmə prosesi ziyarətçilərin gözü qarşısında aparılmır və əsasən iş saatlarından sonra həyata keçirilir”.

Qeyd edək ki, Bakı Zooloji Parkı üçün heyvan yemləri və qidalarının alınması məqsədilə 348 min 299 manat 42 qəpik məbləğində tender elan olunub.

Tender şərtlərinə əsasən, zooloji parka diri halda 2 700 ədəd böyük siçan, 2 000 ədəd böyük siçovul və 1 500 ədəd birgünlük siçan tədarük ediləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu gün Cəbrayıl Şəhəri Günüdür - FOTO

Bu gün Cəbrayıl Şəhəri Günüdür - FOTO

Quba-Xınalıq yolu hələ açılmayıb - VİDEO

Quba-Xınalıq yolu hələ açılmayıb - VİDEO

Dollarla bağlı kritik PROQNOZ

Dollarla bağlı kritik PROQNOZ

Braziliyada prezident seçkilərinin birinci turu keçiriləcək

Braziliyada prezident seçkilərinin birinci turu keçiriləcək

ABŞ iki İran diplomatını ölkədən çıxardı

ABŞ iki İran diplomatını ölkədən çıxardı

Gəncədə 28 yaşlı kişi bıçaqlandı

Gəncədə 28 yaşlı kişi bıçaqlandı

Qızılın SON qiyməti

Qızılın SON qiyməti

Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür

Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür

Azərbaycan millisi bu gün Litvanı qəbul edəcək

Azərbaycan millisi bu gün Litvanı qəbul edəcək

Dünya birjalarında neft ucuzlaşdı

Dünya birjalarında neft ucuzlaşdı

Fransada polis lisey şagirdini güllələdi

Fransada polis lisey şagirdini güllələdi

Medvedevdən İranla bağlı AÇIQLAMA

Medvedevdən İranla bağlı AÇIQLAMA

Bakı–Qazax yolunda avtomobil velosipedçini vuraraq öldürdü

Bakı–Qazax yolunda avtomobil velosipedçini vuraraq öldürdü

“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz QƏRAR

“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz QƏRAR

Dünyanın ən bahalı yaxtalarına onlar sahibdir - FOTO

Dünyanın ən bahalı yaxtalarına onlar sahibdir - FOTO

Keyn 78 illik rekordu TƏKRARLADI

Keyn 78 illik rekordu TƏKRARLADI

Pentaqon rəhbəri: “Hörmüz boğazına İran yox, biz nəzarət edirik”

Pentaqon rəhbəri: “Hörmüz boğazına İran yox, biz nəzarət edirik”

Ağdaşda ev yandı - Ana və oğulları xəsarət aldı

Ağdaşda ev yandı - Ana və oğulları xəsarət aldı

İsrail Almaniyaya XƏBƏRDARLIQ ETDİ

İsrail Almaniyaya XƏBƏRDARLIQ ETDİ

A Seriyasında ayın ən yaxşısı oldu

A Seriyasında ayın ən yaxşısı oldu

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

End of content

No more pages to load

RADİO