Son zamanlar geniş yayılmış qida allergiyasının səbəbləri bəlli oldu – MÜSAHİBƏ

Son illər dünyada sağlam qidalanma və ekoloji təmiz kənd təsərrüfatı məhsullarına maraq artsa da, Azərbaycanda orqanik məhsullar bazarı hələ də geniş inkişaf etməyib.

Səbəb nədir – əhalinin alıcılıq qabiliyyəti, orqanik məhsulların qiymətinin yüksək olması, yoxsa istehlakçıların məlumatlılıq səviyyəsi?

Bu suallara aydınlıq gətirmək üçün tanınmış qida eksperti Ağa Salamov Bizim.Media ilə fikirlərini bölüşdü:

– Bazarda orqanik məhsulların çoxu idxal olunur, premium məhsullar kimi satılır və həcmi məhduddur. Niyə bizdə orqanik məhsullar az yetişdirilir? Marağın az olmasının səbəbi nədir?

– Azərbaycanda istehlakçının maariflənməsi çox zəif aparılır. Hər şey məktəbdən başlamalıdır: məktəblərdə sağlam qida haqqında danışılmır, ümumiyyətlə qida bilgiləri verilmir. Hansısa qeyri-hökümət təşkilatı gedib bir seminar keçirər, o da qənaətbəxş olmadığı üçün bir müddət sonra unudular. Necə deyərlər, söz uçar yazı qalar. Ekspertlər gəlib danışır, şagirdlər də heç bir qeyd götürmür, eşitdikləri də yadda qalmır.

– Bəs qida ilə bağlı maarifləndirmənin düzgün aparılması üçün nə etmək lazımdır?

– Bunun üçün xüsusi dərsliklər olmalıdır. Konkret qida institutu tərəfindən maarifləndirmə işləri aparılmalıdır. Çünki bu rəsmi qurum tərəfindən atılan pedaqoji addımdır. Bundan başqa vizual maarifləndimə işlərinə diqqət ayrılmalıdır: sağlam qidalanma ilə bağlı reklam çarxları hazırlanmalıdır. Orqanik məhsulların təbliği, onların marketlərdə rəflənməsi, sayının artırılması lazımdır. Elə edilməidir ki, istehlakçı marketə girəndə bir küncdə orqanik məhsul bölməsini axtarmasın, birbaşa o bölmə onu qarşılasın.

– İnsanlarımızın özləri də orqanik məhsullara meyilli deyillər, bəlkə də orqanik olduğuna tam inanmırlar.

– Bəli, xaricdə, xüsusilə Qərb ölkələrində insanlar orqanik məhsullara çox maraq göstərirlər. Marketlərdə xüsusi orqanik şöbələrdən, tənzimlənmiş qiymətlərə sağlam qida əldə etmək istəyirlər. Əlbəttə orqanik məhsullarda da müəyyən dərəcədə dərmanlar olur, amma bu dərmanlar zərərsizdir, meyvə-tərəvəzin özünə deyil, sırf ziyanverici həşəratlara hədəflənir, təbiətə ziyan vurmur. Qeyri-orqanik məhsullar isə pestisidlər və herbisidlərlə yetişir. Sözügedən dərmanlar da həm zərərvericiləri öldürür, həm meyvə-tərəvəzi, həm də torpağı zəhərləyir.

– Son zamanlar çox yayılmış qida allergiyasının da bir səbəbi bu ola bilərmi?

– Fikir verirsiniz, son illərdə meyvə-tərəvəz, məsələn alça, çiyələk nə qədər problemlər yaradır?! Əvvəllər bir oturuma kilo ilə alça yemək olurdu, indi üç-dörd ədəd alça yeyəndən sonra adamı qaşınma tutur, bədəni səpir. Çiyələk də həmçinin. Amma təbii yetişmiş meşə çiyələklərini yeyirsən heç bir səpmə, qaşınma olmur. Ona görə də belə təbii meyvələrin təbliği aparılmalıdır.

– Orqanik məhsulun daha çox yetişdirilməsi üçün hansı işlər görülməlidir?

– Bizim kəndlilərin bu məhsulları əkməyə həvəsi yoxdur. Əkəndə də dərmanlı məhsullara üstünlük verir, çünki orqanik məhsulu əkmək üçün uyğun şəraiti yoxdur, məhsulu qurd-quş yeyir, itkiyə məruz qalır, az məhsul əldə edir. Üstəlik baha başa gəldiyi üçün qoyduğu mayanı götürə bilmir və nəticədə orqanik məhsullara marağı olmur. Kəndliyə də bu məhsulların əkilməsi, daşınması və satılmasında dəstək olmaq, logistika xərclərində kəndliyə güzəşt lazımdır. Bu məhsullara nisbətən orqanik qidalar baha olur. Kəndlidən ucuz qiymətə alıb gətirib şəhərdə baha qiymətə satırlar. Çünki kapitalizmin əsas həfədi satmaqdır – qoyduğu pulu artıqlaması ilə götürməkdir. Yəni bu təkcə Azərbaycanda belə deyil, bütün dünyada bu proses yaşanır.

– Orqanik tarlalar üçün ən uyğun zona hansıdır?

– Hazırda isə ən  münbit, dərmanla zəhərlənməmiş torpaqlar Qarabağ zonasındadır. Cənab Prezidentin də vurğuladığı kimi biz bu torpaqlarda kənd təsərrüfatına üstünlük verə bilərik. Sadəcə burada görüləcək işləri düzgün və səmərəli qiymətləndirmək, analiz etmək, sağlam məhsul siyasəti aparmaq lazımdır. Belə olduğu halda ənənəvi məhsul sortlarımızın yetişdirilməsi vacibdir. Bu sahədə işləyən, araşdıran alimlərimiz var, onları da bura cəlb etməliyik.

Şəfiqə Şəfa, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Sabah" - "Qarabağ" oyunu harada keçiriləcək?

"Sabah" - "Qarabağ" oyunu harada keçiriləcək?

Xalq artistinin səhhəti ilə bağlı XƏBƏR VAR

Xalq artistinin səhhəti ilə bağlı XƏBƏR VAR

Kürdəmirdə ildırım 51 yaşlı çobanı vurub öldürdü

Kürdəmirdə ildırım 51 yaşlı çobanı vurub öldürdü

Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA

Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA

Şagirdinin anasından 65 min alıb qaytarmadı: Həbs edildi

Şagirdinin anasından 65 min alıb qaytarmadı: Həbs edildi

Beyləqanda elektrik yarımstansiyası YANIR

Beyləqanda elektrik yarımstansiyası YANIR

Sabunçu rayonunda “Diqqət, uşaqlar!” aylığı çərçivəsində görüşlər keçirilib - FOTO

Sabunçu rayonunda “Diqqət, uşaqlar!” aylığı çərçivəsində görüşlər keçirilib - FOTO

Şahin Mustafayev İran Prezidenti ilə görüşdü - FOTO

Şahin Mustafayev İran Prezidenti ilə görüşdü - FOTO

Robert Kalinyak: "Azərbaycan öz suverenliyini qorumağa qadir olduğunu sübut edib"

Robert Kalinyak: "Azərbaycan öz suverenliyini qorumağa qadir olduğunu sübut edib"

Xəstəxanaya yerləşdirilən Xalq artistindən kövrək sözlər

Xəstəxanaya yerləşdirilən Xalq artistindən kövrək sözlər

Metro qatarlarında ilk tibbi yardım çantaları niyə yoxdur? – RƏSMİ AÇIQLAMA

Metro qatarlarında ilk tibbi yardım çantaları niyə yoxdur? – RƏSMİ AÇIQLAMA

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında - FOTO

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında - FOTO

Cəlilabadda yeni yaşayış məskəni aşkar edilib - FOTO

Cəlilabadda yeni yaşayış məskəni aşkar edilib - FOTO

Slovakiyanın müdafiə naziri Azərbaycana gəldi

Slovakiyanın müdafiə naziri Azərbaycana gəldi

"Məni silkələyən ikinci belə hadisə olmayıb" - VİDEO

"Məni silkələyən ikinci belə hadisə olmayıb" - VİDEO

NATO qüvvələri Rusiya gəmisini ələ keçirməyi MƏŞQ EDİB

NATO qüvvələri Rusiya gəmisini ələ keçirməyi MƏŞQ EDİB

İtaliya qoşunlarının İraqdan çıxarılmasını başa çatdırdı

İtaliya qoşunlarının İraqdan çıxarılmasını başa çatdırdı

Nazir jurnalistə irad bildirdi - “Sualı elə verin ki...” – VİDEO

Nazir jurnalistə irad bildirdi - “Sualı elə verin ki...” – VİDEO

Naftalanın icra başçısı kollektivə TƏQDİM OLUNDU

Naftalanın icra başçısı kollektivə TƏQDİM OLUNDU

Zakir Həsənov Dmitri Pantus ilə görüşdü - FOTO

Zakir Həsənov Dmitri Pantus ilə görüşdü - FOTO

AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir

AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir

Rusiya Sumidə məktəbi bombaladı: Ölənlər var – FOTO/VİDEO

Rusiya Sumidə məktəbi bombaladı: Ölənlər var – FOTO/VİDEO

Bakıda ər arvadını boğaraq öldürdü – Səbəb

Bakıda ər arvadını boğaraq öldürdü – Səbəb

Adı psixotrop maddə qalmaqalında hallanan bağçadan YENƏ ŞİKAYƏT var - Rəsmi açıqlama

Adı psixotrop maddə qalmaqalında hallanan bağçadan YENƏ ŞİKAYƏT var - Rəsmi açıqlama

End of content

No more pages to load

RADİO